İkili variantlara investisiyaların effektivliyinə təsir göstərən 18 faktorları

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

39 hemoblastoz w

Gunay Nabiyeva

Published on Dec 23, 2020

  • 0 Comments
  • 0 Likes
  • Statistics
  • Notes

Be the first to comment

Be the first to like this

  1. 1. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
  2. 2. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2020-cu il tarixli 04 saylı qərarı ilə təsdiq edilmişdir HEMOBLASTOZLAR ZAMANI ANEMİYANIN MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL Bakı – 2020
  3. 3. H 42 Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 54.11 H 42 Hemoblastozlar zamanı anemiyanın müalicəsi üzrə klinik protokol. – 40 səh. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər Proqramı əsasında tərtib edilmişdir. 2
  4. 4. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Klinik protokolun redaktoru: C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Klinik protokolun tərtibçilər heyəti: Ç.Əsədov – Səhiyyə Nazirliyinin baş hematoloqu, B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu, “Eritronun İrsi Patologiyası” bölməsinin rəhbəri, böyük elmi işçi, t.e.n. İ.Bağırov – B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu, “Hematologiya” bölməsinin rəhbəri, böyük elmi işçi, t.e.n E.Qədimova – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutu, Hematologiya kafedrasının müdiri, dosent, t.e.n. Z.Əlimirzəyeva – B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu, Hematologiya və intensiv terapiya şöbəsinin müdiri, t.e.n. S.Qazıyeva – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Rəyçi: A.Kərimov – Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzinin direktoru, t.e.d. 3
  5. 5. Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri Sübutların mənbələri (elmi tədqiqatların tipləri) Ia Sübutlar meta-analiz, sistematik icmal və ya randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır Ib Sübutlar ən azı bir RKT-dən alınmışdır IIa Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, randomizasiya olunmamış tədqiqatdan alınmışdır IIb Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazieksperimental tədqiqatdan alınmışdır III Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) alınmışdır IV Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə əsaslanmışdır Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Sübutların etibarlılıq dərəcəsi 4
  6. 6. Tövsiyələrin etibarlılıq səviyyəsi Ģkalası Tövsiyənin etibarlılıq səviyyəsi Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Tövsiyənin əsaslandığı sübutların etibarlılıq dərəcəsi A  RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik icmalı və ya nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.  Sübutların etibarlılıq dərəcəsi Ia. B  Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud  Sistematik səhv riski çox aşağı olan (++) yüksək keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli tədqiqat, yaxud  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv riski yüksək olmayan (+) RKT.  Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. C  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv riski yüksək olmayan (+) kohort və ya klinik hal – nəzarət tipli və ya nəzarət edilən, randomizasiya olunmamış tədqiqat, yaxud  Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə bilməyən, sistematik səhv riski çox aşağı olan və ya yüksək olmayan (++ və ya +) RKT.  Sübutların etibarlılıq dərəcəsi IIb. D     Klinik hallar seriyasının təsviri, yaxud Nəzarət edilməyən tədqiqat, yaxud Ekspertlərin rəyi. Yüksək səviyyəli sübutların mövcud olmamasının göstəricisidir.  Sübutların etibarlılıq dərəcəsi III və IV. 5
  7. 7. Ġxtisarların siyahısı: ASH ÇM DDA DDL DNT EORTC EPO FDA Hb HK HLA HTLV-1 XĠMF XLL XML XMML XXA ĠTP KLL KML Q-CSF QHL QĠÇS LDQ – autoimmun hemolitik anemiya – American Society of Clinical Oncology (Amerika Klinik Onkologiya Cəmiyyəti) – American Society of Hematology (Amerika Hematologiya Cəmiyyəti) – çoxsaylı mieloma – dəmir defisitli anemiya – damardaxili laxtalanma – dezoksiribonukleid turşusu –European Organization for Research on the Treatment of Cancer (Xərçəngin müalicə və tədqiqinin Avropa təşkilatı) – eritropoetin – Food and Drug Administration, US (ABŞ-ın qida və dərman administrasiyası) – hemoqlobin – həyat keyfiyyəti – human leukocyte antigen (insan leykosit antigeni) – human T-lymphotropic virus (insan T-limfotropik virusu) – xronik idiopatik mielofidroz – xronik limfoleykoz – xronik mieloid leykoz – xronik mielomonositar leykoz – xronik xəstəliklərdə anemiya – immun trombositopeniya – kəskin limfoblast leykoz – kəskin mieloblast leykoz – granulocyte colony stimulating factor (qranulosit koloniyalarının stimulyasiya faktoru) – qeyri Hockin limfoması – Qazanılmış İmmun Çatışmazlığı Sindromu – laktatdehidrogenaza Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. AĠHA ASCO 6
  8. 8. MCV MDS NCCN NCI RA RABA RABA-t RAHS rEPO ġNF VEGF ÜST – mean corpuscular hemoglobin (eritrositdə hemoqlobinin orta miqdarı) – mean corpuscular volume (eritrositlərin orta həcmi) – mielodisplastik sindrom – National Comprehensive Cancer Network (Geniş milli xərçəng şəbəkəsi) – National Cancer Institute (ABŞ-ın Milli Xərçəng İnstitutu) – refrakter anemiya – refrakter anemiya blastların artıqlığı ilə – refrakter anemiyablastların artıqlığı ilə transformasiya olunmuş – refrakter anemiya həlqəvi sideroblastlarla – rekombinant eritropoetin – şiş nekrozu faktoru – Vascular endothelial growth factor (damar endotelinin böyümə faktoru) – Ümumdünya Səhiyyə Təşkilatı Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. MCH 7
  9. 9. Protokol hematoloqlar üçün nəzərdə tutulmuşdur. Pasiyent qrupu: qanın bədxassəli xəstəliklərinə düçar olmuş böyüklər. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Protokolun məqsədləri: Hemoblastozlarda anemiyanın diaqnostikasının və müalicəsinin təkmilləşdirilməsi ► Hemoblastozlu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması ► ÜMUMĠ MÜDDƏALAR Hemoblastozlar zamanı meydana çıxan anemiya bədxassəli proseslərdə xəstəlik və dərman müalicəsi nəticəsində qan sistemində inkişaf edən mürəkkəb simptomokompleks, sindrom və patoloji vəziyyətdir. Hemoqlobinin səviyyəsinin fizioloji normadan aşağı düşməsi xəstənin həyat keyfiyyətinə, xəstəliyin proqnozuna, gedişinə və spesifik müalicənin effektivliyinə təsir edir. Anemiya qan sisteminin bədxassəli şişlərinin və/və ya onların müalicəsinin ən çox rast gəlinən fəsadı hesab edilir. Hematoloji praktikada hemoblastozların daha çox aşağıdakı variantları rast gəlinir: ► Kəskin limfoblast leykozu (KLL) ► Kəskin mieloblast (qeyri-limfoblast) leykozu (KML) ► Xroniki limfoid leykozu (XLL) ► Xroniki mieloid leykozu (XML) ► Limfoqranulomatozu ► Qeyri-Hockin limfoması (QHL) ► Mielodisplastik sindrom (MDS) ► Xroniki idiopatik mielofibrozu (XİMF) ► Çoxsaylı mieloma (ÇM) Hemoblastozlu xəstələr arasında aparılmış çoxmərkəzli tədqiqatların nəticələrinə əsasən xəstələrin 48%-də ilkin diaqnostika zamanı anemiya aşkar edilmişdir. Spesifik müalicənin aparılması prosesində bu göstərici 72%-dək artmışdır. Belə ki, limfomalarda diaqnoz qoyulan zaman anemiya 40% xəstələrdə, kimyəvi terapiyanın aparılması zamanı isə 70-74% xəstələrdə aşkar edilmişdir. Çoxsaylı mielomada 73% hallarda anemik sindrom debüt təşkil edir, xəstələrin 44%-də əhəmiyyətli dərəcədə anemiya qeyd edilir. 8
  10. 10. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Risk amilləri Hemoblastozlar zamanı anemiyanın rastgəlmə tezliyi və ağırlıq dərəcəsi asılıdır:  şiş prosesinin növündən  mərhələsindən  müalicənin xarakterindən (kimyəvi terapiya və ya şüa terapiyası) Hemoblastozlar zamanı anemiyanın inkişafına gətirən amillərə aid edilir:  əvvəlcədən hemoqlobinin (Hb) səviyyəsinin aşağı olması  qadın cinsi  xəstəliyin spesifik müalicəyə refrakterliyi. Hemoblastozlar zamanı anemiya çox vaxt prosesin debütündə aşkar edilir. Etiologiya Hemoblastozlar zamanı anemiyanın səbəbləri və inkiĢaf mexanizmləri Onkohematoloji xəstələrdə anemiyanın yüksək rastgəlmə tezliyinin səbəbləri bir neçədir. Onlardan bəziləri ümumi populyasiyada da rast gəlinir (dəmirin, vitaminlərin defisiti, böyrək çatışmazlığı və s.). Lakin səbəblərdən bəziləri onkohematoloji praktika üçün “spesifik” sayılır: şişdən qanaxma, sümük iliyinin şişlə zədələnməsi, şiş xəstəliyinin anemiyası və şiş əleyhinə müalicənin toksik təsirləri. Bir qayda olaraq, xəstədə anemiyanın inkişafına səbəb olan bir neçə faktorun kombinasiyasını aşkar etmək olar. Anemiyanın etiologiyasının müəyyən edilməsinin vacibliyi onun müxtəlif variantlarında aparılan müalicə tədbirlərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ilə şərtlənir. Beləliklə, hemoblastozlar zamanı anemiyanın inkişafına gətirən səbəblər aşağıdakılardır:  eritrositlərin hasilinin çatışmazlığı  hemoliz  qanaxma  hipersplenizm  hemopoez kofaktorlarının defisiti  xroniki böyrək çatışmazlığı  kifayət qədər qidalanmamaq və s. 9
  11. 11. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Bir sözlə, anemiyanın əsas səbəbi şiş prosesi və sümük iliyinin şiş hüceyrələri ilə infiltrasiyası, sitostatik dərman vasitələrinin istifadəsi və dəmirin mənimsənilməsinin pozulması, endogen eritropoetinin hasilinin azalması (endoEPO) və eritrositlərin formalaşmasında iştirak edən kofaktorların funksional aktivliyinin və hasilinin azalmasıdır. Patogenez Hemoblastozlar zamanı anemiyanın patogenezinin əsas hissəsinə şiş hüceyrələri və immun sistemin hüceyrələri arasında qarşılıqlı təsir daxildir ki, bu da əsasən makrofaqların, iltihabı reaksiyaların aktivləşməsinə və interferon-γ, interleykin-1 kimi şiş nekrozu faktorlarının (ŞNF) ifrazının artmasına gətirib çıxarır. Onlar dəmir mübadiləsini pozur, makrofaqlardan dəmirin azad olmasını və eritrositlərə daxil olmasını azaldır. Ferritinin hasilinin artması, transferrinin reseptorları ilə birləşməsinin pozulması qeyd edilir. Sitokinlər eritroid sırasının sələf-hüceyrələrinin diferensiasiya proseslərini boğur və endo EPO-nun hasilini ləngidir. Limfoproliferativ xəstəlikləri olan pasientlərin zərdabında daima EPO-nun konsentrasiyasının aşağı olduğu aşkar edilir. Sümük iliyinin zədələnməsi olmayan hemoblastozlu xəstələrdə yüngül və ya orta dərəcəli normoxrom normositar anemiya qeyd olunur, buna səbəb isə bir çox faktorlardır. Bu xəstələrdə adətən zərdab dəmirinin miqdarı və zərdabın dəmir birləşdirmə qabiliyyəti azalır, ferritinin miqdarı artır, bu da ehtiyat dəmirin eritroid sırasının sələf hüceyrələrinə keçməsinin blokadasını sübut edir. Bundan başqa, bəzi xəstələrdə (mielodisplastik sindrom, osteomielofibroz) eritropoetinə cavabın azalması qeyd olunur. Eritropoetinin miqdarı normadan yüksək, lakin anemiyanın dərəcəsinə uyğun səviyyədən xeyli aşağı olur. Hemoblastozların müalicəsi nəticəsində meydana çıxan anemik sindromu bir qədər şərti olaraq 2 qrupa bölmək olar: qanyaranmanın boğulması və ağır hemorragik sindrom nəticəsində inkişaf edən anemik sindrom. Aktiv sitostatik terapiya eritropoezin tam dayanmasına gətirib çıxarmır, bununla yanaşı, xəstələrin anemiyalaşmasına təsir göstərən güclü əlavə faktor sayılır. Hemopoezin bu və ya digər sırasının boğulmasının ağırlığı onun kinetikası ilə müəyyən edilir. Məlumdur ki, neytrofillərin yaşama 10
  12. 12. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. müddəti daha qısadır (6-8 saat), trombositlərin – 5-7 gün, eritrositlərin – 120 gün. 1-2 polikimyəvi terapiya kursunun aparılması klinik əhəmiyyətli anemiyanın inkişafına səbəb olmur. Lakin yüksək dozalı polikimyəvi terapiya kursunun aparılması, xüsusilə də, xəstəliyin başlanğıcında sümük iliyinin zədələnməsi varsa, orta ağırlıqlı anemiyaya gətirib çıxarır. Kimyəvi terapiya birbaşa eritroid sırasının sələf hüceyrələrinə toksik təsir göstərməklə anemiyanın inkişafına səbəb olur. Kimyəvi dərman vasitələri eləcə də hemopoezdə mühüm rol oynayan sümük iliyinin mikroəhatəsinə birbaşa toksik təsirə malikdirlər. Bəzi dərman vasitələri bilavasitə böyrək kanalcıqlarına təsir göstərir ki, bu da eritropoetinin hasilinin azalmasına səbəb olur. Qan sisteminin şiş xəstəlikləri olan xəstələrdə hemoqlobinin səviyyəsi proqnozun mühüm faktoru sayılır. Lakin yadda saxlamaq lazımdır ki, hemoqlobinin enməsinin son nəticəsi olan hipoksiya ciddi əhəmiyyət daşıyır. Məhz hipoksiyanın inkişafı ilə əlaqədar olaraq anemiya şişin böyüməsinə və metastaz verməsinə təsir göstərir. Hipoksiya şiş hüceyrəsi klonlarının genetik qeyristabilliyinə səbəb ola bilər ki, bu da başlıca olaraq apoptoz qabiliyyəti azalan genetik dəyişmiş şiş hüceyrələrinin yaşamasına gətirib çıxarır. Hipoksiya damar endoteli böyümə faktorlarının (VEGF) hasilini artırır, bu da şişdə neoangiogenezlə müşayiət olunur və rezistent şiş hüceyrələri pulunun formalaşmasına gətirir. Şişin proqressiv artması və metastazların inkişafı müşahidə olunur. Anemiya xəstələrin yaşamalarının pisləşməsi ilə müşayiət olunur, bu, bir tərəfdən şiş prosesinin proqressivləşməsi, digər tərəfdən isə hemoqlobinin aşağı səviyyəsində şiş toxumasının oksigenlə təmin olunmasının azalması ilə izah olunur. Hipooksigenləşmiş şiş hüceyrələri kimyəvi terapiyaya qarşı daha rezistent olurlar. Şiş hüceyrələrinin hipoksiyasının artması, şiş prosesinə nəzarətin azalması, hadisəsiz və ümumi yaşama müddəti göstəricilərinin azalması ilə əlaqəlidir. 11
  13. 13. HEMOBLASTOZLARIN MÜXTƏLĠF FORMALARINDA ANEMĠYANIN XÜSUSĠYYƏTLƏRĠ Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Kəskin leykozların əksəriyyətinin debütündə anemiyanın inkişaf etməsində əsas rol normal qan yaranmanın bədxassəli hüceyrə klonu tərəfindən boğulması, şiş artımı ilə mexaniki sıxışdırılması, eləcə də hüceyrəarası qarşılıqlı təsirin tənzimlənməsinin pozulması ilə şərtlənən sümük iliyi çatışmazlığına məxsusdur. 1. Kəskin promielositar leykoz üçün hemoragiyaların, damar daxili hemolizin meydana çıxması ilə ağır damar daxili laxtalanma (DDL) sindromunun inkişafı xarakterikdir. Leykozlu xəstələrin bəzilərinin anemiyalaşmasında dərin trombositopeniya ilə əlaqədar baş verən hemoragik sindrom böyük əhəmiyyət kəsb edir. 2. Mielodisplastik sindrom (MDS) – anemiyanın uzun müddət aparıcı klinik əlamət olduğu xəstəlikdir. Anemiya bir qayda olaraq normoxrom xarakter daşıyır. Yaşlı şəxslərdə mieloid displaziya B12 vitamininin defisiti ilə birgə rast gəlinə bilər. 3. Xroniki mieloid leykoz (XML) zamanı da anemiya normoxrom xarakter daşıyır, lakin bir qayda olaraq xəstəliyin sonunda – blast krizində inkişaf edir. 4. İmmun hemoliz daha çox limfoproliferativ şişlərə (xronik limfoleykoz, qeyri-Hockin limfoması) xasdır və çox aydın ifadə oluna bilər. 5. Çoxsaylı mieloma (ÇM) – 60-70% xəstələrdə ilkin müraciət zamanı bir qayda olaraq normositar, normoxrom anemiya qeyd olunur. Anemiyanın inkişafında bir neçə faktor rol oynayır. Onlardan əsasları: sümük iliyinin mielom hüceyrələri ilə infiltrasiyası, böyrək çatışmazlığı zamanı “uremik” toksinlərin sümük iliyinə toksik təsiri, endogen eritropoetin hasilinin pozulması. Anemiyanın inkişafına eritrositlərin yaşama müddətinin qısalması, hiperözüllük sindromu zamanı qanaxmanın artması dəmir defisitinin əmələ gəlməsinə səbəb olur. Anemiya paraproteinin səviyyəsi yüksək olan xəstələrdə plazmanın həcminin artması ilə şərtlənən hemodilyusiya nəticəsində dərinləşə bilər. 6. Valdentstrem xəstəliyi zamanı anemik sindrom ləng inkişaf edir (bəzən bir neçə il ərzində). Onun genezində aparıcı rolu eritropoezin leykemik boğulması, hemoliz (qeyri-tam istilik aqqlütininləri ilə autoimmun hemolitik anemiya 5% hallarda qeydə 12
  14. 14. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. alınır) oynayır. Valdenstrem xəstəliyi olan pasientlərin 25%-də diaqnoz qoyulduğu zaman dəmir defisitli anemiya qeyd olunur. Onun patogenezi kifayət qədər öyrənilməmişdir. Nazik bağırsaqda dəmirin sorulmasının pozulması daha həqiqətə uyğun səbəb sayılır. ÇM-da olduğu kimi anemiya paraproteinin səviyyəsi yüksək olan xəstələrdə plazmanın həcminin artması ilə şərtlənən hemodilyusiya nəticəsində dərinləşə bilər. AĞIRLIQ DƏRƏCƏSĠNƏ GÖRƏ ANEMĠYALARIN TƏSNĠFATI Hemoqlobinin səviyyəsindən asılı olaraq anemiyalar ağırlıq dərəcələrinə görə fərqlənirlər. Cədvəl 1-də ağırlıq dərəcəsinə görə anemiyaların təsnifatı verilmişdir. Cədvəl 1. Ağırlıq dərəcəsi Hb-nin səviyyəsi (q/l) ÜST meyarları EORTC meyarları 0 (norma) ≥ 110 > 120 1 (yüngül) 95-110 100-120 120-160 qadınlar üçün 140-180 kişilər üçün 100 – normanın göstəriciləri 2 (orta) 80-95 80-100 80-100 3 (ağır) 65-80 65-80 65-79 4 (həyat üçün təhlükəli) 100fl Meqalo-blast qeyrimeqaloblast Əsasında qan hüceyrələrində DNT-nin sintezinin pozulması durur, sümük iliyində meqalo-blastlar mövcuddur Qan hüceyrələrində DNT-nin sintezinin pozulması durur, sümük iliyində meqaloblastlar mövcud deyil 1.Müxtəlif mənşəli B12 və/və ya fol defisiti 2.DNT-nin sintezini pozan dərman vasitələri və toksinlər 1.Alkoqolizm 2.Qaraciyər xəstəlikləri 3.Hipotireoz 4.Ağ ciyərlərin xronik obstruktiv xəstəlikləri 5.MDS (mielodisplastik sindrom)
  15. 17. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Hemoblastozlarda anemiyanın əsasən normosit/normoxrom olduğunu nəzərə alaraq, aşağıdakı Şəkil 1-də normosit/normoxrom anemiyaların diferensial diaqnozunun alqoritmi, Cədvəl 3-də isə diferensial əlamətləri göstərilmişdir. Şəkil 1. Normositar normoxrom anemiyanın diferensial diaqnozunun alqoritmi Normositar normoxrom anemiya Retikulositlərin səviyyəsi Retikulositlərin səviyyəsi artmışdır Anamnez, bilirubin, LDQ, qaptoqlobin Retikulositlərin səviyyəsi normaldır və ya azalmışdır Zərdab dəmiri Zərdab dəmiri normadadır və ya artmışdır Zərdab dəmiri azalmışdır Böyrək, qaraciyər, endokrin patologiyasının istisnası edilməsi Böyrək, qaraciyər, endokrin sisteminin xəstəlikləri aşkar olunub Xəstəlik aşkar olunmayıb Sümük iliyinin punksiyası və biopsiyası Diaqnoz: hemolitik anemiya Diaqnoz: kəskin posthemoragik anemiya Diaqnoz: böyrək xəstəliklərin də anemiya və s. 16 Diaqnoz: aplastik anemiya, leykoz, mieloma və s. Diaqnoz: XXA və ya DDA (ilkin mərhələ)
  16. 18. Cədvəl 3. Normosit/normoxrom anemiyaların diferensial əlamətləri Periferik qanın və sümük iliyinin morfologiyasının xüsusiyyətləri – retikulositlərin səviyyəsi – leykositlərin səviyyəsi – trombositlərin səviyyəsi – sümük iliyində qırmızı sıranın genişlənməsi – sümük iliyinin aplaziyası və ya şışı Qanın biokimyəvi müayinəsi – bilirubin – LDQ – zərdab ferritini – qaptoqlobin Dalağın böyüməsi Hemolitik anemiya Sümük iliyi ĢiĢlərində və ya aplaziyasında anemiya ↑ ↑ N və ya ↓ N və ya ↓ N və ya ↑ N və ya ↑ Müxtəlif Müxtəlif N və ya ↓ N və ya ↑ + + Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Göstərici Kəskin posthemoragik anemiya Böyrək xəstəliklərində anemiya və s. ↓ +/- – + ↑ (əsasən qeyri düz) ↑ ↑ N və ya ↓ N N N və ya ↓ +/- – N 17 -/+ -/+
  17. 19. HEMOBLASTOZLARDA ANEMĠYALARIN MÜALĠCƏSĠ Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Hemoblastozlar zamanı anemiyaların müalicəsinin əsas istiqamətləri: ► İlk növbədə, hemoblastozun özünün müalicəsi. Remissiyanın alınmasının kriteriyalarından biri hemoqlobinin səviyyəsinin normallaşmasıdır. ► Hemoblastozlar zamanı anemik sindromun eritrosit kütləsi ilə əvəzedici müalicəsi. ► Rekombinant eritropoetinin istifadəsi. ► DNT-nin sintezinin pozulması (metotreksat, melfalan, purinetol, pirimidinlərin antoqonistləri, hidroksi-sidik cövhəri kimi dərman vasitələrin qəbulu nəticəsində) zamanı ehtiyac olduqda B12 vitamini və fol turşusunun istifadəsi. ERĠTROSĠT KÜTLƏSĠNĠN TRANSFUZĠYALARI Keçən əsrin 80-ci illərinədək hemoblastozlar zamanı anemiyaların əsas müalicə üsulu eritrositlərin köçürülməsi olmuşdur. Lakin hemotransfuziya terapiyası çox vaxt posttranfuzion reaksiya və fəsadların inkişafı ilə ağırlaşırdı və bu fəsadların baş vermə dərəcəsinin artması qan transfuziyalarının və eyni vaxtda istifadə olunan digər transfuzion mühitlərin miqdarının artması paralel olaraq baş verirdi. Təkrar transfuziyalar zamanı nadir antigenlərə qarşı sensibilizasiya riski artır və hemolitik reaksiyalar baş verə bilər. Qızdırma, ürəkbulanma, qusma, diareya kimi qeyri-hemolitik tipli reaksiyalar HLA sisteminə görə uyğunsuzluqla şərtlənir. Xəstəliyin gedişi xəstələrin həyatı üçün təhlükəli olan bronxospazm, hipotenziya, angionevrotik ödem, kəskin tənəffüs çatışmazlığı ilə ağırlaşa bilər. Baş verən fəsadların tezliyi, HLA-immunizasiya riski, epidemik şəraitin dəyişməsi və xəstələrin virus hepatitləri və QİÇS-ə (HCV (hepatit C virusu), HBV (hepatit B virusu), İİV(insan imundefisiti virusu)), sitomeqalovirusa, HTLV-1 və s. yoluxma riskinin artması transfuziyalara olan tələblərin sərtləşməsinə gətirmişdir. Hemoqlobinin səviyyəsinin 80 q/l-dən, eritrositlərin miqdarının 2,5×1012/l-dən aşağı olması onkohematoloji xəstəlikləri olan şəxslərdə eritrositlərin köçürülməsinə göstəriş hesab edilir. Hemoqlobinin səviyyəsinin 80-90 q/l-dək qalxması anemiyanın 18
  18. 20. klinik əhəmiyyətli əlamətlərinin (təngnəfəslik və taxikardiya) və toxumaların hipoksiyasının aradan qaldırılması üçün kifayətdir. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. ERĠTROPOEZĠN STĠMULYATORLARINDAN ĠSTĠFADƏ (ÜMUMĠ TÖVSĠYƏLƏR) XX əsrin 80-ci illərinin axırlarından qeyri-mieloid hemoblastozlu xəstələrdə eritropoezin stimulyatorları (ES) – rekombinant EPOlardan (rEPO) istifadəyə başlamaqla vəziyyət köklü surətdə dəyişmişdir. Bu gün üçün rEPO-nun 3 növü daha çox yayılmışdır, onların effektivliyi kifayət qədər sübut etmə gücü olan tədqiqatlarla təsdiq edilmişdir – epoetin alfa (epreks), epoetin beta və darbepoetin alfa. Hər 3 EPO klinik effektivliyə malikdirlər. Azərbaycanda daha geniş istifadə edilən epoetin α – epreksdir. Ağır anemiyaların korreksiyası üçün donor eritrositlərinin transfuziyası ənənəvi və effektiv terapiyadır, lakin müasir şəraitdə yaxşı həyat keyfiyyətini təmin edən hemoqlobinin səviyyəsini (bu isə 120 q/l-dir) saxlamaq üçün müntəzəm təkrari transfuziyalar çətin ki, seçim növü hesab edilir. Hemoqlobinin lazımi səviyyədə saxlanılmasını təmin edən rekombinant eritropoetinin istifadəsi (əgər posttransfuzion fəsadların müalicəsinə sərf edilən xərcləri nəzərə alsaq) iqtisadi cəhətdən məqsədə uyğundur və eritropoetinləri onkohematoloji xəstələrdə anemiyaların müalicə standartı etməyə imkan vermişdir. Aşağıda göstərilən EORTC tövsiyələri bədxassəli solid və ya hematoloji törəmələrdən əziyyət çəkən ahıl yaşlı xəstələrə aiddir. Tövsiyələrə əsasən hər bir anemiya halı hərtərəfli qiymətləndirilməlidir. Rekombinant eritropoetinin təyinindən əvvəl anemiyanın mümkün əlavə təsirləri aşkar edilməli və korreksiya olunmalıdır, bunlardan ən çox rast gəlinənlərə aiddir: dəmirin mütləq defisiti, qanitirmə, qidalanma pozğunluğu və hemoliz. Kimyəvi terapiya və ya şüa müalicəsi alan onkohematoloji xəstələrdə eritropoetinin istifadəsinə hemoqlobinin səviyyəsi 90-110 q/l olduqda və anemiya simptomları meydana çıxdıqda başlanılmalıdır (A). Kimyəvi terapiya və şüa müalicəsi almayan, anemiyası onkohematoloji xəstəliklə şərtlənən xəstələrdə eritropoetinin 19
  19. 21. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. istifadəsinə hemoqlobinin səviyyəsi 90-110 q/l olduqda və anemiya simptomları meydana çıxdıqda başlanılmalıdır (B). Fərdi faktorlara əsaslanaraq (məsələn, kimyəvi terapiyanın növü və intensivliyi, hemoqlobinin baza səviyyəsi), eritropoetinlər xəstələrə hemoqlobinin 90-110 q/l səviyyəsində və anemiya simptomları olmadıqda hemoqlobinin səviyyəsinin düşməsinin qarşısını öncədən almaq məqsədi ilə təyin edilə bilər (D). Eritrosit transfuziyalarına ehtiyacı olan xəstələrə eritropoetinlərin yeridilməsi transfuziyalara əlavə olaraq başlanılmalıdır (D). Kimyəvi və şüa müalicəsinə başlamazdan əvvəl hemoqlobinin səviyyəsi normal olan xəstələrdə anemiyanın qarşısını almaq məqsədi ilə eritropoetinlərin “profilaktik” istifadəsi məsləhət görülmür (B). Eritropoetinlərlə müalicənin müsbət effektləri pasiyentin yaşından asılı deyil (B). Hemoqlobinin məqsədə uyğun səviyyəsi 120-130 q/l hesab edilir (B). Eritropoetinlərlə müalicənin başlıca məqsədi həyat keyfiyyətinin yüksəlməsi və transfuziyaların zəruriliyinin qarşısının alınmasıdır (A). Eritropoetinlərin “sağalmanın və ya müalicəyə cavabın yaxşılaşması” məqsədi ilə istifadə edilməsi məsləhət görülmür, belə ki, bu effektlərin olması sübut edilməmişdir (A). Bədən çəkisinə uyğun olaraq eritropoetinlərin qeyd olunmuş dozalarından istifadə edilməlidir (B). Hemoqlobinin qalxma səviyyəsi kifayət qədər olmadıqda (4 həftə müddətində 10 q/l) eritropoetinin dozasının artırılması məsələsi fərdi həll edilməlidir (B). Müalicə o vaxtadək davam etdirilməlidir ki, hemoqlobinin səviyyəsi 120-130 q/l-dən aşağı olaraq qalır və xəstənin vəziyyəti yaxşılaşmaqda davam edir. Hemoqlobinin məqsədəuyğun səviyyəsi əldə edildikdən sonra dərman vasitəsinin ən aşağı effektiv dozası fərdi olaraq seçilir (D). Adi praktikada eritropoetinin 40 000 BV həftədə bir dəfə istifadə edilməsinə baxmayaraq, belə yeridilmə rejiminin istifadəsinin effektivliyinin sübutları azdır (C). Qeyri-mieloid hematoloji bədxassəli xəstəlikləri olan xəstələrdə eritropoetinin 30 000 BV həftədə bir dəfə istifadə edilməsinin effektivliyi tədqiqatlarda kifayət qədər sübut gücü ilə göstərilmişdir (B). 20
  20. 22. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Eritropoetinlərin təsirini proqnozlaşdıra bilən, klinik praktikada rutin istifadə edilən testlər mövcud deyil; müəyyən qədər qiymətli olan, proqnozun yeganə yoxlanılmış faktoru (xüsusilə bədxassəli hematoloji xəstəliklərdə) – zərdab eritropoetininin aşağı səviyyəsidir. Effektivlik mövcud anemiyanın dərəcəsinə münasibətdə qiymətləndirilməlidir (B). Onkohematoloji xəstəlikləri olan şəxslərdə qırmızı qan sırasının nisbi aplaziya təhlükəsi eritropoetinlə müalicədən imtinaya səbəb olmamalıdır (A). Onkohematoloji xəstəlikləri olan xəstələrdə anemiyanın müalicəsində eritropoetinlərin istifadəsinə dair məlumatlar toplusunun analizi tromboembolik fəsadlar riskinin bir qədər artmasını aşkar edir. Lakin bu, hemoqlobinin yüksək, məqsədəuyğun səviyyəsinin əldə edilməsi ilə əlaqədar ola bilər, başqa sözlə, hematokritin artması zamanı trombozların əmələgəlmə tezliyi artır (B). Cədvəl 4. rEPO-nun istifadəsinə dair tövsiyələr (ASH/ASCO 2007-nin tövsiyələri) Tövsiyələrin kateqoriyaları 1. Ümumi tövsiyələr Tövsiyələr rEPO-nun istifadəsinə başlamazdan əvvəl anemiyanın səbəblərini aydınlaşdırmaq – anamnezi öyrənmək, xəstənin fiziki vəziyyətini qiymətləndirmək və nə kimyəvi terapiya, nə şiş prosesi ilə əlaqədar olmayan anemiyanın səbəbini aydınlaşdırmaq məqsədi ilə müayinələrin aparılması vacibdir. Müayinələrin minimal siyahısı: qan yaxmalarının (bəzi hallarda sümük iliyinin), dəmir mübadiləsinin, B12 və folatların səviyyəsinin müayinəsi, qanaxma mənbəyinin və böyrək çatışmazlığı əlamətlərinin aşkar edilməsi, XLL və QHL zamanı 21
  21. 23. 3. Kimyəvi terapiya ilə şərtlənən anemiyanın rEPO ilə müalicəsinə başlanmaq üçün Hb-nin səviyyəsi ≤ 100 q/l 4. Tromboemboliya riski Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 2. Xüsusi tövsiyələr autoimmun xəstəlikləri inkar etmək məqsədi ilə Kumbs sınağı aparılır. MDS-li xəstələrdə endo EPO-nun miqdarı cavabın proqnostik parametri ola bilər. Kimyəvi terapiya ilə əlaqədar anemiyası, identik göstərişləri və fəsadları olan xəstələrdə epoetin və darbepoetinin effektivliyinin müqayisəsinin sübutlu müşahidələrinə əsaslanaraq FDA (Food and Drug Administration) onların ekvivalent effektivlik və oxşar toksiklik profili olan dərman vasitələri kimi istifadəsinə razılıq vermişdir. Kimyəvi terapiya ilə şərtlənən anemiyası, Hb ≤ 100 q/l səviyyədə olan xəstələrdə rEPO-nun istifadəsi məsləhət görülür, hemotransfuziyaya tələbatın azalması və ya artmasınadək. Hemotransfuziyalar anemiyanın və klinik vəziyyətin ağırlıq dərəcəsini nəzərə almaqla təyin edilir. Əvvəllər Hb-nin səviyyəsinin 100 q/l-ə qədər azalması qeyd edilən bu kateqoriyadan olan xəstələrə rEPO ya dərhal, ya da Hb 10 q/l qalxarsa və ya bu müddət ərzində Hb>110 q/l-ə çatarsa, dozanın reduksiya edilməsi məsləhət görülür. Venoz trombemboliya riski də dozanın reduksiyası üçün əsas sayılır. * Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi 23
  22. 25. 9. Eyni zamanda kimyəvi terapiya almayan xəstələrdə anemiya 10. Qeyri-mieloid şişləri olan, kimyəvi terapiya almış xəstələrdə anemiyanın müalicəsi Əvvəlcədən, rEPO ilə müalicə prosesində, onların kifayət qədər effektli olmadığı hallarda zərdab dəmirinin, ümumi dəmirbirləşdirmə qabiliyyətinin, transferinin doyma əmsalının və ya ferritinin səviyyəsinin tədqiq edilməsi vacibdir. Aşağı riskli MDS-lə şərtlənən anemiyalı xəstələrdə rEPO-nun istifadəsinin vacibliyi sübut edilmişdir. Hb-nin səviyyəsini 120 q/l-ə qaldırmaq üçün rEPO-nun istifadəsi solid və qeyrimieloid şişləri olan aktiv şiş prosesinin olmasına baxmayaraq nə şüa və nə kimyəvi terapiya almamış xəstələrdə ölüm riskini artırır. Eritropoezin stimulyatorları belə xəstələr üçün göstəriş deyil. ÇM, QHL, XLL-nin müalicəsinə kimyəvi terapiya (heç olmasa, 2-4 dövr aparılmalıdır) və/və ya kortikosteroidlərlə başlamaq, şişin reduksiyasına nail olmaq məsləhət görülür və sonra rEPO təyin edilir. Əgər Hb-nin qalxması qeyd edilmirsə, müalicə dayandırılmalıdır. Epoetinin kimyəvi terapiya ilə birgə istifadəsi tromboembolik fəsadlar riskini artıra bilər. Hemotransfuziyalar göstərişlərə əsasən aparılır. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 8. Dəmirin monitorinqi və onun defisitinin aradan götürülməsi 24
  23. 26. Cədvəl 5. rEPO-nun dozasının təyini üzrə tövsiyələr (ASH/ASCO 2007-nin tövsiyələri) Dozanın artırılması Dozanın reduksiyası Kəsilməsi Epoetin alfa (Epreks) Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Doza və modifikasiya İlkin doza 150 BV/kq dəri altına həftədə 3 dəfə 40 000 BV dəri altına həftədə 1 dəfə 300 BV/kq-dək həftədə 60 000 BV-dək dəri 3 dəfə, əgər altına həftədə 1 hemotransfuziyalara dəfə, transfuziyalar tələbat azalmayıbsa və aparılmadan 4 ya 8 həftədən sonra Hb həftədən sonra Hb artmayıbsa > 10 q/l qalxması yoxdursa Dozanın 25 % azaldılması, əgər Hb 120 q/l-ə çatıbsa və ya 2 həftə ərzində > 10 q/l qalxıbsa Əgər Hb 120 q/l-dən artıqdırsa, müalicə Hb 510%), bir eritrositdə Hb orta miqdarı (MCH 0,9 nisbətində isə yalnız 10-41% xəstədə cavab qeyd olunmuşdur. İlkin terapevtik cavabın əlamətlərinin qiymətləndirilməsinə əsaslanan modeldə effektivlik kriteriyası qismində retikulositlərin miqdarının artması istifadə olunur. Əgər müalicədən iki həftə sonra (paralel olaraq kimyəvi terapiya alan xəstələr üçün dörd həftə) xəstədə retikulositlərin sayı 40 000/ml və daha çox artırsa, o zaman yüksək əminliklə rEPO istifadəsinin effektivliyini proqnozlaşdırmaq olar. Əgər birinci 4 həftə ərzində xəstədə Hb-nin səviyyəsinin 10 q/l və daha çox qalxması müşahidə edilirsə, bu əminlik daha çox artır. rEPO ilə terapiyadan bir-iki həftə sonra qan zərdabında həll olan trasferrinin səviyyəsinin kifayət qədər qalxması proqnozun əlverişli 27
  24. 29. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. faktoru sayılır. Əgər konkret xəstədə bu proqnostik faktoru EPO-nun ilkin səviyyəsi ilə birgə nəzərə alsaq, proqnozun dəqiqliyi 88%-ə çatır. Proqnostik faktorların hərtərəfli təhlilinin aparılması zamanı müəyyən edilmişdir ki, Hb>5 q/l və EPO-nun ilkin səviyyəsinin 50 000/ml, zərdab ferritininin 100 nq/ml-dən və transferrinin doymasının 20%-dən az olmaması da rEPO terapiya üçün əlverişlidir. MDS-li xəstələrdə rEPO-ya cavab reaksiyası haqda fikir söyləmək cəhdləri göstərdi ki, proqnostik faktorlar nə yaşa, nə cinsə, MDS diaqnozunun qoyulduğu və ya hemotransfuziyaların başlandığı vaxta aid deyil. Bu kateqoriyalı xəstələrdə daha qiymətli proqnostik faktor – endo EPO-nun ilkin konsentrasiyasıdır. rEPO-ya cavab reaksiyası qan zərdabında EPO-nun səviyyəsi ≤500 BV/l olduqda daha dəqiqdir. rEPO ilə müalicəyə daha çox cavab verən MDS-li xəstələrin fərqləndirici əlamətləri aşağıdakılardır: döş sümüyü punktatının göstəricilərinə əsasən blastoz Recommended

LinkedIn Corporation © 2020

Share Clipboard

Public clipboards featuring this slide

Select another clipboard

Looks like you’ve clipped this slide to already.

İkili variantlara investisiyaların effektivliyinə təsir göstərən 18 faktorları

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında son on ildə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırar və sosial problemlərin həllini sürətləndirər.

Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi və regionlara investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqlar aparsın;

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2004-cü il
№ 24

Azərbaycan Respublikası Prezidentinin

11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı

(2004 — 2008-ci illər)

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir.

Həyata keçirilən siyasət çox qısa bir zaman ərzində iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur: inflyasiya cilovlanmış (1996-cı ildən başlayaraq Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3 faizdən yuxarı qalxmır), büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizi səviyyəsinə endirilmiş, 1996-cı ildə makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etmişdir.

Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatı inkişaf etdirmək və əhalinin güzəranını yaxşılaşdırmaq olmuşdur. Belə ki, ölkədə artıq torpaq islahatları faktiki olaraq başa çatmış, 1390 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.

İqtisadiyyatın digər sahələrində də dövlət mülkiyyətinin özəlləşdirilməsi uğurla həyata keçirilmişdir. Özəlləşdirmə prosesi başlayandan 2003-cü ilin sonuna qədər 36200 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, II özəlləşdirmə proqramı çərçivəsində isə rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin və digər sahələrin müəssisələrinin özəlləşdirilməsinə başlanmışdır.

Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73,0 faizə çatmışdır.

Əmək haqlarının, pensiyaların və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. 1995-2003-cü illərdə orta aylıq əmək haqqı və pensiyanın məbləği 6 dəfədən də çox artmışdır.

Yuxarıda qeyd olunan nailiyyətlərlə yanaşı ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində hələ də həll edilməmiş problemlər qalmaqdadır. Azərbaycanın sənaye potensialının və bununla bağlı infrastruktur obyektlərin əksər hissəsinin Bakı şəhərində yerləşməsi və eyni zamanda, regionlarda olan bir çox müəssisələrin, istehsal və xidmət obyektlərin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə paytaxtına axınını sürətləndirmişdir. Bu amillər öz növbəsində iqtisadiyyatın regional baxımdan inkişafına mənfi təsir göstərmiş, regionların inkişafı arasında fərqin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırlanmış «Azərbaycan Respublikası regionlarının sosiali-iqtisadi inkişafı Dövlət Proqramı»nda 2004-2008-ci illərdə ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.

Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq;

– yerli resurslardan istifadənin səmərəsini artırmaq;

– regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;

– aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata keçirmək;

– investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;

yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək;

– əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.

Dövlət Proqramı aşağıdakı iqtisadi rayonlar üzrə tərtib edilmişdir:

1. Abşeron iqtisadi rayonu 1

(Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri).

2. Gəncə-Qazax iqtisadi rayonu

(Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri).

3. Şəki-Zaqatala iqtisadi rayonu

(Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları).

4. Lənkəran iqtisadi rayonu

(Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları).

5. Quba-Xaçmaz iqtisadi rayonu

(Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları).

6. Aran iqtisadi rayonu

(Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Əli Bayramlı, Mingəçevir, Yevlax şəhərləri).

7. Yuxarı Qarabağ iqtisadi rayonu

(Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

8. Kəlbəcər-Laçın iqtisadi rayonu

(Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları)

9. Dağlıq Şirvan iqtisadi rayonu

(Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları).

10. Naxçıvan iqtisadi rayonu

(Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları).

Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

– yerli və xarici sahibkarların vəsaiti;

– Azərbaycan Respublikasının dövlət büdcəsi;

– Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu;

– büdcədənkənar dövlət fondları;

– kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının kreditləri;

– beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri;

– qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.

Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

1. Azərbaycan Respublİkasının İqtİsadİ rayonlarının ümumİ xarakterİstİkası

Son illər ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurları daha əzəmətli etmək, ölkənin bütün regionlarını sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək, əhalinin güzəranını daha da yaxşılaşdırmaq üçün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək və digər tədbirləri həyata keçirmək lazımdır.

Bu məqsədlə Dövlət Proqramında qəbul edilmiş rayonlaşma təsnifatı ölkənin regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə ayrı-ayrı rayonlarda iqtisadiyyatın sahələr üzrə ixtisaslaşma dərəcəsinin və onun strukturunun təkmilləşdirilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının iqtisadi rayonları özlərinin potensialına, təbii sərvətlərinin miqyasına və çeşidinə, məşğulluq səviyyəsinə görə bir-birindən fərqlənirlər. İqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərqləndirən amillər əsasən aşağıdakılardır:

təbii şəraiti və ehtiyatları;

əhalinin məskunlaşması səviyyəsi;

regionun sahə və ərazi quruluşu;

tarixi inkişaf xüsusiyyətləri.

Rayonların sosial-iqtisadi inkişafını şərtləndirən yuxarıdakı amillərlə yanaşı onların arasında fərqin yaranmasında və iqtisadi rayonların çoxunun zəif inkişaf etməsində aşağıdakıların rolu xüsusi qeyd edilməlidir:

1. Məhsuldar qüvvələrin regionlar arasında qeyri-mütənasib paylanması onların sosial-iqtisadi inkişaf səviyyəsində kəskin fərq yaratmışdır. Belə ki, iqtisadiyyatın, xüsusilə sənayenin, infrastruktur sahələrinin əsas hissəsinin Bakı şəhərində cəmlənməsi, onun rayonlara nisbətən daha sürətlə inkişaf etməsi ilə yanaşı regionlarda sosial-iqtisadi vəziyyətin ağırlaşmasına və əhalinin regionlardan Bakıya axınına səbəb olmuşdur.

2. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində torpaqların 20 faizi zəbt olunmuş, işğal altında qalan rayonlarda mövcud iqtisadi potensial talan edilmiş, istehsal-texniki və infrastruktur obyektlər dağıdılmış, Azərbaycan xalqı çoxsaylı insan tələfatına məruz qalmış, bir milyona yaxın vətəndaş öz yaşayış və iş yerlərini, var-dövlətlərini itirərək öz vətənində qaçqın vəziyyətinə düşmüşdür.

3. Azərbaycanda aparılan torpaq və aqrar islahatları nəticəsində regionlarda yaşayan əhalinin çox hissəsi torpaq və digər daşınmaz əmlak sahibinə çevrilməsinə baxmayaraq insanlarda ilkin kapitalın, eyni zamanda, aqrar sektorun inkişafını təmin edən şəraitin, o cümlədən texnikanın, servisin, məsləhət xidmətinin, infrastrukturun, emal müəssisələrinin və s. kifayət qədər olmaması əldə olunmuş imkanlardan səmərəli istifadə edilməsini məhdudlaşdırır.

1.1. Abşeron iqtisadi rayonu

Abşeron iqtisadi rayonu Abşeron, Xızı inzibati rayonlarını və Sumqayıt şəhərini əhatə etməklə çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun (Bakı şəhəri istisna olmaqla) ümumi sahəsi 3,34 min kv. km olmaqla ölkə ərazisinin 3,9 faizini əhatə edir. İqtisadi rayonun relyefi təpəli, dağətəyi düzənliklərdən və alçaq dağlardan ibarətdir. Rayon üçün quru subtropik iqlim xarakterikdir.

İqtisadi rayonun əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 387,9 min nəfər olmaqla ölkə əhalisinin 4,8 faizini təşkil edir. Əhalinin orta sıxlığı hər kv. km-ə 116 nəfər təşkil edir.

Abşeron iqtisadi rayonu ölkənin faydalı qazıntılarla zəngin regionlarındandır. İqtisadi rayon mişar daşı, əhəng daşı, sement xammalı, kvars və tikinti qumları ehtiyatlarına malikdir. Abşeron yarımadasında zəngin balneoloji sərvətlər mövcuddur. Abşeron yeganə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. İqtisadi rayon içməli su ilə Samur və Kür çaylarından çəkilmiş su kəmərləri vasitəsilə təmin edilir.

Sənaye rayonu olan Abşeron iqtisadi rayonunun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, qara və əlvan metallurgiya, energetika, yüngül və yeyinti sənayesi üstünlük təşkil edir. Rayonda güclü tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyət göstərir. İqtisadi rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə çıxarılan neftin və qazın, istehsal edilən elektrik enerjisinin xeyli hissəsi bu rayonun payına düşür.

İqtisadi rayonun sənaye strukturunda kimya və neft-kimya sənayesi aparıcı yer tutur. İqtisadi rayonda qara və əlvan metallurgiya sənayesi də mühüm əhəmiyyətə malikdir. İqtisadi rayonun tikinti sənayesi müəssisələrində şüşə, polimer tikinti materialları və s. istehsal olunur.

Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.

Abşeron iqtisadi rayonu inkişaf etmiş infrastruktura malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava xətləri bu rayonun ərazisindən keçir. Ərazinin Xəzər dənizi sahilində yerləşməsi onun nəqliyyat əlaqələrinin genişlənməsi imkanlarını artırır. İqtisadi rayonda nəqliyyat vasitələrinin əksər növləri fəaliyyət göstərir.

İqtisadi rayon, eyni zamanda, sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

İqtisadi rayonun iqlim-balneoloji şəraiti Xəzər dənizinin sahilləri boyu çimərlik zonalarının salınmasına imkan verir.

1.2. Gəncə-Qazax iqtisadi rayonu

Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Onun ərazisinin ümumi sahəsi 12,49 min kv. km olmaqla ölkə ərazisinin 14,4 faizinə bərabərdir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1103,3 min nəfər olmaqla ölkə əhalisinin 13,6 faizini təşkil edir. İqtisadi rayonda əhalinin 47 faizi şəhərlərdə, 53 faizi kəndlərdə yaşayır. Əhalinin orta sıxlığı hər kv. km.-ə 88 nəfər təşkil edir ki, bu da orta ölkə səviyyəsindən (94 nəfər) bir qədər aşağıdır. Əhalinin sıxlığı düzənlik zonasında daha yüksəkdir (100-120 nəfər).

Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin regionlarından biridir. Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada yerləşir. Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsən dəmir filizi, Zəylik aluniti, Xoşbulaq əhəng daşı ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir.

Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 fazini verir. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun yüngül sənayesi (Dəliməmmədlidə pambıq mahlıcı, Gəncədə pambıq parça, yun parça, trikotaj məmulatları istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalça toxuculuğu müəssisələri) yerli xammalın emalına əsaslanır. Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi — şərab, ət-süd məhsulları, qənnadı məmulatı, konserv məhsulları istehsalı əsasən yerli tələbatı ödəyir. Tikinti sənayesinin əsas müəssisələri iri panelli evtikmə kombinatı, dəmir-beton, kərpic-keromit, mərmər zavodlarıdır.

Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulunun 13-14 faizi, o cümlədən, kartofun 80-85 faizi, üzümün 28 faizi, heyvandarlıq məhsullarının 15 faizi bu rayonun payına düşür. Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri kartofçuluq, üzümçülük, taxılçılıqdır. Pambıq yalnız Goranboy rayonunda əkilir. Qazax və Ağstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə, Goranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri inkişaf etmişdir.

Gəncə-Qazax iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara Dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa əsas nəqliyyat qovşaqlarıdır. Xəzər dənizindən hasil edilən nefti və qazı dünya bazarına çıxarmaq üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir.

Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m. yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət guşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümumdünya əhəmiyyətlidir.

Azərbaycanın şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatlarının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir. Gəncədə (Kənd təsərrüfatı Akademiyası, Texnologiya Universiteti, Dövlət Universiteti) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial infrastruktur obyektləri mövcuddur.

1.3. Şəki-Zaqatala iqtisadi rayonu

Azərbaycan Respublikasının zəngin bölgələrindən olan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində – Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv. km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir.

İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 faizini təşkil edir. Əhali əsasən dağətəyi hissədə, o cümlədən 27 faizi şəhərlərdə, 73 faizi kəndlərdə yaşayır. Son onillikdə əhalinin orta illik artımı 1,5 faizə bərabər olmuşdur. Rayonda əhalinin sıxlığı aşağı olmaqla hər kv. km.-ə 59 nəfər təşkil edir.

Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanının 90 faizi, qurğuşunun 97 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür. Qafqaz regionunun iri polimetal yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağətəyi yerlərdə çınqıl, qum və başqa tikinti materialları mövcuddur. Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin 27 faizini meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, üzümçülük, ət-süd və ət-yun təmayüllü qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu üzrə heyvandarlıq məhsullarının tədarükü ölkə üzrə həmin məhsulların tədarükünün 10 faizdən çoxunu təşkil edir.

Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3 faizdən bir az çoxu bu rayonun payına düşür. İqtisadi rayon ərazisinin 27 faizinə, əhalisinin isə 30 faizinə malik olan Şəki rayonu iqtisadi rayonun ümumi sənaye məhsulunun yarısını verir. İqtisadi rayonun sənayesi əsas etibarilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95 faizdən çoxunu verir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Şəki yeyinti kombinatı və şərab zavodları, Qəbələ, Qax, Balakən, Nic meyvə-tərəvəz konservi zavodları, Zaqatala fındıq zavodu və çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan başqa, yerli tələbatı ödəyən çörəkbişirmə, şərq şirniyyatı, spirtsiz içkilər istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi müəssisələri fəaliyyət göstərir. Tütünçülüyün inkişafı ilə əlaqədar Şəki, Qəbələ, Balakən və Zaqatalada tütün-fermentləşmə zavodları fəaliyyət göstərir.

Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir.

İqtisadi rayon inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Avtomobil nəqliyyatı inkişaf etmişdir. Əsas yol Yevlax-Balakən şosesi və 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmiryoludur.

İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialı, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatr daxildir.

1.4. Lənkəran iqtisadi rayonu

Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığı və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülmüşdir. Region təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcud 11 iqlim qurşağından 7-sinə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 faizini təşkil edir. Onların 365,6 min nəfəri əmək qabiliyyətlidir. Rayonda əhalinin orta sıxlığı hər kv. km.-də 124 nəfər təşkil edir. Əhalinin ən sıx məskunlaşdığı Lənkəran ovalığında bu göstərici 170 nəfər, dağ rayonlarında isə 60-80 nəfərdir. İqtisadi rayon əhalisi yüksək təbii artıma malikdir.

Lənkəran iqtisadi rayonunda faydalı qazıntılar azdır. Qeyri-filiz yataqlarından tikinti qumu, gil, çaydaşı, gips və s. ehtiyatlar regionun iqtisadi inkişafında mühüm rol oynayır. İqtisadi rayon termal mineral sularla zəngindir.

İqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət qədər əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Azərbaycan Respublikasında istehsal olunan çayın 99 faizi, tərəvəzin 27 faizi, taxılın 15 faizi, kartofun 24 faizi, üzümün 13 faizi, meyvənin 10 faizi bu iqtisadi rayonun payına düşür. Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır.

Lənkəran iqtisadi rayonunun sənayesi yerli kənd təsərrüfatı xammalı əsasında inkişaf etmişdir və əsasən bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90 faizə qədəri yeyinti sənayesinin payına düşür. Yeyinti sənayesində balıq emalı (Nərimanabad balıq kombinatı, Lənkəran balıq konservi zavodu), çay, meyvə-tərəvəz konservi, şərab istehsalı və tütün emalı mühüm yer tutur. Bundan əlavə, ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun ərazisində tikinti materialları, mebel istehsalı, avtomobil təmiri, cihazqayırma, mexaniki təmir və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri mövcuddur. Lənkəran rayonunda quşçuluq sənayesi inkişaf etmişdir.

Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmiryolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı- Lənkəran hava xətti fəaliyyət göstərir.

Gözəl təbii landşaft, isti və soyuq mineral sular, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda rayonda Lənkəran turist bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir. Rayonun ərazisində ali məktəb (Lənkəran Dövlət Universiteti), orta ixtisas məktəbləri şəbəkəsi, xəstəxanalar, dram teatrı, diyarşünaslıq muzeyi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

1.5. Quba-Xaçmaz iqtisadi rayonu

Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə, Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 faizini təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına – düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir.

Region əhalisinin ümumi sayı 453,1 min nəfər olmaqla ölkə əhalisinin 5,6 faizini təşkil edir. Rayonun relyef-iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır. Əhalinin 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km.-də 59 nəfər təşkil edir.

Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10-11 faizi meşələrlə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.

Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Dəvəçi, Siyəzən, Xaçmaz rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində südlük-ətlik istiqamətli maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən və Dəvəçidə quşçuluq kompleksləri mövcuddur.

Rayon iqtisadiyyatının sahə strukturunda kənd təsərrüfatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin – yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar-sənaye kompleksinin əsasını meyvə-tərəvəz konservi istehsalı (Xaçmaz, Quba), balıq emalı (Xudat), xalça toxuculuğu (Quba, Qusar, Xaçmaz) sahələri təşkil edir. Xaçmazda və Dəvəçidə taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyəzən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir.

Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmiryolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.

Regionun sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. İqtisadi rayonda kütləvi kitabxana, teatr, xəstəxana və digər sosial infrastruktur obyektləri mövcuddur.

1.6. Aran iqtisadi rayonu

Aran iqtisadi rayonu Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibati rayonlarını və Əli-Bayramlı, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.

Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv.km olmaqla ölkə ərazisinin 24,7 faizini əhatə edir. Aran iqtisadi rayonunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi meyllidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir.

İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km.-ə 78 nəfər təşkil edir.

Aran iqtisadi rayonunun əsas yeraltı sərvətləri neft, təbii qaz, yodlu və bromlu mədən sularından, müxtəlif tikinti materiallarından ibarətdir. Bu ehtiyatlar əsasən rayonun mərkəz və cənub-şərq hissəsində cəmlənmişdir. Bol günəş enerjisi, Kür və Araz çaylarının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu rayonun başlıca təbii sərvətlərindəndir. Aran iqtisadi rayonu həm yeraltı, həm də yerüstü yanacaq-energetika mənbələrinə malikdir.

Aran iqtisadi rayonunda sənaye nisbətən inkişaf etmişdir. Rayonun sənayesi, əsasən, onun cənub-qərbində (Əli-Bayramlı, Salyan, Neftçala) və şimal-qərbində (Mingəçevir və Yevlax şəhərlərində) cəmlənmişdir. Elektroenergetika rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələrindən biridir. Mingəçevir şəhərinin iki elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin təxminən 60 faizi həcmindədir.

Kimya, maşınqayırma, yüngül, yeyinti, tikinti materialları istehsalı sənayesi iqtisadi rayonun sənayesinin əsasını təşkil edir. Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan, Neftçala şəhərlərində fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu mövcuddur. Mingəçevir, Əli-Bayramlı və Salyan iqtisadi rayonun maşınqayırmasının əsas mərkəzləridir. İqtisadi rayon ərazisindəki bütün inzibati rayonların mərkəzlərində yeyinti sənayesi müəssisələri mövcuddur. Bu sahəyə aid müəssisələr arasında pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları məhsul istehsalına görə yüksək xüsusi çəkiyə malikdir. Bununla yanaşı, pambıq parça toxuculuğu (Mingəçevir), yunun ilkin emalı (Yevlax), süni gön-dəri istehsalı (Əli-Bayramlı), xalçaçılıq (Qazı Məmməd) yüngül sənayenin mühüm sahələridir. Regionun yeyinti sənayesi meyvə-tərəvəz (Sabirabad), balıq konservləri (Bankə), ət-süd və heyvandarlıq məhsullarının emalına əsaslanır.

İnkişaf etmiş sənayesi ilə yanaşı Aran iqtisadi rayonu mühüm kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Azərbaycanda istehsal olunan pambığın 90 faizdən çoxu bu rayonun payına düşür. İqtisadi rayonda həmçinin kartof, şəkər çuğunduru əkilir.

Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.

1.7. Yuxarı Qarabağ iqtisadi rayonu

Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır. Bu səbəbdən Dövlət Proqramı çərçivəsində bu iqtisadi rayon üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 1482 kv.km ərazini əhatə edən bu üç rayonda 211,8 min əhali yaşayır.

Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik və tütünçülükdür. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir.

İqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. Eyni zamanda, iqtisadi rayonda baramaçılıq və arıçılıq inkişaf etdirilir.

İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən işğal edilmiş rayonların əhalisinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşması problemlərinin həlli ilə bağlı əhəmiyyətli işlər görülmüş, beş çadır düşərgəsi ləğv edilərək onlarda yaşayan minlərlə məcburi köçkün ailəsi işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə inşa olunmuş qəsəbələrdə yerləşdirilmiş, onların məşğulluğu təmin edilmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamına uyğun olaraq Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bunun nəticəsində Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi həmin rayon ərazisində zəruri infrastrukturu olan qəsəbədə yerləşdiriləcəkdir.

Yuxarı Qarabağ iqtisadi rayonu üzrə işğal olunmuş ərazilər azad edildikdən sonra həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

1.8. Kəlbəcər-Laçın iqtisadi rayonu

Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5 faizi, əhalisinin isə 2 faizdən bir qədər çoxu bu iqtisadi rayonun payına düşür.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə heyvandarlıq təşkil etmişdir. Qoyunçuluq, maldarlıq, arıçılıq heyvandarlığın inkişaf etmiş sahələrindən olmuşdur.

İqtisadi rayon ərazisində qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlit və s. faydalı qazıntı ehtiyatları vardır.

İqtisadi rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altında olduğundan onların inkişafına dair tədbirlər bu Proqram çərçivəsində nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarından olan məcburi köçkün ailələrinin bir qismi yeni tikilmiş qəsəbələrdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli sərəncamına uyğun olaraq Kəlbəcər rayonundan olan 149 və Laçın rayonundan olan 37 məcburi köçkün ailəsi də yaxın zamanlarda yeni qəsəbələrdə yerləşdiriləcəkdir.

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

1.9. Dağlıq Şirvan iqtisadi rayonu

Dağlıq Şirvan iqtisadi rayonu Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində – Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir.

İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır.

Digər rayonlarla müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Rayonun əhalisinin ümumi sayı 257,4 min nəfər olmaqla ölkə əhalisinin 3,2 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km 43 nəfərdir.

Şirvan iqtisadi rayonu faydalı qazıntılarla zəngin deyildir. Regionda əsasən daş, çınqıl, qum, əhəng və digər tikinti materialları mövcuddur. Şamaxı, Ağsu, İsmayıllı rayonlarının gil yataqları mühüm tikinti əhəmiyyətinə malikdir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatlarla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir.

İqtisadi rayon başlıca olaraq əkinçilik, üzümçülük, şərabçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.

Şirvan iqtisadi rayonu qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. İqtisadi rayonun sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edir. İqtisadi rayonun yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçaçılıq sahələri ilə təmsil olunmuşdur. Yeyinti sənayesində əsas yeri yerli üzüm məhsulunu emal edən şərabçılıq tutur. Bundan əlavə, rayonun iqtisadiyyatında meşə və ağac emalı, tikinti materialları istehsalı (İsmayıllı rayonunda ağac emalı müəssisəsi, Şamaxı və Qobustan rayonlarında daş karxanaları, kərpic zavodu), kənd təsərrüfatı texnikasının təmiri müəssisələri mövcuddur.

Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kəlağayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kəlağayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.

Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Burada nəqliyyatın bütün növlərindən istifadə edilir. Bakı-Tbilisi dəmiryolu magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir. Şərabçılığın inkişafına əlverişli şərait yaratmaq məqsədilə Padar stansiyası ilə Çöl Göylər kəndi arasında yerli əhəmiyyətli dəmiryol xətti çəkilmişdir.

Rayonun sosial infrastrukturuna orta ixtisas məktəbləri, ali məktəblərin filialları (Dövlət Pedaqoji və «Odlar Yurdu» universitetlərinin Şamaxı filialları), mədəni-maarif və səhiyyə ocaqları, teatr və muzeylər daxildir.

1.10. Naxçıvan iqtisadi rayonu

Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə Azərbaycanın əsas hissələrindən kənarda, Türkiyə, İran və Ermənistanın əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan iqtisadi rayonu blokada vəziyyətinə düşərək, hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir. Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhərindən, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur inzibati rayonlarından ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 5,5 min kv.km olmaqla ölkə ərazisinin 6,3 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Zəngəzur və Dərələyəz silsilələrindən və Araz boyu uzanan maili düzənliklərdən ibarətdir. İqtisadi rayonun ərazisinin 0,5 faizi meşələrlə örtülmüşdür.

İqtisadi rayonun əhalisinin ümumi sayı 364,5 min nəfər olmaqla ölkə əhalisinin 4,5 faizini təşkil edir. Onların 198 min nəfəri əmək qabiliyyətlidir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv. km.-də 66 nəfər təşkil edir.

Naxçıvan iqtisadi rayonunda zəngin təbii ehtiyatlar: molibden, polimetal filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları yataqları mövcuddur. Eyni zamanda iqtisadi rayon Badamlı, Sirab, Vayxir və s. kimi 200-dən çox qiymətli mineral su bulaqlarına malikdir. Azərbaycan Respublikasının molibden və dolomit ehtiyatlarının hamısı, mineral su ehtiyatlarının 60 faizi Naxçıvan iqtisadi rayonunun payına düşür.

Naxçıvan iqtisadi rayonu inkişaf etməkdə olan sənaye və çoxsahəli kənd təsərrüfatına malikdir. Ölkənin sənaye məhsulunun 2,6 faizi, kənd təsərrüfatı məhsulunun 3,6 faizi bu rayonun payına düşür. İqtisadi rayonun sənaye məhsulunun yarıdan çoxu, sənaye-istehsal işçi heyətinin 35 faizə qədəri Naxçıvan sənaye qovşağında cəmlənmişdir. Elektroenergetika (Araz SES), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel (Naxçıvan), avtomobil təmiri (Şahbuz) müəssisələri sənayenin aparıcı sahələrini təmsil edir. Tikinti materialları sənayesi üzrə dəmir-beton konstruksiyaları (Naxçıvan, Şərur), üzlük materialları zavodları, qum-çınqıl karxanası fəaliyyət göstərir. Yüngül və yeyinti sənaye sahələri rayonun iqtisadiyyatında mühüm yer tutur. Naxçıvan şəhərində sənaye məhsulunun 70 faizdən çoxu yeyinti sənayesinin, 10 faizi isə yüngül sənayenin payına düşür. İqtisadi rayonun yüngül sənayesi tikiş (Naxçıvan, Culfa), ipəkəyirmə (Ordubad), xalçaçılıq, trikotaj (Naxçıvan) müəssisələri, yeyinti sənayesi isə konserv (Ordubad, Şərur), tütün-fermentasiya, mineral su doldurulması, ət emalı, balıq zavodu (Naxçıvan, Şahbuz, Şərur) müəssisələri ilə təmsil olunmuşdur.

İqtisadi rayonun aqroiqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatının müxtəlif istiqamətlər üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Əkinçilik süni suvarma şəraitində inkişaf etdirilir. Əkinçiliyin əsas sahələri üzümçülük, tütünçülük, meyvəçilik və taxılçılıqdır. Naxçıvan iqtisadi rayonu ölkənin ikinci tütünçülük rayonudur. İqtisadi rayonda həmçinin şəkər çuğunduru, xına, tərəvəz, gül becərilir. Ətlik-südlük maldarlıq, ətlik-yunluq və südlük qoyunçuluq, arıçılıq heyvandarlığın əsas sahələridir.

Hazırda Naxçıvan iqtisadi rayonunun Azərbaycan Respublikasının digər rayonları ilə dəmiryol əlaqəsi yoxdur. Yeganə əlaqə vasitəsi hava yolu və İran ərazisi vasitəsi ilə avtomobil yoludur. Naxçıvan Muxtar Respublikasının enerji təchizatı da İran və Türkiyə vasitəsi ilə həyata keçirilir.

Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla geniş sosial-mədəni infrastruktura malikdir. Muxtar Respublikanın Milli Elmlər Akademiyasının elmi idarələri, ümumtəhsil, peşə, musiqi məktəbləri, mədəni-maarif, səhiyyə ocaqları və muzeylərlə yanaşı, çoxlu sayda tarixi abidələri mövcuddur.

İqtisadi rayonların sosial-iqtisadi inkişaf vəziyyətinin xarakteristikası göstərir ki, keçən əsrin 80-ci illərinin sonundan başlayaraq ölkənin iqtisadi və siyasi həyatındakı qeyri-stabillik bütün regionların inkişafına öz mənfi təsirini göstərmişdir. Keçmiş iqtisadi əlaqələrin qırılması iqtisadi rayonların sənayesində böhranın dərinləşməsinə səbəb olmuşdur. İqtisadiyyatın əsas sahələri arasındakı mübadilə prosesində ekvivalentliyin pozulması və digər səbəblər üzündən ənənəvi kənd təsərrüfatı sahələrinin tənəzzülə uğraması regionların yerli kənd təsərrüfatı məhsullarının emalından ibarət olan sənayesini də xammaldan məhrum etmişdir.

1995-ci ildən başlayaraq aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik bərqərar olmuşdur. Son illər görülmüş tədbirlər nəticəsində rayonda sahibkarlığın inkişafına təkan verilmişdir. Kiçik və orta sahibkarlığın regionların iqtisadiyyatında rolu getdikcə artmağa başlayır. Hazırda Naxçıvanda 300-dən (ölkə üzrə kiçik müəssisələrin 1,5 faizi), Abşeronda 900-dən çox (5 faiz), Gəncə-Qazaxda 1200-ə yaxın (6,3 faiz), Şəki-Zaqatalada 400-dən çox (2,2 faiz), Lənkəranda 800-ə yaxın (4,2 faiz), Quba-Xaçmazda 350-ə yaxın (1,9 faiz), Aranda 2000-dən çox (10 faiz) kişik müəssisə fəaliyyət göstərir. Onlar əhalinin məşğulluğunun təmin edilməsində müsbət rol oynamağa başlamışdır. Fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların sayı da xeyli artmışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, hələ də regionlarda istehsal yönümlü sahibkarlığın inkişaf səviyyəsi zəif olaraq qalır. Mövcud kiçik müəssisələrin iqtisadi rayonlar üzrə: Naxçıvanda 8,6 faizi, Abşeronda 8 faizi, Gəncə-Qazaxda 8,9 faizi, Şəki-Zaqatalada 12,5 faizi, Lənkəranda 5,5 faizi, Quba-Xaçmazda 13,4 faizi, Aranda 6,5 faizi sənaye sahəsində fəaliyyət göstərir.

Bununla yanaşı, sahibkarlığın inkişafı iqtisadi rayonların sənaye potensialına uyğun gəlmir. Regionlarda yeni təsərrüfatçılıq formaları təşəkkül tapsa da, müəssisələrin və təsərrüfatların işinin yeni dövrün tələblərinə uyğun qurulması üçün maliyyə resurslarının əldə edilməsi əksər təsərrüfat subyektləri üçün problem olaraq qalır. Bazar infrastrukturunun zəif inkişafı istehsalçıların səmərəli fəaliyyət imkanlarını azaldır. Kənd təsərrüfatında servis xidmətinin tam formalaşması həlledici əhəmiyyət kəsb edir. Yeni iqtisadi şəraitdə təsərrüfatın idarə edilməsi sahəsində sahibkarlara informasiya, məsləhət xidmətlərinin göstərilməsinə ehtiyac böyükdür. Regionların inkişafı iri həcmdə investisiyalar tələb edir ki, onların cəlb edilməsinin təşviqi sisteminin yaradılması aktual olaraq qalır.

Regionların inkişafında göstərilən problemlərin bir-biri ilə sıx əlaqədar olması onların sistemli həllini tələb edir. Bu, regionların inkişafının mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan, inkişafın hazırkı mərhələsində regionların potensialından daha dolğun istifadə və onların səmərəli əlaqələndirilməsi zərurəti rayonların sosial-iqtisadi inkişafına yönəldilən kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.

2. 2004-2008-cİ İllərdə regİonların sosİal-İqtİsadİ İnkİşafının əsas İstİqamətlərİ

1995-2003-cü illərdə həyata keçirilmiş geniş miqyaslı iqtisadi islahatlar növbəti beş ildə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, regionların sosial-iqtisadi problemlərinin həllinə əlverişli zəmin yaratmışdır.

Azərbaycan Respublikası rayonlarının hərtərəfli inkişafının təmin olunmasında, iqtisadiyyatın ərazi strukturunun təkmilləşdirilməsində, iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında son illər həyata keçirilən siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm rol oynayır. Bu vacib amili nəzərə alaraq, qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan makroiqtisadi sabitlik daha da möhkəmləndiriləcək. Bu məqsədlə 2004-2008-ci illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir.

Pul-kredit siyasətində, neft gəlirlərinin artımı ilə əlaqədar olaraq, manatın rəqabət qabiliyyətinin əlverişli səviyyədə qorunub saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir.

İnvestisiya siyasətində dövlət investisiyalarının əsasən regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi əsas hədəf olacaqdır. Tarif-qiymət siyasəti əhalinin həyat səviyyəsi və ödəniş qabiliyyəti nəzərə alınmaqla formalaşdırılacaqdır.

Gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara, iqtisadi birliklərə daxil olması üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şəraitin yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcəkdir.

Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı sənaye müəssisələrinin fəaliyyətinin bərpasına, yeni müəssisələrin yaradılmasına yönələcəkdir. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və bu istehsalla bağlılığı olan fermerlərin yetişdirdikləri məhsulların satış imkanlarının artırılmasına xüsusi diqqət yetiriləcəkdir.

Aqrar sektorda islahatların ikinci mərhələsi sürətləndiriləcək, dövlət siyasətinin başlıca məqsədi kənd əhalisinin maddi rifahının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından, yeni iş yerlərinin yaradılmasından ibarət olacaqdır. Dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcəkdir.

Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi;

dövlət investisiyalarının əsasən istehsal müəssisələrinin bərpasına, regionların infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin inşasına yönəldilməsi;

kənd təsərrüfatı istehsalçılarına vergi tətillərinin tətbiq edilməsi;

aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı proqramlarının davam etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif təbəqələrinə mikrokreditlərin verilməsi sxeminin hazırlanması və bu sektorda layihələri maliyyələşdiriləcək mikrokredit banklarının, kredit ittifaqlarının yaradılmasının dəstəklənməsi, kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması;

fermerlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, İxraca Yardım Fondunun, birjaların, topdansatış anbarlarının, auksionların yaradılması;

baytar-sanitar, texniki nəzarət, fitosanitar, toxumçuluğun və damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi;

aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsi;

mövcud meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidənqurulması, yeni sistemlərin tikilməsi hesabına suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, torpaqların şoranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların maneəsiz Xəzər dənizinə axıdılması;

su çatışmazlığının aradan qaldırılması, bu məqsədlə yeni su anbarlarının, magistral kanalların və digər su təsərrüfatı obyektlərinin tikilməsi;

torpaqların eroziyasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi;

torpaqların rekultivasiyası layihələrinin hazırlanması;

torpaq kadastrının yaradılması;

– ölkədə torpaq bazarının yaradılması;

torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi.

Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olacaqdır.

Regionların iqtisadi inkişafının təmin olunmasında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində infrastrukturun və kommunal xidmətlərin başlıca amillərdən biri olduğunu nəzərə almaqla 2004-2008-ci illəri əhatə edən müddət ərzində bu sahələrdə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:

müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;

kənd rayonlarında və qəsəbələrdə nəqliyyatın, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi;

maliyyə infrastrukturunun inkişaf etdirilməsi;

əhalinin, xüsusilə kənd əhalisinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su, qaz, rabitə və s. ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılması, bu məqsədlə bu sahələrdə restrukturizasiya tədbirlərinin davam etdirilməsi;

infrastruktur və kommunal xidmət obyektlərinin idarə edilməsində bələdiyyələrin rolunun artırılması.

Dövlətin struktur siyasəti neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına, innovasiya texnologiyalarının daha geniş tətbiqinə, iri müəssisələrin özəlləşdirilməsinə, sahibkarlığın inkişafına, ixrac potensialının artırılmasına yönələcəkdir.

Özəlləşdirmə prosesinin başlıca məqsədlərindən biri regionlarda işləməyən müəssisələrin fəaliyyətinin bərpa edilməsindən, yeni iş yerlərinin açılmasından ibarət olacaqdır.

Bu məqsədlə aşağıdakı tədbirlər görüləcəkdir:

özəlləşdirmə prosesində şəffaflığın təmin edilməsi;

Dövlət Proqramına uyğun olaraq yeni sahələrin özəlləşdirilməyə açılması və müəssisələrin özəlləşdirilməsi prosesinin intensivləşdirilməsi;

özəlləşdirmə paylarının maksimum istifadə edilməsi;

xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi, əmlak və səhm sahiblərinin hüquqlarının qorunması;

daşınmaz əmlakın Dövlət Reyestrinin yaradılması və onun işinin beynəlxalq tələblər səviyyəsində qurulması.

Növbəti illərdə Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər davam etdiriləcək və onların başlıca istiqamətləri aşağıdakılar olacaqdır:

regionlarda sahibkarlığın inkişafına dövlət maliyyə köməyinin artırılması;

rayonlarda mövcud olan potensial imkanlar barədə məlumat bazasının yaradılması;

yerlərdə sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və s. xidmətlər göstərəcək mərkəzlərin yaradılması;

rayonlarda turizmin inkişaf etdirilməsi;

rayonlarda ticarət yarmarkalarının yaradılması;

istehsal olunan məhsulların keyfiyyətinə laboratoriya nəzarətinin gücləndirilməsi;

yerli ixtisaslaşmanı nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması;

sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi;

təbii inhisarların tariflərinin müntəzəm şəkildə tənzimlənməsi;

sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının qəti şəkildə alınması;

ipoteka, lizinq, françayzinq kimi beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış sahibkarlıq fəaliyyəti növlərinin dəstəklənməsi və inkişaf etdirilməsi;

dövlət-sahibkar dialoqunun genişləndirilməsi.

Növbəti beş ildə regionlarda sosial siyasətin başlıca məqsədini əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması təşkil edəcəkdir.

Sosial təminat sahəsində dövlətin həyata keçirəcəyi siyasətin ən mühüm istiqamətlərindən biri pensiyaların müntəzəm olaraq artırılmasından və onların ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən az təminatlı hissəsinə xüsusi diqqətin yetirilməsindən ibarət olacaqdır.

Təhsil islahatları onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması;

əhalinin bütün təbəqələri üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi;

– şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi;

tələbələrin təqaüdlərinin artırılması;

məktəbəqədər təlim-tərbiyə təhsil sisteminin təkmilləşdirilməsi;

rayonlarda yeni məktəblərin inşası, kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması.

Elm sahəsində ən mühüm vəzifələrdən biri sahələrin, o cümlədən aqrar elm sahələrinin inkişafından, bu sahədəki elmi tədqiqat və layihə institutlarının fəaliyyətinin təsərrüfat strukturları ilə əlaqələndirilməsindən ibarət olacaqdır.

Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:

dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması;

ölkədə tibbi sığorta sisteminin yaradılması;

səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi;

tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi;

əhalinin sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi;

rayonlarda yeni səhiyyə müəssisələrinin inşası.

Mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədləri ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən, yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən ibarət olacaq, mədəniyyətin dövlət büdcəsindən maliyyələşdirilməsi ardıcıl olaraq artırılacaq, onun maddi, texniki və informasiya infrastrukturu inkişaf etdiriləcəkdir.

Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin strateji məqsədləri əhalinin sağlamlığının yaxşılaşdırılmasından, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunmasından, vətənin müdafiəsinə hazırlığın təmin edilməsindən ibarət olacaqdır.

Regionların yuxarıda qeyd olunan istiqamətlərdə inkişafı və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Proqnozlara görə 2008-ci ildə ümumi daxili məhsul 2003-cü illə müqayisədə 2,3 dəfə artaraq 76,3 trilyon manat, ümumi daxili məhsulun adambaşına düşən həcmi 1578 ABŞ dolları, qeyri-dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 85 faiz təşkil edəcəkdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun strukturunda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının artım tempi orta hesabla 10-15 faiz səviyyəsində olacaqdır. Beş il ərzində kənd təsərrüfatı istehsalının real artımı 62,5 faiz təşkil edəcəkdir, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşunun həcmi 16,8 mlrd. ABŞ dollarına çatacaqdır ki, bunun da təxminən 60 faizi regionlara yönələcəkdir.

Növbəti beş ildə ümumilikdə 600 min yeni iş yeri yaradılacaq və orta aylıq əmək haqqı 3,1 dəfə artırılacaqdır.

1) Bakı şəhəri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yüksək inkişaf etdiyindən bu Dövlət Proqramında onun inkişafı məsələlərinə toxunulmamışdır və bu baxımdan da Bakı şəhəri Abşeron iqtisadi rayonunun tərkibinə daxil edilmişdir.

İş Ortakları

İş Ortakları

Gene2info, 2020 yılında, iki güçlü birikimin, Multigen ve İdea Teknoloji Çözümleri’nin yollarının birleşmesiyle ortaya çıktı.

MULTİGEN Sağlık Hizmetleri

Multigen Sağlık Hizmetleri, moleküler genetik kitler konusunda uzun yıllara dayalı deneyime sahip bir ekip tarafından 2020’te kuruldu. Ege Üniversitesi Tıp Fakültesi Tıbbi Genetik Anabilim Dalı öğretim üyesi Doç. Dr. Hüseyin Onay’ın öncülüğünde, Ege Üniversitesi Ege Teknopark Teknoloji Geliştirme Bölgesinde faaliyete geçti.

Multigen, genetik mutasyonların tanımlanmasında kullanılacak hızlı ve maliyet etkin moleküler genetik tanı kitlerinin geliştirilmesi için Ar-Ge çalışmalarını sürdürmektedir. Türkiye’de genetik bilgiyi laboratuvardan günlük hayata çıkarmayı amaçlamakta, tıbbi teknik ve bilimsel altyapısı ile öncelikle biyoteknoloji sektöründe kurum veya kuruluşlara özel çözümler sunmaktadır.

İdea Teknoloji Çözümleri

İdea Teknoloji Çözümleri, 2005 yılında, şirket süreçlerinin daha etkin yönetimini sağlayacak yazılımlar geliştirmek amacıyla kuruldu. İdea Teknoloji Çözümleri, bugün Türkiye’de ve komşu bölgelerde, geniş satış-dağıtım ağına sahip kuruluşların uzun vadeli iş ortağıdır.

Satış-dağıtım yönetimi alanında şirketlerin performansını maksimize eden, yazılım teknolojilerine dayalı güncel çözümler sunmaktadır.

Vergi teknolojileri alanında, 2020 yılından itibaren, e-defter, e-fatura ve e-arşiv uygulamalarının ülkemizdeki tesis ve yaygınlaşma sürecinde öncü rol üstlendi, geleceği tanımlayan adımlar attı.

Gelir İdaresi Başkanlığı tarafından onaylanmış ilk e-Fatura özel entegratörü, platform bağımsız ilk e-Defter çözümü üreticisi, e-Arşiv Fatura hizmet izni alan ilk özel entegratör oldu. 2020 yılında, e-Defter üzerinden vergi denetimi yapan ilk çözümü pazara sundu. İdea, Sanayi ve Teknoloji Bakanlığı Ar-Ge merkezi yetki belgesini 2020 yılında aldı. 2020 yılında Üniversitelerle en yaygın ve en fazla işbirliği yapan Ar-Ge merkezleri içinde örnek gösterildi.

İdea Teknoloji, satış – iş uygulamaları ve vergi teknolojileri alanlarında yeni çözümler geliştirmeyi sürdürmekte ve müşterileri için “bir sonraki adımın” hazırlığını yapmaktadır.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: