Skrill təhlükəsiz mi Vergi orqanı qanun layihəsinə çıxış əldə edə bilərmi

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Vergi Məcəlləsində dəyişikliklər müzakirə edilib

AzerTAg.az

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişafından, Vergi Məcəlləsində dəyişikliklərin vacibliyindən danışıb. Bildirilib ki, bu dəyişikliklər sadələşdirməni artırmaq, vergi mədəniyyətini yüksəltmək, inzibatçılığı təkmilləşdirmək, sahibkarlığın inkişafına dəstək vermək məqsədini daşıyır.

İclasda vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsində dəyişikliklərdən danışıb. Nazir bildirib ki, bu dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və büdcə daxilolmalarının artımına yönəlib. Təqdim edilən Vergi Məcəlləsi və ona əlavə olunan qanunvericilik aktlarında dəyişikliklər oktyabrın 12-də Nazirlər Kabinetinin 2020-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələr və eyni zamanda, biznes mühitinə verdiyi tövsiyələr ruhunda hazırlanıb.

Fazil Məmmədov deyib ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi məqsədilə Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilməsi təklif olunur. Qeyd edilən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasını da təşviq edəcək. 2020-ci il yanvarın 1-dən qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafının stimullaşdırılması ilə nəticələnib. Bu da həmin sahədə əldə edilən uduşların vergiyə cəlb edilməsini zəruri edir. Qanun layihəsinə əlavə edilib ki, idman mərc oyunlarından əldə olunan uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.

Nazir bildirib ki, Vergi Məcəlləsinin qüvvədə olan 164.2-ci maddəsinə əsasən Nazirlər Kabineti konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda istehsal təyinatlı xammal və müvafiq texnologiyanı təmin edən avadanlıqların idxalını əlavə dəyər vergisindən azad edə bilər. Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 nömrəli qərarı ilə Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahıları təsdiq edilib. Qanun layihəsində qeyd edilən azadolmaların ləğv edilməsi və həmin qərarda nəzərdə tutulan bir sıra mallar üzrə azadolmaların Vergi Məcəlləsinin 164.1-ci maddəsinə əlavə edilməsi təklif olunur.

Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə İKT sahəsində əldə edilmiş nailiyyətlər sırasında “Azerspace-1” telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Qanun layihəsində peykin və digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi təklif olunur. Layihədə məhsul ötürən kəmərlərin əmlak vergisinə cəlb olunması təklif edilir.

Bildirilib ki, qanun layihəsi ilə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Layihəyə əsasən ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əldə edilən ümumi hasilatın həcmindən 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidirlər. Qanun layihəsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur. Həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Qeyd edilib ki, layihəyə aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək maddəsi əlavə edilib.

Nazir F.Məmmədov digər dəyişikliklər barədə də məlumat verib.

İclasda maliyyə nazirinin müavini Azər Bayramov, Milli Məclisin deputatları çıxış edərək dəyişikliklərin vacibliyindən danışıb, bunun sahibkarlığın inkişafına töhfə verəcəyini söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun və Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 27.2-ci, 28.3-cü, 30.4-cü və 51-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Məcəllənin 14.6-cı, 22.2-ci, 34.7-ci maddələrində, 34.8-ci maddəsində birinci halda, 43.2-ci, 65.2-ci, 83.3-cü, 83.9-cu maddələrində, 85.9-cu maddəsində ikinci cümlədə ikinci halda, 87.4-cü, 90.3-cü, 102.1.14-cü, 102.8-ci, 109.7-ci, 114.2-ci 115.1-ci, 115.3-cü, 164.2-ci, 169.5-ci, 172.3-cü, 190.2-ci, 194.1-ci, 200.1-ci, 206.2-ci və 217.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Məcəllənin 24.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

həmin Məcəllənin 20.1-cm, 26.3-cü maddələrində, 34.8-ci maddəsində ikinci halda, 39.3-cü, 63.2-ci maddələrində, 85.9-cu maddəsində ikinci cümlədə birinci halda və 85.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 34.1-ci, 34.2-ci, 72.2-ci, 157.1-ci və 192.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;

həmin Məcəllənin 176.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 32.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

həmin Məcəllənin 30.6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş müvafiq dövlət orqanları həyata keçirirlər;

həmin Məcəllənin 33.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.6-cı maddəsində nəzərdə tutulmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondundan istifadə qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 23.1.3-cü maddəsində nəzərdə tutulmuş xronometraj metodu ilə müşahidə aparılmasının qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 23.1.13-cü maddəsində nəzərdə tutulmuş məsul saxlamanın qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 28.1-ci və 28.2-ci maddələrində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilməsi, həmin rütbələrdən məhrum edilməsi və xüsusi rütbələrlə bağlı digər məsələlərə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanlarının nümunələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 30.4-cü maddəsində nəzərdə tutulmuş kommersiya (vergi) sirrini təşkil edən məlumatları müəyyən edən dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin siyahısını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

kommersiya sirri ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 34.7-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydasını təsdiq etsin;

həmin Məcəllənin 34.8-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin vahid dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulmuş səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarının alınması qaydaların layihəsini hazırlayıb təsdiq olunmaq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş birbaşa və dolayı qiymətləndirmə metodlarının tətbiq edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 83.9-cu maddəsində nəzərdə tutulmuş xarici hüquqi şəxsin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 85.9-cu maddəsində nəzərdə tutulmuş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 87.4-cü maddəsində nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 90.3-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərraclarda satılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 102.1.14-cü maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin gəlir vergisindən azad olunan kompensasiya xarakterli ödəmələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 102.8-ci maddəsində nəzərdə tutulmuş əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 109.7-ci maddəsində nəzərdə tutulmuş ezamiyyə xərclərinin normalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 114.2-ci maddəsində nəzərdə tutulmuş köhnəlməyə məruz qalmayan aktivlərin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 115.3-cü maddəsində nəzərdə tutulmuş icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş ümumi qaydalara əsasən vergitutma bazasının müəyyənləşdirilməsi çətin olan sahələr üzrə əlavə dəyər vergisinin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 190.1-ci maddəsində nəzərdə tutulmuş aksizli mallar üçün aksizlərin dərəcələrini təsdiq etsin;

həmin Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 200.1-ci maddəsində nəzərdə tutulmuş binalar üzrə əmlak vergisinin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 206.2-ci maddəsində nəzərdə tutulmuş kadastr qiymət rayonları və ona daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirib təsdiq etsin;

həmin Məcəllənin 217.6-cı maddəsində nəzərdə tutulmuş hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativlərini təsdiq etsin;

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin təbliği, onun tətbiqi ilə bağlı hazırlıq işlərinin aparılması və vergi orqanları işçilərinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlığının təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirsin;

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən irəli gələn digər məsələləri öz səlahiyyətləri çərçivəsində həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay müddətində:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.3-cü maddəsində nəzərdə tutulmuş vergi yoxlaması aktının formasını və onun tərtib edilməsinə dair tələbləri təsdiq etsin;

həmin Məcəllənin 34.1-ci və 34.2-ci maddələrində müvafiq olaraq nəzərdə tutulmuş vergi ödəyicisinin uçota alınmaq üçün ərizəsinin və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin formalarını, 72.2-ci maddəsində nəzərdə tutulmuş vergi hesabatının formasını, 157.1-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat haqqında ərizənin formasını, 157.2-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

vergitutma sahəsində normativ hüquqi aktlarının vaxtında vergi ödəyicilərinə çatdırılması və onlara vergi qanunvericiliyi ilə bağlı məsləhətlərin verilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bir ay müddətində həmin Məcəllənin 176.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər üzrə hesab-fakturaların formalarını təsdiq etsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 30 avqust 2000-ci il
№ 393

De Jure

Xatırladaq ki, Məcəlləyə dəyişikliklərə parlamentdə baxılır və onların dəyişməsi ehtimalı da var.

Vergi Məcəlləsində sadələşdirilmiş vergiyə təklif olunan dəyişikliklər aşağıdakılardır:

218-ci maddə üzrə:

218.1.2-ci maddədən “ticarət və (və ya)” sözləri çıxarılsın;

218.4.1-ci maddədə “mülkiyyətində” sözündən əvvəl “bu Məcəllənin 156-cı maddənin müddəaları nəzərə

alınmaqla,” sözləri əlavə edilsin;

218.5.1-ci maddədə “aksizli” sözündən sonra “və məcburi nişanlama ilə nişanlanmalı olan” sözləri əlavə edilsin;

218.5.2-ci maddədə “kredit və sığorta təşkilatları” sözləri “kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları” sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmunda 218.5.2-1-ci maddə əlavə edilsin:

“218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.”;

218.5.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218.5.8-ci – 218.5.13-cü maddələr əlavə edilsin:

“218.5.8. işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

218.5.13. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.”;

219-cu maddə üzrə:

219.7-ci maddədə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;

aşağıdakı məzmunda 219.9-cu – 219.11-ci maddələr əlavə edilsin:

“219.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2020-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

219.10. Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir sadələşdirilmiş vergidən azaddır.

219.11. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır.”;

220-ci maddə üzrə:

220.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.”;

220.1-1-ci maddədə “şəxslər” sözü “şəxs” sözü ilə əvəz edilsin;

220.1-1.1-ci, 220.2-ci, 220.3-cü və 220.4-cü maddələr ləğv edilsin;

220.10-cu maddənin cədvəl hissəsinin 1-ci sütununa “aşbaz” sözündən sonra “, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant),” sözləri və cədvəl hissəsinə aşağıdakı məzmunda 7-ci və 8-ci sətirlər əlavə edilsin:

“Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 20

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10”;

221-ci maddə üzrə:

221.6-cı maddədə “218.4-cü maddəsində” sözləri “218.1.3-cü, 218.4-cü və 218.5.2-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

221.8.10-cu maddədən “çek (nəzarət-kassa aparatı çeki istisna olmaqla),” sözləri çıxarılsın.

Vergi Məcəlləsinə aşağıdakı məzmunda 96.5-ci maddə əlavə edilsin:

“96.5. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.”;

98.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 98.2.7-ci maddə əlavə edilsin:

“98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.”;

101-ci maddə üzrə:

101.1-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:”;

101.1-ci maddənin 1-ci cədvəldən sonrakı ikinci və üçüncü hissələri ləğv edilsin;

aşağıdakı məzmunda 101.1-1-ci – 101.1-6-cı və maddələr əlavə edilsin:

“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2020-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

101.1-2. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

101.1-3. Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.

101.1-4. Vergi ödəyicisi neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif vergi dərəcəsi tətbiq edilən fəaliyyət sahələrinə cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda vergilər bu Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-5. Bu Məcəllənin 101.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq, audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə gəlir vergisi bu Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq hesablanır.

101.1-6. Bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

101.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.”;

aşağıdakı məzmunda 101.6-cı maddə əlavə edilsin:

“101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.”;

102-ci maddə üzrə:

102.1.6-cı maddədə “ölkə üzrə yaşayış minimumunun 1 misli” sözləri “200 manat” sözləri ilə, “ölkə üzrə yaşayış minimumunun 12 misli” sözləri “2400 manat” sözləri ilə əvəz edilsin;

102.1.8-ci maddədə “pensiya sığortası üzrə işəgötürənin” sözlərindən sonra “sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən” sözləri əlavə edilsin;

102.1.17-ci maddədə “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri “dövlətin adından yaradılan və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan publik hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmunda 102.1.22-1-ci maddə əlavə edilsin:

“102.1.22-1. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;”;

102.1.23-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.24-cü – 102.1.29-cu maddələr əlavə edilsin:

“102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2020-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;

102.1.25.qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

102.1.26. müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;

102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;

102.1.28. müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilən maddi yardım (dəstək);

102.1.29. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri.”;

102.2.5-ci maddədə “(ərlərinin)” sözündən sonra “və övladlarının” sözləri əlavə edilsin.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: