ATR göstəricisi nədir və necə işləyir

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Rentabellik nədir və necə ölçülür ?

Rentabellik – mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən iqtisadi subyektin müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyətinin iqtisadi səmərəliliyinin göstəricisidir.

Rentabellik Əmsalı ( məhsulun rentabelliyi ) – əmtəə vahidinin satışından əldə olunan ümumi mənfəətin maya dəyərinə (istehsal və tədavül məsrəflərinə) nisbəti ilə ölçülür.

Rentabelliyin Qiymətləndirilməsi üçün bir neçə göstəricilərdən istifadə edilir. BU göstəricililər müəssisənin fəaliyyətinin və ya məhsulun gəlirliliyinin ölçülməsi məqsədilə hesablanır :

1) Hər realizasiya manatına düşən təmiz gəlir

Realizasiya dedikdə bu – sifarişçilər və alıcılar qarşısında müqavilə öhdəliklərinin həyata keçirildiyi istehsal prosesidir. Realizasiya Manatının Təmiz Gəliri isə – müəssisənin rentabelliyini ölmçək üçün istifadə edilən – təmiz gəlirin məhsulların realizasiya məbləğinə bölünməsi yolu ilə hesablanan göstəricidir. Burada əlavə olaraq 2 göstəriciyə də fikir vermək lazımdır :

Realizə Edilmiş Gəlir – aktivin satışından əldə olunan nağd gəlir.
Realizə Edilmiş Zərər – aktivin satışından yaranan zərər.

2) Aktivlərin dönərlilik əmsalı

Dönərlilik – müəssisə ehtiyatlarının likvidlik göstəricisidir. Ehtiyatların dönərliliyi satışdan gəlirlərlə ehtiyat hissələrinin nisbəti olub, müəyyən müddətdə ehtiyatların dönərlilik miqdarının sayını əks etdirir. Hesablaşmalar Üzrə Dönərlilik eyni qayda ilə – realizasiyanın ümumi həcmini, yəni hesablaşmaya qoyulmuş vəsaitin alınacaq vəsaitlərin orta miqdarına bölməklə tapılır. Mal-materiallar üçün dönərlilik əmsalı aşağıdakı kimi hesablanır :

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

D – material ehtiyatlarının dönərlilik əmsalı;

M – satılmış malların maya dəyəri; D = M/E

E – orta illik material ehtiyatları – Vəsaitlərin orta illik dəyəri ilin başlanğıcında və sonunda olan aktivlərin ikiyə bölünməsi ilə tapılır.

3) Fondverimi Əmsalı

Fonvermə aktivlərdən səmərəli istifadə olunmanı göstərən, gəlirlilik göstəricisidir. Fondverimi əmsalı isə aktivlərin səmərəliliyini və aktivə qoyulmuş hər manatın gətirdiyi gəliri ölçən indikatordur. Fondvermə göstəricisi netto-realizasiyanın vəsaitlərin orta-illik
dəyərinə bölünməklə tapılır.

4) Səhm kapitalının verim əmsalı və hər səhmə düşən gəlir

Səhm kapitalı – faktiki olaraq emissiya edilən və ya səhmdarlara paylanılan səhmlər. Qoyulmuş səhm kapitalının gəlirliliyini isə verim əmsalı xarakterizə edir.

NEM nədir? Necə işləyir? Haradan almaq olar?

NEM dünyanın ilk ağıllı aktiv platforması hesab olunur.Şirkət NEM ERC-20 əsaslı kriptovalyutalardan fərqli olaraq xüsusi məlumat bazasına, yəni blockchain-ə sahibdir. Çoxməqsədli platformada həmçinin logistik izləmə, ICO tənzimlənməsi kimi məhdudiyyətsiz istifadə imkanı mövcuddur.

NEM platformasının strukturu

NEM platforması istifadəçilərə həm sadəlik, həm də rahatlıq təklif edir. NEM-in xüsusiyyətlərini və xüsusi konsensus mexanizmini tətbiq edən və NEM tərəfindən təmin edilən proqramı işlədən node-lar NEM blockchain-inin onurğasını təşkil edir. Açıq qaynaqlı, mərkəzsiz NEM blockchain-i öz serverlərində çalışan xüsusi və gizli bir blockchain-ə çevrilə bilər. NEM-in xidmətlərindən yararlanmaq istəyən istifadəçilər NEM blockchain-ini istədikləri kimi təşkil edə bilərlər.

NEM ağıllı aktiv (Smart Asset) sistemi

Maliyyə texnoloji sistemi, logistik izləməni, ICO, sənədlərin notarialaşdırılması və sair. NEM bütün bu sahələrdə köməyinizə çatır.

NEM ağıllı aktiv sistemi sayəsində NEM blockchain-ini fərdiləşdirə və istənilən şəkildə istifadə edə bilərsiniz. İlk olaraq, ünvanınız blockchain-dəki yerinizi təyin edir. Bu nöqtədə öz mozaikalarınızı yarada bilər, stifadəçi ünvanlarına asan adlar verə bilərsiniz. İstədiyiniz şeyi təmsil etmək üçün mozaika istifadə edə bilərsiniz: coin, imza, statusu yeniləmə və ilaxır.

İstifadə ssenariləri

NEM-in modulları olan “Intelligent Asset System”-ini istifadə edən şirkətlər bir çox proqramları inkişaf etdirə bilərlər. Bunun üçün NEM-in xüsusiyyətlərindən istifadə edərək ağıllı aktivləri bir-biri ilə əlaqələndirməkdir. Bu istifadə ssenarilərindən bəzilərinə qısa nəzər salaq.

Maliyyə ödənişləri: Maliyyə xidməti şirkətləri dünyanın hər hansı bir yerindən ani ödənişlər və köçürmələr üçün NEM-dən istifadə edə bilərlər. NEM-in ən böyük üstünlüklərindən biri də hər kəsə açıq və xüsusi blockchain-lər arasında birbaşa əlaqə qura bilməsidir.

Öz kriptovalyutanızı yaradın: bunun üçün proqramlaşdırma dilini bilməyinizə ehtiyac yoxdur. NEM platformasında bir neçə sadə addımı izləyərək, öz kriptovalyutanızı yarada bilərsiniz.

Mobil ödənişlər: NEM mobil pərakəndə ödənişlər üçün ideal seçimdir. NEM blokları 60 saniyədə tamamlandığına görə, əməliyyatlar sürətlidir və əməliyyat haqqı azdır. NEM mobil cüzdanında istifadə olunan barkod əllə girişi tələb etmir.

Öz “PayPal”-ınızı yaradın: NEM ilə öz ödəniş tətbiqinizi yarada bilərsiniz. Blockchain əsaslı P2P ödənişlərin edildiyi açıq qaynaqlı ödəmə tətbiqi NEMPay buna yaxşı bir nümunədir.

Haradan almaq olar?

NEM hazırda kriptovalyutaların arasında 14-cü pillədə qərarlaşıb. Hazırda ümumi token sayı 8.999.999.999-dur. Bazar dəyəri isə 3.6 milyard dollardır. 0.40 dollara olan NEM tokenlərini “Binance” birjasından ala bilərsiniz.

Bunlar da maraqlıdır:

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

Stellar nədir? Necə işləyir? Haradan almaq olar?

Bankları, ödəniş sistemlərini və istifadəçiləri bir araya gətirən paylanmış bir ödəmə platforması olaraq ifadə edə biləcəyimiz Stellar (XLM), qlobal maliyyə sistemini olduğu yerdən irəliyə aparmağı və onu yenilikçi bir anlayışla çevirməyi hədəfləyir. Stellar istifadəçiləri işlərini asanlıqla, təhlükəsiz və qənaətlə həyata keçirə bilirlər.

Bugünkü qlobal maliyyə sisteminin ən mühüm elementlərindən olan ənənəvi banklar, istifadəçilərinə “maliyyə xidmətləri” adı altında xidmət edirlər. Müştərilər üçün imtahan halına gələn bu xidmətlər zamanı müxtəlif problemlərlə rastlaşmaq ənənəvi hala gəlib. Digər tərəfdən, vaxt keçdikcə coğrafiyası genişlənən Blockchain texnologiyasından güc alan Stellar platforması vasitəsilə mövcud bankların təqdim etdiyi əməliyyat ödənişlərindən aldıqları ödənişləri bir xeyli böyük bir nisbətdə azaltmaq mümkün olub.

Açıq qaynaqlı və paylanmış bir ödəmə sistemi olaraq bilinən Stellar mövcud ödəmə sistemlərini, maliyyə təşkilatları və istifadəçiləri bir araya gətirərək dünyanı maliyyə baxımından daha inkişaf etmiş bir şəklə salmağı hədəfləyir. Həmçinin, Stellar platforması vasitəsilə bir çox valyutalar və müxtəlif aktivlərlə ticarət etməyə imkan verir. Plarforma daxilində istifadə edilən və “Lumens” adı verilən ünsürlər birjalarda XLM işarəsi ilə təmsil olunur. XLM hazırda 8 milyard dollarlıq bazar dəyərinə sahibdir. Stellar platformasının bir araya gətirdiyi banklar və ödəmə sistemlərinə istiqamətli yaradılmış bir körpü xüsusiyyətində əməliyyat görən XLM Stellar şəbəkəsinin “yerli aktivi” şəklində də təyin olunur.

Stellar platforması, mərkəzləşdirilməmiş və paylanmış strukturuna görə maliyyə əməliyyatları zamanı ortaya çıxa biləcək riskləri aradan qaldırır. Platformanın inkişaf və işləyiş müddətinə yaxşı mənada təsir göstərən qeyri-kommersiya təşkilatı stellar.org fəaliyyətini dayandırsa və ya başqa bir gözlənilməz hadisə meydana gəlsə belə Stellar şəbəkəsi işlərinə davam edə biləcək və həyata keçirilən əməliyyatları təsdiqləyəcək sistemə malikdir.

Qlobal iqtisadiyyatın inkişafına qatqı təmin etmək və hər kəsə aşağı qiymətli maliyyə xidmətləri göstərməyi hədəfləyən Stellar şəbəkəsi, 2020-cü ildə 100 milyard XLM ilə yola çıxdı. Bundan əlavə, platforma istifadəçilərinə bir çox sahədə xidmət göstərir. Ənənəvi bankların təklif etdiyi xidmətlərdən istifadə edərək, beynəlxalq miqyasda pul köçürməsi etmək həm bahalı, həm də sürətsizdir. Ancaq Stellar bunun tam əksini reallaşdırır. Əməliyyatları müxtəlif pullarla həyata keçirmək olur.

Stellar platformasının lokal aktivi olaraq ifadə edə biləcəyimiz Lumens (XLM) tezliklə dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance”-da yer alacaq.

Bunlar da maraqlıdır:

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: