Müştərək ticarətə dəvət – Eliminasiya strategiyası

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

2020–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı

AzerTAg.az

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 16 noyabr tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007–2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, “qara qızılın insan kapitalına çevrilməsi” olmuşdur. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının ən müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırmışdır. Proqram çərçivəsində təhsil almış və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışmağa başlamış məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar.

Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti, Sorbonna Universiteti, Kioto Universiteti, Toronto Universiteti, Heydelberq Universiteti, Bilkənd Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil almış və ya almaqdadırlar. Həmin gənclər hazırda dünyanın aparıcı təşkilat və şirkətlərində (BMT, NASA, “Microsoft”, “Google”, “Bloomberg”, “Samsung”, “LG” və s.) təcrübə keçməyə dəvət edilmişlər. Onlar yaşadıqları ölkələrin ictimai-mədəni həyatında yaxından iştirak etməklə, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğində və diaspor işində xüsusi fəallıq göstərirlər. Həmin gənclərin Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, Koreya Respublikası və Yaponiya kimi ölkələrdə azərbaycançılıq məfkurəsi və milli dəyərlər ətrafında təşkilatlanması ölkəmizin maraqlarının həmin ölkələrdə qorunmasına xidmət edir.

Təhsillərini yüksək akademik göstəricilərlə tamamlayan gənclər Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyətinə başlamışlar. Həmin məzunlar ali məktəblərin (“ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və s.) professor-müəllim heyətinin akademik bacarıqlarının müasirləşdirilməsində və tədrisin təşkilində nümunə olmaqla, həmin təhsil müəssisələrinin inkişaf prosesində mühüm rol oynayırlar.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafını daim diqqətdə saxlayan, insan resurslarının yetişdirilməsi və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin başlıca məqsədlərini müəyyənləşdirmişdir. Bir sıra innovativ layihələr gerçəkləşdirilmiş, o cümlədən 2020-cü ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində “Savadlı, Bacarıqlı və Hazırlıqlı” tələbələrdən ibarət SABAH Qrupları yaradılmış, bir neçə ölkənin nüfuzlu universitetlərinin Azərbaycanda filialları (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı) açılmış, beynəlxalq ikili diplom proqramlarının (Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə, Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə, “ADA” Universiteti ABŞ-ın Miçiqan Dövlət Universiteti və Niderlandın Maastrixt Menecment Məktəbi ilə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fransanın Strasburq Universiteti ilə “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)”) həyata keçirilməsinə başlanılmışdır.

Bununla yanaşı, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla ali təhsil sahəsində yeni Dövlət Proqramının qəbul edilməsi zəruridir.

2. Dövlət Proqramının məqsədləri

“2007–2020-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2020–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanmışdır.

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

“ADA” Universiteti ilə Niderland Krallığının Maastrixt Menecment Məktəbinin “Biznesin idarə olunması” ixtisası üzrə 2 illik birgə magistratura layihəsi, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramı qeyd edilən sahədə atılmış uğurlu addımlardır. Mövcud təcrübənin genişləndirilməsi yaxın perspektivdə Azərbaycan təhsil sisteminin inkişafı, beynəlmiləlləşdirilməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə nail olunmasına imkan verməlidir.

Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır. Belə ki, əcnəbi mütəxəssislərin yerli təhsilverənlərlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin etməli, nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin dünya miqyasında nüfuzu artdıqca, gələcəkdə onların müstəqil şəkildə əcnəbi tələbə və professor-müəllim heyətini cəlb etməsi imkanları genişlənməli, beynəlxalq reytinq cədvəllərində irəliləməli, ölkənin sürətli inkişaf tempinə uyğun mütəxəssis hazırlığı mümkün olmalıdır.

Bununla yanaşı, xaricdə dövlət hesabına təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikası vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycan Respublikasının ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.

Eyni zamanda, Proqram müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Doktorantura səviyyəsi üzrə kadr hazırlığının aparılacağı xarici ali təhsil müəssisələrinin dar ixtisaslaşmalar üzrə dünya reytinqlərinin nəzərə alınması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artırmalıdır.

Azərbaycan Respublikasında təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası, qeyd olunan əsas məqsədlərin yerinə yetirilməsi beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin etməlidir.

3. Dövlət Proqramının icra istiqamətləri

3.1. Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

3.1.1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;

3.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;

3.1.3. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;

3.1.4. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqlərin tələblərinə uyğunlaşdırılması;

3.1.5. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələri üzrə elmi -tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi;

3.1.6. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;

3.1.7. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması;

3.1.8. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, onların ezamiyyət xərclərinin və əməyinin ödənilməsi sisteminin beynəlxalq standartlara uyğun qurulması;

3.1.9. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti ilə əmək, tibbi və sosial sığorta, habelə sosial müdafiə sahələrində münasibətlərin şərtlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunması;

3.1.10. əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;

3.1.11. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;

3.1.12. xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması;

3.1.13. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti və tələbə kontingenti ilə bağlı məlumatların idarə olunması məqsədilə müvafiq ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılması;

3.1.14. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat strukturlarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması;

3.1.15. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı mexanizmin yaradılması;

3.1.16. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin tədrisə alternativ yollarla cəlb olunması üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi;

3.1.17. beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət və şəxsi vəsait hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması;

3.1.18. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və cari xərclərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması.

3.2. Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

3.2.1. Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, o cümlədən xaricdə doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin seçiminə və onların təhsillərinin maliyyələşdirilməsinə dair normativ hüquqi aktların hazırlanması;

3.2.2. xaricdə doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin Azərbaycan Respublikasında işlə təmin olunmaları məqsədi ilə tədbirlər görülməsi, bununla bağlı normativ hüquqi aktların müddəalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

3.2.3. Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil almaları üçün ixtisas istiqamətləri üzrə beynəlxalq reytinqləri nəzərə alınmaqla xarici ali təhsil müəssisələrinin siyahısının müəyyən edilməsi;

3.2.4. Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil alacaqları ixtisas istiqamətlərinin respublikanın inkişaf prioritetlərinə uyğun müəyyən edilməsi;

3.2.5. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması;

3.2.6. doktorantura səviyyəsi üzrə yüksək reytinqli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili;

3.2.7. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alanların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi, araşdırma və təhsil nailiyyətlərinin monitorinq sisteminin yaradılması;

3.2.8. “2007–2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində işlə təminatı sahəsində əlaqələndirmə mexanizminin yaradılması;

3.2.9. “2007–2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazanın bu Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsilin tələblərinə uyğun təkmilləşdirilməsi.

4. Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri

4.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

4.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

4.1.2. beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları;

4.1.3. kreditlər və qrantlar;

4.1.4. mülkiyyət formasından asılı olmayaraq, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri;

4.1.5. qanunla qadağan olunmayan digər mənbələr.

5. Gözlənilən nəticələr

5.1. Dövlət Proqramının icrasından aşağıdakı nəticələrin əldə olunması gözlənilir:

5.1.1.beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunması;

5.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrinə əcnəbi professor-müəllim heyətini əmək fəaliyyətinə cəlb etməklə, ali təhsil sistemində aparılan islahatların sürətləndirilməsinə, həmin ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə və elm-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə nail olunması;

5.1.3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris olunan beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına nail olunması;

5.1.4.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarını həyata keçirməklə onların nüfuzunun artmasına və regional təhsil mərkəzlərinə çevrilməsinə nail olunması;

5.1.5. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqi;

5.1.6. ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunması;

5.1.7. Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının genişləndirilməsi;

5.1.8. işəgötürənlərlə əlaqələrin qurulması nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatı.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

6.1. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom

proqramlarının təsis edilməsi

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələri üzrə elmi-tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, ezamiyyətlərinin maliyyələşdirilməsi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

əmək bazarının tələbatı nəzərə alınmaqla, Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat qruplarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı mexanizmin yaradılması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin tədrisə alternativ yollarla cəlb olunması üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və cari xərclərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin

akademik imkanlarının gücləndirilməsi

Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi

ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu

Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması

Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası

Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan maliyyə vəsaitlərinin istifadəsinin monitorinqi

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinin müəyyən edilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və aidiyyəti dövlət qurumları

Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları üçün prioritet ixtisasların və xarici ölkələrin müvafiq ali təhsil müəssisələrinin müəyyənləşdirilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Neft Fondu

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xarici tərəfdaş qurum və ya xarici ali təhsil müəssisəsi və yerli ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqavilələrinin imzalanması

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi

doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçimi meyarları və prosedurlarının müəyyən edilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının

Dövlət İmtahan Mərkəzi

təhsil dövründə doktorantların akademik göstəricilərinin monitorinqi mexanizminin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələri

Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə məzunların müsabiqə yolu ilə işə qəbulunun tənzimlənməsi üçün normativ hüquqi aktların hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikasının

Dövlət İmtahan Mərkəzi

Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazaların təkmilləşdirilməsi və onlardan istifadə imkanlarının (elektron arayışlar, elektron sənəd dövriyyəsi və s.) genişləndirilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət Proqramının icrası məqsədilə Təhsil Nazirliyinin nəzdində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına “Dövlət Proqramının idarəetmə qrupu”nun yaradılması

Nazirlər Kabineti, Dövlət Neft Fondu, Təhsil Nazirliyi

Dövlət Proqramının icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması

Bakı: Rusiya və Nato generalları Aİ sərhədlərində təlimləri müzakirə edib

Bu keçidlər xarici sayta aparır və yeni pəncərədə açılacaqlar

Bu keçidi köçür

Bu keçidlər xarici sayta aparır və yeni pəncərədə açılacaqlar

Paylaşma panelini bağla

Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşünün müzakirə mövzusu olub.

Onların cümə axşamı günü keçirilən görüşü gələn həftə Belarusda keçiriləcək “Zapad 2020” hərbi təlimlərdən əvvəl baş verib.

Ordu generalı Valeri Gerasimov general Petr Pavel-ə təlimlərin müdafiə xarakterli olduğunu və üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib, APA agentliyi xəbər verir.

Lakin 14-20 sentyabrda keçiriləcək Rusiya ilə Belarusun müştərək manevrləri Polşada və Baltik ölkələrində narahatçılığa səbəb olub.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur ki, Baltik dənizi, Belarus və Rusiyanın qərbindəki poliqonlarda keçiriləcək manevrlərdə 10 gəmi, 70 təyyarə və 250-dək tankla yanaşı digər texnika və silah növləri istifadə olunacaq.

Moskva təlimlərə 12.700 hərbçinin qatılacağını bildirib.

Almaniya Litva və Estoniya isə əsgərlərin sayının 100 mindən artıq ola biləcəyini hesab edir.

Cümə axşamı günü öz fransalı həmkarı ilə görüşən Almaniyanın müdafiə naziri Rusiyanın rəsmi rəqəmlərini sual altına alaraq, təlimlərə 100 mindən artıq hərbi heyətin qatılacağını deyib, Reuters agentliyi xəbər verir.

“Şübhəsiz ki, biz Rusiyanın imkanları və qüdrətinin nümayişini müşahidə edirik”, – Ursula von der Leyen Tallində Aİ müdafiə nazirlərinin toplantısı vaxtı müxbirlərə bildirib.

Fransanın müdafiə naziri Florence Parly isə Aİ və NATO sərhədlərindəki manevrləri düşünülmüş “hədə strategiyası” kimi təsvir edib.

Təlimlərə üç NATO eksperti dəvət edilsə də, NATO rəhbəri Jens Stoltenberg tədbirin şəffaflıq tələblərinə cavab vermədiyini bildirir, AFP icmalında qeyd olunur.

Rusiya israr edir ki, sayı 13 mindən aşağı olan əsgəri qüvvənin iştirakı ilə keçirilən təlimlərdə beynəlxalq müşahidəçilərin dəvət olunması məcburi deyil.

2020-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində başlanan münaqişə ardınca NATO ilə Rusiya arasında əlaqələr gərgin olaraq qalır.

Son illər ərzində Şimali Alyans Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlıq izhar edən Baltik ölkələrlə Polşa ərazisinə 4 minə yaxın əlavə qüvvə yerləşdirib.

Bu ilin əvvəlində Bakıda ABŞ SQ qərargah rəisləri komitəsinin sədri, general Joseph Dunfordla Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilmişdi.

Müştərək ticarətə dəvət – Eliminasiya strategiyası

İranın əmmaməçilyində Ələmut əlamətləri

İran tarixən terrorun vətəni sayılıb. Hələ min il bundan əvvəl İran coğrafiyasında meydana gələn Xaşxaşilər təriqəti dünyanın bilinən ilk terror təşkilatlarındandır, hətta bəzi tədqiqatçılara görə, sistematik şəkildə formalaşan terror təşkilatlarının ilkidir.

İlk terror təşkilatının bu ərazilərdə yaranması səbəbsiz deyildi və bir çoxlarının yanlış olaraq İslam xilafətləri adlandırdıqları Əməvilər hakimiyyəti dövründə təməlləri atılıb Abbasilərlə forma dəyişdirmiş, ərəb imperializminin ədalətsizliyinə qarşı etirazdan doğaraq türk idarəçiliyinə qarşı davam etdirilmişdir. Belə ki, ələ keçirdikləri əraziləri acgözcəsinə talayan, bölgə xalqlarının maddi-mənəvi dəyərlərini yox etməyə çalışan xilafətçiliyə qarşı üsyanlar zorla basdırılınca istər-istəməz ortaya bugünkü kimi terror təşkilatları kimi qurumlar çıxmışdı. Bunun ən bariz nümunəsi isə İsmaili təriqətinə mənsub Xaşxaşilər və ya başqa bir adıyla desək, Səbbahilər idi.

1090-cı ildə Həsən bin Səbbah tərəfindən qurulan Xaşxaşilər müasir terror təşkilatlarının bütün əlamətlərini özündə birləşdirirdi. O da müasir terror təşkilatları kimi böyük ajiotaj yaradan təxribatlar planlaşdırır və yerinə yetirir, törətdiyi terror aktlarında simvolik əşyayi-dəlillər (əsasən qətllərdə istifadə olunan bıçaqlar) buraxaraq hakim rejimlərə müyyən mesajlar verir, terror aktlarını xüsusi missionerlər vasitəsilə həyata keçirirdi. Onun da müəyyən siyasi hədəfləri və ideoloji əsasları var idi və törədilən bütün təxribarlar məhz bu hədəfləri reallaşdırmağa yönəlirdi.

Xaşxaşilərin sırf İranın bugünkü terror siyasətilə uzlaşan spesifik xarakterləri də mövcud idi. Onlar da öz xələfləri kimi mübarizələrini iki mühüm hədəf üzərində qururdular:

1) daxili qüvvələrə qarşı mübarizə;

2) xarici düşmənləri sıradan çıxarmaq.

Onlar da öz tərəfdarlarını İran İslam İnqilabi Keçikləri kimi dini-siyasi ideologiya əsasında toplayır, beyinlərini yıxayaraq əməliyyatlara göndərirdilər. Hər iki cərəyanın tərəfdarlarına mübarizə əzmi verən iksirlərdən biri ideoloji təməllər, digəri isə tərəfdarlarında qorxusuzluq hissi yaradan narkotik maddələrdir. Xaşxaşi sözünün hərfi mənasının “tiryəkilik” olduğunu göz önünə gətirsək, iddialarımız özü-özlüyündə təsdiqlənir və bu gün İranla sərhədlərimizdən tez-tez baş verən narkotika qaçaqmalçılığının yalnız ticarət məqsədi güdmədiyi, həm də gənclərimizi narkotikadan asılı vəziyyətə salaraq potensial terrorçuya çevirməyə hesablandığı ehtimalını ağla gətirir.

Terrorizmin əsas silahı: Xaşxaş və narkotika

Maraqlıdır ki, İran rəsmiləri də dünya narkotika ticarət marşrutunun əsas keçid məntəqəsinin bu ölkədən keçdiyini qəbul edir və uyuşdurucuya qarşı ən amansız mübarizə aparan dövlətin özləri olduğunu xüsusi qürur hissilə vurğulayırlar. Bu ilin iyun ayında mətbuata açıqlama verən İranın Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi general İsgəndər Momeni dünyada tiryəkin üzə çıxarılmasının 76, morfinin aşkar edilməsinin isə 67 faizinin İranın səyləri nəticəsində mümkün olduğunu bildirmişdi. General bu “böyük uğurları”nın sirrini isə belə izah etmişdi: “İran İslam Respublikası coğrafi mövqeyə görə, dünyada uyuşdurucu maddələrin doxsan faizindən çoxunun istehsal edildiyi Əfqanıstanın kənarında yerləşir. Narkotik maddələr isə dünyada çox mənfəətli bir ticarətə çevrilib və bu şərait səbəb olubdur ki, İran İslam Respublikası hər il bu beynəlxalq bəla ilə mübarizə üçün sərhədin gücləndirilməsi kimi addımlar istiqamətində yüz milyonlarla dollar pul xərcləsin, halbuki bu büdcə davamlı inkişafa xərclənə bilərdi”.

General Momeninin bildirdiyinə görə, İran İslam Respublikası ötən otuz ildə təqribən on bir min ton narkomaddə aşkar etmişdir.

Şəkildə: Ələmut qalasının xəyali təsviri

Sual oluna bilər: İranın narkotikaya qarşı bu “amansız mübarizəsi” öz müsbət nəticəsini vermişdirmi?

Zənnimizcə, bu qəliz suala ən yaxşı cavabı nüfuzlu beynəlxalq qurumların hazırladığı hesabatlar verə bilər. BMT-nin 2020-cu il hesabatına görə, 2008-ci ildə dünyada əhalisinin sayına görə ən çox narkotik maddə istifadə edən iki ölkədən biri İran, digəri isə Rusiyadır. Bu hesabatı şərh edən İranın Daxili Təhlükəsizlik İdarəsinin komandiri general İsmayıl Əhmədi Mukaddem etiraf etmişdi ki, rəsmi rəqəmlərə görə, bu ölkədə hələ də 1 milyon 200 min narkoman var və 15 milyon insan narkomaniya təhlükəsi altındadır.

Sözsüz ki, bunlar hələ rəsmən təsbit edilmiş rəqəmlərdir. Müşahidəçilərin fikrincə isə, İranda narkotika istifadəçilərinin sayı rəsmi açıqlamalardan dəfələrlə çoxdur. İddialara görə, İranın bir çox yerlərində, o cümlədən paytaxt Tehranda narkotika istifadəçiliyi gizli məkanlardan şəhər küçələrinə sızmış və hər kəsin gözü qarşısında həyata keçirilən gündəlik məişət hadisəsinə çevrilmişdir. İranın Mehr Xəbər Agentliyinin illər öncə Tehran küçələrində çəkib yayımladığı bəzi fotolar da bu faktı açıq şəkildə gözlər önünə sərir və ölkənin narkotikaya qarşı necə mübarizə apardığına kifayət qədər aydınlıq gətirir.

Oxucularımıza təqdim etdiyimiz bu fotolar da göstərir ki, İran təkcə qonşu dövlətlərin gənclərini uyuşdurucu aludəçi etməklə kifayətlənmir, 1000 il əvvəlki xaşxaşılər kimi öz vətəndaşlarını da bu məkrli siyasətin qurbanına çevirir. Təsadüfi deyil ki, İranda narkotikaya qarşı mübarizə tədbirləri də getdikcə yumşaldılır və ölkədə bu bəlanın daha geniş vüsət almasına şərait yaradılır. Ötən il media qurumlarına İranın Məhkəmə Qurumlarının sədri ayətullah Sadiq Larincaninin hakimlərə göndərdiyi gizli təlimatı yansımışdı. Həmin təlimatda uyuşdurucu cinayətindən ittiham edilən minlərlə məhkumun edamının ləğvi və işə yenidən baxılması tələb olunurdu. Məlumata görə, Larincaninin bu əmrindən 5000-dən çox narko-tacir yararlanacaq və edam hökmü müxtəlif yüngül cəzalalarla əvəz ediləcəkdi. İstisna olunmur ki, bu gizli təlimatın verilməsində narkotika alverində ittiham edilənlərin sayı mühüm oynayıb. Elə bu faktın özü də İranda bu bəlanın hakimiyyət dairələrin gözü qarşısında yayılmasını nəinki inkar etmir, əksinə bir daha təsdiqləyir və dünya narko-cinayətlərinin 70%-ə yaxınının üstünün açmasına baxmayaraq, rəsmi Terhanın uyuşdurucu ilə yetərli səviyədə mübarizə aparması iddialarını şübhə altına salır.

SEPAH – Müasir dövrün Xaşxaşiləri

Zənnimizcə, İranın göz görə-görə uyuşdurulmasının başlıca səbəblərindən biri də Ələmut ənənələrindən gəlməkdədir. Dünya imperializminə, sionizmə və ərəb islamçılığına qarşı eyni anda mübarizə aparmağa çalışan bir dövlət yalnız beyni dönmüş fədailərlə nəticəyə vara bilər. Bunun üçün isə təkcə cənnət vəd edən ideoloji əsaslar kifayət etmir. Həm də bu fədailərin beynini dumanlandıran əlavə maddi resurslara da ehtiyac var. Ən ucuz və keyfiyyətli maddi resurs isə, təbii ki, narkotikadır. Üstəlik, narkotika aludəçilərinin çoxalması müasir Xaşxaşilərin – İran İslam İnqilabi Keşikçiləri Korpusunun da büdcəsinin yeni maliyyə qaynağı ola bilər.

Qeyd edək ki, İranın rəsmi ordusunun ən güclü qanadı sayılan SEPAH-ın dünyanın ilk terror təşkilatı Xaşxaşilərlə müqayisəsi bizim beynimizin məhsulu deyil. Bu yaxınlarda ABŞ bu korpusu dünyanın ən böyük terror təşkilatı elan etmiş və prezident Donald Tramp bu barədə açıq bəyanatlar vermişdir. Donald Tramp hakimiyyətindən əvvəl də bütünlüklə SEPAH olmasa belə, onun müxtəlif batalyonları və xarici dövlətlərdəki uzantıları terror təşkilatı kimi beynəlxalq hesabatlara düşmüşdülər. İstərsəniz, gəlin, beynəlxalq hesabatlarda SEPAH-ın nizami ordudan daha çox terror təşkilatı kimi tanıdılması mərhələlərinə qısaca nəzər salaq.

Sirr deyil ki, 1979-cu il İslam inqilabından sonra İranın terror təşkilatlarını dəstəkləyən dövlətə çevrilməsi müxtəlif beynəlxalq hesabatlarda öz əksini tapmışdır. Xüsusilə 1990-cı illərdə ABŞ Dövlət Departamentinin hazırladığı terrora dəstək verən dövlətlər sırasında İranın adı daha tez-tez zikr edilməyə başlanılmışdı. Bunun səbəbi isə SSRİ-nin dağılmasından sonra təkqütblülüyə qədəm qoyan dünya düzənində manevr imkanları azalan ərəb ölkələrinin İsraillə yaxınlaşması və bu prosesin ərəb dövlətlərində əhalinin narazılığına səbəb olması, həmin narazı kəsimin İran tərəfindən rahatlıqla istifadə edilən toplum halına gəlməsi idi. Rəsmi Tehran həmin illərdə ərəb ölkələrinin islamçı və millətçi elektoratının narazılığından faydalanaraq Yaxın Şərqdə yayılma strategiyasını daha da inkişaf etdirmiş, özünün “Şiə hilalı” planını aktiv şəkildə dövriyyəyə buraxmış və xüsusilə Livan, Fələstin kimi ölkələrdə baş qaldıran “asi üsyanları”nın hamisinə çevrilmişdi. Böyük hərbi qürətlərə qarşı bir ovuc fədailərlə mübarizə isə asimmetrik yalnız müharibə metodları ilə həyata keçirilə bilərdi ki, bu məsələdə ən uğurlu yol Xaşxaşilərdən miras qalan təcrübə idi. Zira həmin Xaşxaşilər kiçik bir güc ilə həm Səlcuqluların zəifləməsində və çöküşündə mühüm rol oynaya bilmiş, həm səlibçiləri, həm də onlara qarşı mübarizə aparan Səlahəddin Əyyubini özündən asılı vəziyyətə gətirmişdilər.

Xaşxaşilərin qurbanları

Xaşxaşilərin terror vasitəsilə öldürdükləri dövlət adamlarının sayı da xeyli qabarıqdır. Orta əsrlər tarixçisi Kaşaninin “Zübfətül-Təvarix” əsərində yazdığına görə, Xorasan, İraq, Məzandaran, Azərbaycan və s. kimi bölgələrdə Xaşxaşi terroruna qurban gedən dövlət adamlarının sayı 30 minə yaxınlaşmışdı. Onlar arasında 10 vəzir, 24 əmir, 8 müftü də vardı. Dünya şiyasətşünaslığının ən nəhəng fikir adamlarından biri və Səlcuqlu sarayının baş vəziri olan Nizamülmülk, Fatimi xəlifəsi Amir bin Ehkamullah, səlib yürüşlərində Qüdsü ələ keçirmiş kral Monterredlı Konrad kimi qüdrətli dövlət adamları da Xaşxaşi qurbanlarındandır.

Görünən budur ki, Xaşxaşilərin kiçik güclə qazandıqları böyük uğurları İran dərin dövlətinin də diqqətini özünə cəlb etmiş və onun “Şiə hilalı” stategiyasının əsas prinsipinə çevrilmişdir. 1993-cü ildən etibarən xüsusi intensivliklə həyata keçirilən bu taktika beynəlxalq qurumların və ABŞ Dövlət Departamentinin də diqqətindən yayınmamışdır.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin 31 yanvar 1994-cü il tarixli “İran: İnsan Hüquqları Tətbiqləri” adlı hesabatına əsasən, İran xüsusilə 1993-cü ildə həm ölkədə, həm də xaricdə bir çox terror aktlarına imza atmışdır. Yaxud Dövlət Departamentinin 1995-ci ilin aprelində yayımlanmış illik “Qlobal Terrorizmin Metodları” adlı hesabatında da Tehran hökumətinin xaricdəki terror və sui-qəsd hərəkətlərini birbaşa dəstəklədiyi təkrarlanmışdı. Bu ilin aprel ayında ABŞ daha irəli gedərək, hansısa fərdləri deyil, bütünlüklə İran ordusunun ən güclü qolunu – İslam İnqilabı Keşikçiləri korpusunu terror siyahısına salmış və bununla da ölkənin geopolitik strategiyası olan “Şiə hilalı”nın kitabının bağlandığını elan etmişdi. Nə yazıq ki, mətləbdən xeyli uzaqlaşmamaq üçün biz bu hesabatlarda yer alan iddialar üzərində hələlik dayanmırıq, amma gələcək yazılarımızda söz düşərsə, bu qaynaqlardan da istifadə etməyə çalışacağıq.

Terror – asimmetrik mübarizənin vazkeçilməz taktikası

İndisə bu suala aydınlıq gətirməyə çalışaq: İranın rəsmi strategiyasının qidalandığı Xaşxaşilik niyə məhz bu ölkədə meydana gəldi və niyə indiyədək onun dəyişilməz strategiyasına çevrildi?

Zənnimizcə, bunun başlıca səbəblərindən biri əsası xəlifə Ömər bin Xəttab tərəfindən qoyulan və Əməvilər hakimiyyəti tərəfindən davam etdirilən İslam dünyasını imtiyazlı regionlara ayırmaq siyasəti idi. Bu siyasətin xüsusilə İranda sərt təpkiylə qarşılanması təsadüfi deyildi. Çünki İran ərəb istilasından əvvəl böyük imperiyanın mərkəzi idi və istiladan sonra kölə vəziyyətinə düşmüşdü. Baxmayaraq ki, ərəblərin Sasanilərə qalib gəlməsi Əfqanistandan Misirə qədər yayılan bu imperiyada Zərdüştlük dininin ədalətsiz saray maraqlarından çıxış edərək xalq nəzdində etibarını itirməsiylə mümkün olmuşdu. Bu mənada Sasani imperiyasının əzilən xalqı islami dəyərləri böyük həsrətlə gözləyəcək hala gəlmiş və xilafət ordusuna qarşı dirənməmişdir. Amma rahatlıqla Sasaniləri ələ keçirən ərəb istilaçıları yerli xalqların ümidlərini doğrultmamış, əksinə bu coğrafiyaya daha ağır istismar mexanizmi gətirmişdilər. Bu istismar mexanizminin əsas çərxi isə xəlifə Ömər bin Xəttabın vergi sistemi idi. İran xalqının bu mexanizmə qarşı zaman-zaman apardığı mübarizə isə heç bir nəticə verməmiş və 11-ci əsrdə asimmetrik müharibə metodunun mənimsənilməsinə yol açmışdır.

Sözsüz ki, həmin dövrlərdə İranın türk xaqanları tərəfindən işğalı da bölgə insanlarının ikiqat istismarına səbəb olmuşdur ki, asimmetrik mübarizənin mənimsənilməsində bu faktorun da önəmli rolu var.

(Ardı gələcək buraxılışlarımızda)

Heydər Oğuz

Ovqat.com

Ana səhifəyə qayıt Baxış: 3 023 Tarix: 17-12-2020, 14:25

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: