Necə IQ Seçim istifadə etmək olar – Praktiki məsləhət

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Necə IQ Seçim istifadə etmək olar? – Praktiki məsləhət

Yaxşı ata olmaq necə mümkündür?

«Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar» (Koloslulara 3:21).

ATA necə edə bilər ki, uşağını hirsləndirməsin? Bunun üçün onun ata kimi oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu başa düşməsi son dərəcə vacibdir. «Ata uşaqların emosional və zehni cəhətdən yetişməsinə böyük təsir göstərən mürəkkəb və nadir fenomendir», deyə əqli sağlamlığa dair bir jurnalda qeyd edilir.

Atanın rolu nədən ibarətdir? Bir çox ailələrdə ata, sanki əsas etibarilə cəzalandıran şəxs rolunu oynayır. Adətən, ana özünü pis aparan uşağa deyir: «Qoy atan evə gəlsin. » Düzdür, böyüyəndə təmkinli insan olmaları üçün uşaqları, yeri gələndə düzgün tərzdə islah etmək və onlarla ciddi olmaq lazımdır. Ancaq yaxşı ata olmaq özünə daha çox şeyi daxil edir.

Təəssüf ki, hər atanın həyatında onun üçün yaxşı nümunə qoyan şəxs olmur. Bəziləri atasız böyüyüblər. Digər hallarda isə, zəhmli və sərt atanın böyütdüyü kişilər özləri də uşaqlarını eyni tərzdə tərbiyə etməyə meylli olurlar. Belə ata həmin çərçivədən çıxaraq necə yaxşı valideyn ola bilər?

Yaxşı ata olmaq üçün praktiki və etibarlı məsləhət mənbəyi mövcuddur. Müqəddəs Kitabda ailə həyatı üçün ən yaxşı məsləhətlər verilir. Oradakı məsləhətlər sadəcə nəzəriyyə deyil. Onun rəhbərliyindən heç vaxt ziyan tapmarıq. Müqəddəs Kitabın məsləhətləri öz Müəllifinin, ailə həyatının banisi olan Yehova Allahın müdrikliyini əks etdirir (Efeslilərə 3:14, 15). Əgər siz də atasınızsa, yaxşı olar ki, Müqəddəs Kitabın valideynin vəzifələri haqqında dediklərini nəzərdən keçirəsiniz*.

Yaxşı ata olmaq övladların təkcə fiziki və emosional deyil, həm də ruhani rifahı üçün vacibdir. Atası ilə mehriban, sıx münasibətləri olan uşağa Allahla da yaxın münasibət qurmaq asan olacaq. Axı Müqəddəs Kitab göstərir ki, Yaradanımız Yehova müəyyən mənada bizim Atamızdır (Yeşaya 64:8). Gəlin uşaqların ata tərəfdən ehtiyac duyduqları altı şeyə baxaq. Onların hər birini araşdırdıqca, Müqəddəs Kitab prinsiplərinin ataya həmin tələbatları ödəməyə necə kömək etdiyini nəzərdən keçirəcəyik.

1. Uşaqların ata məhəbbətinə ehtiyacı var

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Yehova bir Ata kimi mükəmməl nümunə qoyub. Allahın İsaya, Öz ilkin Oğluna, necə münasibət bəslədiyini təsvir edərək Müqəddəs Kitab deyir: «Ata Oğulu sevir» (Yəhya 3:35; Koloslulara 1:15). Yehova bir neçə dəfə Oğlunu sevdiyini və ondan razı qaldığını bildirmişdi. İsa vəftiz olanda Yehova göydən demişdi: «Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam» (Luka 3:22). İsa Atasının onu sevdiyinə heç vaxt şübhə etməmişdi. Allahın nümunəsindən atalar nə öyrənə bilərlər?

Heç vaxt övladınıza onu sevdiyinizi deməyə çəkinməyin. Beş uşaq atası olan Kelvin deyir: «Həmişə çalışıram ki, uşaqlarıma məhəbbətimi təkcə sözlərlə deyil, həm də onların hər birinə şəxsi maraq göstərməklə ifadə edim. Onların bələyini dəyişdirir və çimizdirirdim». Bundan başqa, uşaqlarınızın onlardan razı qaldığınızı bilməyə ehtiyacları var. Buna görə də həmişə onlarda səhv axtararaq həddindən artıq tənqidi olmayın. Əksinə, dilinizdən tərif düşməsin. İki yeniyetmə qızı olan Donizeti tövsiyə edir: «Ata uşaqlarını tərifləmək üçün hər fürsətdən istifadə etməlidir». Sizin onlardan razı qaldığınızı bilmək uşaqlara özünəhörmət hissinə sahib olmağa kömək edəcək. Bu isə öz növbəsində, onlara Allaha yaxınlaşmağa kömək edə bilər.

2. Uşaqların yaxşı nümunəyə ehtiyacı var

Yəhya 5:19 ayəsində İsa haqqında yazılır: «Oğul, Atanın etdiyini gördüyü şeylərdən başqa Özündən bir şey edə bilməz». Diqqət yetirdinizsə, ayədə deyilir ki, İsa Atasının ‘etdiyi’ şeyləri görmüşdü və özü də onları etmişdi. Uşaqlar da çox vaxt belə edirlər. Məsələn, əgər ata arvadı ilə hörmətlə rəftar edirsə, onun oğlu da böyüyəndə, çox ehtimal ki, qadınlarla hörmət və ehtiramla rəftar edəcək. Atanın nümunəsi təkcə oğlanların xasiyyətinə təsir etmir, həm də qızların kişilərə olan münasibətinə təsir edə bilər.

Uşaqlarınıza üzr istəmək çətindirmi? Yenə də nümunə vacib rol oynayır. Kelvinin yadındadır ki, oğlanlarından ikisi bahalı fotoaparatı sındırmışdı. O elə əsəbləşmişdi ki, taxta stolu çırpıb iki yerə bölmüşdü. Ancaq sonra Kelvin özündən çıxdığına görə pis olmuş, hamıdan, o cümlədən arvadından üzr istəmişdi. O hiss edir ki, üzr istəməsi uşaqlarına yaxşı təsir göstərmişdi; onlar üzr istəməyə çəkinmirlər.

3. Uşaqların xoşbəxt mühitə ehtiyacı var

Yehova ‘xoşbəxt Allahdır’ (1 Timoteyə 1:11, YD). Təəccüblü deyil ki, Onun Oğlu İsa Məsih Atası ilə birlikdə olmaqdan böyük sevinc duyurdu. Süleymanın məsəlləri 8:30 ayəsi İsa ilə Atası arasındakı münasibəti başa düşməyə bizə kömək edir: «Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim». Ata ilə Oğul necə də mehriban idilər!

Sizin uşaqlarınızın da xoşbəxt mühitə ehtiyacları var. Uşaqlarınızla oynamağa vaxt ayırmaq belə mühitin yaranmasına kömək edə bilər. Valideynlə uşaq bir yerdə oynayanda bir-birinə yaxınlaşırlar. Yeniyetmə oğlu olan Feliks də bu fikirlə razıdır. O deyir: «Oğlumla birlikdə dincəlməyə vaxt ayırmaq münasibətlərimiz üçün çox vacibdir. Biz bir yerdə oyunlar oynayır, dostlarla ünsiyyət edir və maraqlı yerlərə gedirik. Bu, ailəmizdəki birliyi möhkəmləndirir».

4. Uşaqlara ruhani dəyərləri öyrətmək lazımdır

İsa Atasından təlim almışdı. Buna görə də o deyə bildi: «Mən Ondan [Atadan] eşitdiklərimi dünyaya söyləyirəm» (Yəhya 8:26). Allahın gözündə uşaqlara ruhani və mənəvi dəyərləri öyrətmək üçün ata məsuliyyət daşıyır. Sizin ata kimi üzərinizə düşən məsuliyyətlərdən biri düzgün prinsipləri uşaqlarınıza aşılamaqdır. Buna uşağın erkən yaşlarından başlamaq lazımdır (2 Timoteyə 3:14, 15). Feliks oğluna balacalığından Müqəddəs Kitab hekayələri oxumağa başladı. Feliks, «Müqəddəs Kitab hekayələri»* kitabındakılar da daxil olmaqla, maraqlı hekayələr oxuyurdu. Oğlu böyüdükcə, Feliks onun yaşına uyğun olan və Müqəddəs Kitaba əsaslanan digər nəşrlərdən istifadə etməyə başladı.

Donizeti deyir: «Müqəddəs Kitabın ailəvi öyrənməsini maraqlı etmək həqiqətən çətindir. Vacibdir ki, valideynlər ruhani məsələləri qiymətləndirdiklərini göstərsinlər, çünki uşaqlar valideynlərin hərəkətləri ilə sözlərinin bir-birinə zidd getdiyini tez görürlər». Üç oğul atası Karlos qeyd edir: «Biz ailənin tələbatlarını müzakirə etmək üçün hər həftə görüş keçiririk. Ailənin hər bir üzvünün müzakirə ediləcək məsələni seçmək imkanı var». Kelvin harada olmalarından və nə etmələrindən asılı olmayaraq, həmişə fürsət tapıb uşaqları ilə Allah haqqında danışırdı. Bu bizə Musanın sözlərini xatırladır: «Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış» (Qanunun təkrarı 6:6, 7).

5. Uşaqları islah etmək lazımdır

Uşaqların məsuliyyətli və faydalı insanlar kimi böyümələri üçün onları islah etmək lazımdır. Bəzi valideynlər düşünürlər ki, uşağı islah etmək onunla sərt davranmaq, eləcə də hədə-qorxu gəlmək və alçaldıcı tərzdə təhqir etmək deməkdir. Lakin Müqəddəs Kitab bunu kobudluqla əlaqələndirmir, əksinə, valideyn Yehovadan nümunə götürərək məhəbbətlə islah etməlidir (İbranilərə 12:4-11). Müqəddəs Kitabda deyilir: «Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efeslilərə 6:4).

Hərdən uşağı cəzalandırmaq lazım gəlir. Ancaq uşaq başa düşməlidir ki, onu niyə cəzalandırırlar. Valideynin cəzasından sonra uşaq özünü rədd edilmiş hiss etməməlidir. Müqəddəs Kitab uşağı bərk döyməyi düzgün hesab etmir, bu ona hətta xəsarət yetirə bilər (Süleymanın məsəlləri 16:32). Kelvin deyir: «Ciddi məsələlərə dair uşaqlarımın səhvini düzəltməli olanda həmişə çalışırdım göstərim ki, onları sevdiyim üçün səhvlərini düzəldirəm».

6. Uşaqların müdafiəyə ehtiyacı var

Uşaqların pis dostluqdan və zərərli təsirlərdən müdafiə olunmağa ehtiyacı var. Əfsuslar olsun ki, bu gün dünyada günahsız körpələrdən öz iyrənc məqsədləri üçün istifadə edən «pis adamlar» mövcuddur (2 Timoteyə 3:1-5, 13). Uşaqlarınızı necə müdafiə edə bilərsiniz? Müqəddəs Kitabda müdrik məsləhət verilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3). Uşaqlarınızı bəladan qorumaq üçün təhlükələrə qarşı ayıq olmalısınız. Problemlərə gətirib çıxaracaq vəziyyətləri qabaqcadan duyun və ehtiyat tədbirləri görün. Məsələn, əgər uşaqlarınıza İnternetdən istifadə etməyə icazə verirsinizsə, onda əmin olun ki, onlar ondan düzgün istifadə etməyi bilirlər. Kompüteri asanlıqla nəzarət edə biləcəyiniz açıq yerə qoymaq yaxşı olardı.

Ata övladlarını bu pozğun dünyada üzləşə biləcəkləri təhlükələrə hazırlamalı və onları öyrətməlidir. Uşaqlarınız bilirlərmi ki, siz yanlarında olmayanda kimsə onlara pis niyyətlə yaxınlaşsa, nə etməlidirlər?* Uşaqlar bilməlidirlər ki, cinsiyyət orqanlarından necə istifadə etmək olar, necə olmaz. Kelvin deyir: «Mən bunu heç vaxt başqalarının, heç müəllimlərin belə öhdəsinə buraxmamışam. Başa düşürdüm ki, övladlarıma cinsi münasibət və uşaqları pozanlar haqda məlumat vermək məsuliyyəti mənim üzərimə düşür». Onun uşaqlarının hamısı sağ-salamat böyüyüb başa çatdılar və hal-hazırda hər birinin xoşbəxt ailəsi var.

Allahın köməyini axtarın

Atanın övladlarına verə biləcəyi ən böyük hədiyyə onlara Allahla möhkəm şəxsi münasibətlər qurmağa kömək etməsidir. Atanın nümunəsi son dərəcə vacibdir. Donizeti deyir: «Atalar Allahla şəxsi münasibətlərinin onlar üçün nə dərəcədə qiymətli olduğunu göstərməlidirlər. Şəxsi problemlərlə və çətinliklərlə üzləşəndə bu, xüsusilə aydın görünməlidir. Ata belə hallarda Yehova Allaha nə qədər çox etibar etdiyini göstərir. Ailəvi dua, eləcə də yaxşılığına görə Allaha minnətdarlıq etmək uşaqlara Allahla dost olmağın vacibliyini başa salacaq».

Beləliklə, yaxşı ata olmaq üçün nə vacibdir? Uşaqları böyütməyin ən yaxşı yolunu bilən Şəxsdən, Yehova Allahdan məsləhət alın. Övladlarınızı Allahın Kəlamındakı rəhbərliyə uyğun tərbiyə etsəniz, Süleymanın məsəlləri 22:6 ayəsində təsvir olunan nəticələri görəcəksiniz: «O qocalanda da bu yoldan dönməz».

[Haşiyələr]

Bu məqalədə Müqəddəs Yazılardan gətirilən məsləhətlər əsas etibarilə atalara yönəldilsə də, bir çox prinsiplər analar üçün də tətbiqediləndir.

Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

Uşaqları cinsi zorakılıqdan qorumağa dair məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının 2007-ci il oktyabr sayının 3-11-ci səhifələrinə (rus.) baxın.

[19-cu səhifədəki şəkil]

Ata övladları üçün yaxşı nümunə olmalıdır

[20-ci səhifədəki şəkil]

Ata övladlarının ruhani təlabatlarını ödəməlidir

Benzinə necə qənaət etmək olar? – 9 MƏSLƏHƏT

Bəzi avtomobil sahibləri yanacaq xərci artdığı üçün öz avtomobilini satıb ya dizel mühərrikli avtomobilə keçmək istəyir, bəziləri isə çıxış yolunu kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərdə görür. Amma mövcud avtomobillə də yanacaq xərclərini azaltmaq mümkündür. Bunun üçün sürücülər yanacağa qənaət etməyin yollarını bilməlidirlər. Xarici avtomobil mütəxəssisləri avtomobilə düzgün qulluq və düzgün idarəetmə ilə yanacaq sərfiyyatını 10%-ə qədər azaltmağın mümkün olduğunu bildirirlər.

Maşını mütəmadi olaraq texniki baxışdan keçirin

Avtomobilin bütün silindrləri tam gücü ilə işləyəndə onun mühərriki daha az yanacaq tələb edir. Müasir maşınların mütəmadi baxışa daha az ehtiyacı olur, amma istehsalçı tərəfindən müəyyən edilmiş intervallarda maşınızı baxışdan keçirməsəniz əmin olun ki, bir çox problemlərlı, o cümlədən yüksək benzin sərfiyyatı ilə üzləşəcəksiniz.

Yağı vaxtında dəyişin

Bunu hamımız bilsək də, amma vaxtlı-vaxtında etmirik. Bundan başqa əmin olun ki, maşınıza tam uyğun olan yağdan istifadə edirsiniz. Bunun üçün avtomobilin texniki təlimatına nəzər yetirin. Yağ maşının ehtiyat hissələrinin arasında olan təmasını yüngülləşdirir və daha effektiv edir və bu da nəticədə yanacaq xərcini azaldır.

Təkərlərin balansına nəzarət edin

Təkərlər boş olduğu zaman, mühərrik maşını hərəkətə gətirmək üçün daha çox güc sərf edir. Bu da təbii ki daha çox benzin tələb edir. Təkərlərin havası 5% əskik olduğu halda, bu yanacaq sərfiyyatını 1% artırır. Bundan başqa şinlərin köhnəlməsi də sürətlənir. Təkərlərin balansını ən azı ayda bir dəfə yoxlatdırın.

Xüsusi şinlərdən istifadə edin

Bazarda bir çox şin var və sürücülərin əksəriyyəti adətən ən ucuz olanı seçir. Lakin belə seçim heç də sizin benzinə qənaət etmək istəyinizlə uyğun gəlmir. Bu baxımdan sizə xüsusi eko-şinlərdən istifadə etmək məsləhət görülür. Onlar adi şinlərdən biraz baha olsa da, hərəkət zamanı müqaviməti azaltmaqla yanacağın 5% qədər az istifadəsini təmin edir.

Yolunuzu azmayın

Yolu azmaq benzin israfçılığın ən “yaxşı” yoludur. Bunu etməyin! Tanımadığınız yerə gedərkən mütləq əvvəlcədən xəritəyə nəzər yetirin. Yolu, döngələri, yadda saxlayın. Və ya maşınınıza naviqator sistemi quraşdırın. Müasir naviqatorlar istənilən ünvana qədər yanacaq sərfiyyatı baxımından ən effektiv yolu sizə göstərmək iqtidarındadır.

Kondisioner

Kondisionerdən istifadə bəzi hallarda benzin yanmasını 20% qədər artırır. Təbii ki müəyyən hava şəraitində kondisionerdən imtina etmək mümkün deyil. Lakin bir çox hallarda kondisionerə ehtiyac olmadığı halda biz ondan istifadə etməyə davam edirik.

Baqajı boşaldın

Çox vaxt elə olur ki hansısa əşyalar yaddan çıxıb maşınımızda qalır və biz onları aylarla daşıyırıq. Artıq yük maşının hərəkətini əngəlləyir və mühərrikin daha çox yanacaq sərf etməsinə gətirib çıxarır. Bundan başqa həmin artıq çəki maşının sürət yığmasına və yavaşlamasına da mənfi təsir göstərir. Hesablamalara görə avtomobildə daşınan hər 30 kg yük benzin sərfiyyatını 1% artırır. Ona görə maşının baqajınıza əl gəzdirin. Çox güman ki ordan 30 kiloluq lazımsız yük çıxacaq.

Maşını sərt sürməyin

Maşını idman üslubunda yəni, kəskin manevr etməyərək sürmək lazımdır. Bütün manevrlər hamar və yavaş olmalıdır. Aqressiv sürmə həmişə daha çox benzin tələb edir.

Sürəti azaldın

Maşını yavaş sürmək yanacaq qənaətində böyük rol oynayır. Yüksək sürətlərdə avtomobilin mühərriki daha çox yanacaq tələb edir. Çalışın 80-90 km/saat sürəti aşmayın.

Necə IQ Seçim istifadə etmək olar? – Praktiki məsləhət

Fəsil 21

Vaxtdan necə səmərəli istifadə edim?

Sutkaya neçə saat əlavə etmək istəyərdin? ․․․․․

Həmin vaxtı nəyə sərf edərdin?

VAXT dördnala çapan at kimidir: əgər sənin xeyrinə işləməsini istəyirsənsə, onu yüyənləməyi bacarmalısan. Vaxtını düzgün planlaşdırmağı öyrənsən, daha az stress keçirəcəksən, qiymətlərini yaxşılaşdıracaqsan və valideynlərinin daha çox etibarını qazanacaqsan. «Qulağa xoş gəlir! Ancaq elə də asan deyil!» — deyə fikirləşə bilərsən. Düzdür, çətinliklərin olacaq, ancaq sən onların öhdəsindən gələ bilərsən. Gəl görək, hansı çətinliklərlə üzləşə bilərsən.

1-ci çətinlik: qrafik qurmaq

Nə mane ola bilər? Qrafik qurmaq fikri belə səni dəhşətə gətirir! Sən sərbəst olmağı xoşlayırsan və sərt qrafik altında yaşamaq istəmirsən.

Nə üçün vacibdir? Süleyman padşah yazmışdır: «Çalışqanın niyyəti xeyir gətirər» (Süleymanın məsəlləri 21:5). Süleymanın çoxlu məsuliyyətləri var idi. O, padşah olmaqla yanaşı, ər və ata vəzifələrini də yerinə yetirirdi. Yaş ötdükcə onun həyatında gərginlik artırdı. Ola bilsin, hal-hazırda sənin də həyatın çox gərgindir. Böyüyəndən sonra isə işlərin daha da çoxalacaq. Buna görə də, işlərini planlı şəkildə görməyi nə qədər tez öyrənsən, bir o qədər yaxşıdır!

Həmyaşıdların nə deyir? «Haradasa altı ay bundan əvvəl mən işlərimi müntəzəm olaraq planlaşdırmağa başladım. Həyatımı yüngülləşdirmək istəyirdim — qrafik tutmağın böyük köməyi oldu!» (Ceyhun).

«Bütün işlərimin siyahısını tutmaq mənə qrafikdən kənara çıxmamağa kömək edir. Əlavə bir iş görmək lazım gələndə isə mən anamla oturub planlaşdırdığımız işləri yerinə yetirmək üçün bir-birimizə necə kömək edəcəyimizi yazırıq» (Mahirə).

Nə kömək edə bilər? Gəl vəziyyətə digər tərəfdən baxaq: təsəvvür et ki, ailənizlə birlikdə səyahətə hazırlaşırsınız. Hərə öz çantasını necə gəldi maşının baqajına atır. Digər əşyalara isə yer qalmır. Bəs nə etmək olar? Siz hər şeyi çıxarıb yenidən yığmağa başlayırsınız — əvvəlcə böyük çantaları, sonra isə balacaları. Və görürsünüz ki, hamısı yerləşdi!

Həyatda da belədir. Əgər əhəmiyyətsiz işlərdən başlasan, çox ehtimal ki, vacib işlərə vaxt qalmayacaq. Əvvəlcə, daha vacib işləri gör və digər işlərə nə qədər vaxt qalacağına özün də heyrətlənəcəksən! (Filipililərə 1:10).

Görməli olduğun ən vacib işlər hansılardır?

İndi isə həmin işləri vacibliyinə görə nömrələ. Əgər əvvəlcə vacib işləri görsən, az əhəmiyyətli işlərə kifayət qədər vaxtın qaldığına təəccüblənəcəksən.

Nə edə bilərsən? Bloknot götür və görməli olduğun işlərini vacibliyinə görə sırala. Növbəti əşyaların da sənə köməyi dəyə bilər:

□ Mobil telefonda təqvim

2-ci çətinlik: qrafikə riayət etmək

Nə mane ola bilər? Məktəbdən sonra «beşcə dəqiqə» dincini almaq və ya televizora baxmaq istəyirsən. Yaxud dərslərini oxumağa hazırlaşırdın ki, SMS gəlir və səni kinoya dəvət edirlər. Təbii ki, kino gözləmir, ancaq dərsləri axşam da oxumaq olar. Öz-özünə deyirsən: «Onsuz da dərsləri axır dəqiqəyə saxlayanda daha yaxşı hazırlaşıram».

Nə üçün vacibdir? Əgər dərslərini təmiz başla oxusan, daha yaxşı qiymətlər alacaqsan. Məgər həyatında stressin azdır? Onda nəyə görə yoxlama yazı işinə gecəyarısı, tez-tələsik hazırlaşmaqla stressini artırırsan? Səhər duranda özünü necə hiss edəcəksən? Birdən yatıb qaldın? Onda daha çox stress keçirəcək, evdən qaça-qaça çıxacaq və ehtimal ki, dərsə gecikəcəksən (Süleymanın məsəlləri 6:10, 11).

Həmyaşıdların nə deyir? «Mən televizora baxmağı, gitara çalmağı və dostlarımla əylənməyi sevirəm. Bilirəm, bunda pis bir şey yoxdur, ancaq bəzən vacib işləri sonraya saxladığım üçün axırda hər şeyi tələm-tələsik görməli oluram» (Culiyan).

Nə kömək edə bilər? Təkcə görməli olduğun işləri yox, zövq aldığın işləri də planlaşdır. Culiyan deyir: «Planımda maraqlı şeylər olduğunu biləndə vacib işlərimi görmək daha asan olur». Başqa bir variantı da sınaya bilərsən: qarşına nail olmaq istədiyin əsas bir məqsəd qoy, sonra da addımbaaddım ona çatmaq üçün ikinci dərəcəli məqsədlər qoy.

Nə edə bilərsən? Növbəti altı ay ərzində hansı bir və ya iki real məqsədə nail ola bilərsən?

Növbəti iki il ərzində hansı real məqsədə nail ola bilərsən və ona çatmaq üçün artıq indidən nə etməlisən?*

3-cü çətinlik: səliqəli və mütəşəkkil ol

Nə mane ola bilər? Bəlkə də, sən səliqəli və mütəşəkkil olmaqla vaxtı planlaşdırmaq arasında heç bir bağlılıq görmürsən. Üstəlik, səliqəsiz olmaq daha asan görünə bilər. Otağını yığışdırmağı sabaha da saxlaya bilərsən, yaxud heç yığışdırmasan da olar. Səliqəsizlik səni narahat etmədiyi üçün ona bir o qədər də əhəmiyyət vermirsən. Bəs bu, doğrudan da, əhəmiyyətsizdir?

Nə üçün vacibdir? Evdə səliqə-sahman olanda axtardığın şeyləri daha tez tapacaq və vaxtına qənaət edəcəksən. Bu da stressini azaldacaq və qəlb rahatlığını qorumağa kömək edəcək (1 Korinflilərə 14:40).

Həmyaşıdların nə deyir? «Hərdən paltarlarımı dərhal yerinə qoymağa vaxtım olmayanda aləm bir-birinə dəyir. Gəl indi bu qarmaqarışıqlığın içində sənə lazım olan şeyi tap» (Mendi).

«Düz bir həftə pul qabımı tapa bilmədim — xeyli stress keçirdim. Nəhayət ki, otağımı yığışdırandan sonra tapdım» (Frenk).

Nə kömək edə bilər? Götürdüyün şeyləri istifadə etdikdən sonra dərhal yerinə qoymağı adət et. Evin alt-üst olmasını gözləmə.

Nə edə bilərsən? Təmiz və səliqəli olmağı bir vərdişə çevir. Hər şeyi yerli-yerində saxla və görəcəksən ki, həyatını xeyli asanlaşdırmısan.

Vaxt hamıya eyni miqdarda verilən qızıldır. Onu necə gəldi xərcləsən, özün ziyan çəkəcəksən. Müdrik istifadə etsən, mükafatın böyük olacaq. İndi seçim sənindir.

Ailəniz mühacirdir? Özünü həm məktəbdə, həm də evdə yad kimi hiss edirsən? Öyrən gör, bu vəziyyətdən necə yararlana bilərsən.

[Haşiyə]

Əlavə məlumat üçün bu kitabın 39-cu fəslinə bax.

AÇAR AYƏ

“Daha vacib şeyləri ayırd etməyi [öyrənin]” Filipililərə 1:10

MƏSLƏHƏT

Bu fəsildə verilən məsləhətlərin hamısını birdən tətbiq etməyə çalışma. Növbəti bir ay ərzində bir məsləhətin üzərində işlə. Gördün alınır, o birisinə keç.

BİLİRSƏN. ?

Həddən artıq çox iş planlaşdırmağın stressə səbəb olacaq. Onları vacibliyinə görə bölsən, hansıları görməli olub-olmadığını müəyyən edə biləcəksən.

HƏRƏKƏT PLANI!

Daha az vaxt sərf etməli olduğum iş: ․․․․․

Qənaət etdiyim vaxtı növbəti işə sərf edə bilərəm: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Vaxtını planlaşdırmağı öyrənməyin gələcəkdə sənə necə kömək edəcək?

● Valideynlərindən vaxtdan düzgün istifadə etməyə dair nə öyrənə bilərsən?

● Qrafikinin daha effektiv olması üçün nə edə bilərsən?

[154–cü səhifədəki yazı]

«Bir dəfə mənim barəmdə necə zarafat etdiklərini eşitdim: “Əgər saat dörddə gəlməyini istəyirsənsə, üçə danış”. Onda başa düşdüm ki, vaxtımı düzgün planlaşdırmağı öyrənməliyəm» Riki

[155–ci səhifədəki çərçivə]

Vaxtım nəyə gedir?

8 yaşından 18 yaşına qədər olan uşaqların və yeniyetmələrin növbəti işlərə hər həftə, orta hesabla, sərf etdikləri vaxt:

17

30

44

saat televizora, videooyunlara, yazışmağa və musiqi dinləməyə

Aşağıdakı şeylərə hər həftə nə qədər vaxt sərf etdiyini yaz:

Cəmi ․․․․․

Həmin vaxtdan bu qədərini daha vacib işlərə sərf edə bilərəm:

[153–cü səhifədəki şəkil]

Vaxt dördnala çapan at kimidir — onu yüyənləməyi öyrən

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: