Alert və dil seçimi ilə standart MACD-yə əsaslanan fikir ayrılığı. İkili Seçimlər Göstəricisi –

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Alert və dil seçimi ilə standart MACD-yə əsaslanan fikir ayrılığı. İkili Seçimlər Göstəricisi – Binary Options göstəriciləri

Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2020-2022-ci illər üçün Dövlət Proqramı

90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur.

1995-1996-cı illərdə qəbul edilmiş “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır.

Əvvəllər formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün institusional zəmin yaradılmışdır.

Qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapmışdır. Müvafiq normativ hüquqi aktlarda kooperasiya ilə bağlı məsələlərin geniş yer alması bir tərəfdən, kooperativlərin ilkin hüquqi bazaya malik olduğunu, digər tərəfdən də dövlətin birgə təsərrüfatçılıq üsullarına önəm verdiyini göstərir.

Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.

Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2020-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2020-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Mövcud vəziyyət

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.

Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyillərinin qənaətbəxş səviyyədə olmadığını göstərir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2020-cı ildə 55-ə enmişdir. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.

Hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir.

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərirlər. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2020-cı ildə bu göstəricilər müvafiq olaraq 92,0 faiz və 8,0 faiz olmuşdur. Eyni zamanda kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlmişdir. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.

2020-cı ildə 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6 faizi ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5 faizinə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər.

Heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin təhlili göstərir ki, analoji hal bu sahədə də mövcuddur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçirdiyi 2020-ci il kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə əsasən, ümumi sayı 452,4 min olan iribuynuzlu heyvandarlıq təsərrüfatlarından 57,2 faizi 1-4 baş, 29,5 faizi 5-9 baş, 10,3 faizi 10-19 baş, 2,6 faizi 20-49 baş, 0,5 faizi 50 baş və daha çox heyvan sayına malikdir. Ümumi sayı 188,288 min olan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının isə 4,8 faizində 1-4 baş, 14,4 faizində 5-9 baş, 25,4 faizində 10-19 baş, 34,2 faizində 20-49 baş, 12,9 faizində 50-99 baş, 4,9 faizində 100-199 baş, 2,4 faizində 200-499 baş, 0,7 faizində 500 baş və daha çox heyvan saxlanılır.

“Müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin də ölkəmizdə tətbiqi qənaətbəxş səviyyədə deyildir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu modelin bir sıra üstünlükləri vardır. Belə ki, məhsul istehsalçısı tədarükçü ilə müqavilə imzalayaraq, həm satış bazarı, həm də bu sövdələşmə çərçivəsində məhsul istehsalı üçün maddi və texniki dəstək əldə edir. Eyni zamanda, bu model tədarükçülər üçün də əlverişlidir. Çünki bu zaman alıcı uzunmüddətli bir dövr üçün stabil məhsul təminatçısı tapdığından, əlavə vaxt və maliyyə sərf etmədən satışın davamlılığını təmin edə bilir. Ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın, şəkər çuğunduru və çay istehsalının inkişafı istiqamətində görülən tədbirlər nəticəsində “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin tətbiqi son dövrlərdə genişlənməyə başlamışdır.

Hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.

3. Kənd təsərrüfatı kooperasiyası sahəsində qlobal meyillər

Qlobal miqyasda kooperativlər fəaliyyət göstəricilərinə görə mühüm iqtisadi və sosial əhəmiyyətə malik təsərrüfat subyektləri kimi xarakterizə olunur. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı “Dünya Kooperativ Monitoru” hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılmış sorğu nəticəsində bu qurumların 2020-cü ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilmişdir. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi “Böyük İyirmilik” (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür.

Kooperativlərin 27 faizi kənd təsərrüfatı və qida məhsulları istehsalı, 21 faizi bank və maliyyə xidmətləri, 19 faizi sığorta xidmətləri, 16 faizi topdan və pərakəndə satış, 5 faizi sənaye, 4 faizi səhiyyə və sosial xidmətlər, 8 faizi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Bununla da kooperativ təşkilatlar milyonlarla insanın güzəranının təmin edilməsində böyük rol oynayır.

Dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. 2020-cü illər ərzində kənd təsərrüfatı və qida məhsulları kooperativlərinin ümumi dövriyyəsi təqribən 25 faiz artmışdır ki, bu da onların fəaliyyətinin səmərəliliyini bir daha təsdiq edir.

Kənd yerlərində fəaliyyət göstərən kooperativ təşkilatların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir.

Müasir dövrdə kooperativ təsərrüfatçılıq formasının genişləndirilməsi və dəstəklənməsi qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyildir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi təşkilatlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2020-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun olaraq 2020-ci il “Beynəlxalq kooperativlər ili” elan edilmişdi.

Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrində 100 illik inkişaf tarixi olan kənd təsərrüfatı kooperativləri istehsalçıların mütərəqqi inteqrasiya forması kimi təşəkkül tapmışdır. Bu ölkələrdə kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır və kooperativlərin inkişafına davamlı dövlət dəstəyi nəticəsində ümumi istehsalda iri təsərrüfatların payı getdikcə artır. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər.

Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilmişdir. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir.

Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olmuşdur. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur.

Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər.

İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunmuşdur. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər.

Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.

Şəbəkələşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilati quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ-da yerli, regional və sahələr üzrə ixtisaslaşmış kooperativlər fəaliyyət göstərir. Bu ölkədə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdar cəmiyyətləri kimi formalaşsa da, onların səhmləri alqı-satqı obyekti deyil və fond birjalarına çıxarılmır.

4. Kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri

4.1. Təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılmışdır. Onun formalaşması uzunmüddətli proses olsa da, kooperasiya aqrar sektorda iqtisadi effektivliyə nail olmağın başlıca şərti sayılır.

4.2. İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları təsərrüfatın gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Kooperativlər fermerlərə təchizat, tədarük və satış məsələlərində kömək göstərirlər.

4.3. İstehsal edilmiş məhsulun satışını, emalını, kreditlərin əldə edilməsini, toxum, cins mal-qara və texnikanın satın alınmasını kooperativ əsasda bir neçə təsərrüfat həyata keçirə bilər. Kooperativlər təsərrüfat fəaliyyətinin təşkilinin mütərəqqi və ədalətli forması kimi iştirakçıların mülkiyyət hüquqlarına toxunmur və yalnız birgə təsərrüfatçılığa şərait yaradır.

4.4. Kənd təsərrüfatında kooperasiya məsələsi ciddiliyi və ictimai əhəmiyyəti ilə səciyyələnir. Təsərrüfatçılıq forması kimi kooperativlərin xüsusi rolu olsa da, onların təbliğində hər hansı yanlışlığa və təhrifə yol verilməməlidir, çünki bu, torpaq mülkiyyətçiləri arasında müəyyən çaşqınlıq yarada bilər.

4.5. Bəzən kooperativlər yanlış olaraq kollektiv təsərrüfatlarla (kolxozlarla) eyniləşdirilir. Halbuki, bu iki təsərrüfat subyekti arasında prinsipial fərqlər vardır. Kolxozdan fərqli olaraq kooperativlər mülkiyyətçilərin müstəqil sahibkarlığına əsaslanır. Burada da torpaq və əmlakdan birgə istifadə nəzərdə tutulsa da, fermer istənilən vaxt öz daşınar və daşınmaz əmlakı ilə kooperativin tərkibindən çıxa bilər. Kolxozların vahid təsərrüfat sistemi, öz suvarma şəbəkəsi, kənd təsərrüfatı texnikası parkı, kadr ehtiyatı, anbar və avadanlığı, vahid əkin dövriyyəsi sistemi olsa da, torpaq üzərində sahiblik hissi və təşəbbüskarlıq yox idi. Kooperasiyanın əsasını fermer təsərrüfatları təşkil edir. Bu baxımdan kooperativlərin kollektiv təsərrüfatlarla eyniləşdirilməsi və ya kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi təşəbbüsünün kolxozların bərpası kimi qəbul edilməsi yolverilməzdir.

4.6. Sovet dövründə kollektiv təsərrüfatlar məcburi və inzibati qaydada yaradılırdısa, indi kooperativlərin formalaşması könüllülük prinsipinə əsaslanır. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək qeyri-mümkündür. Kooperativlərin inkişafı yalnız iqtisadi alətlərlə – güzəştli vergiqoyma və kreditləşmə mexanizmi, xüsusi subsidiyaların tətbiqi və digər vasitələrlə təşviq edilə bilər.

4.7. Postsovet məkanının aparıcı aqrar ölkələrinin kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsinə istinad edilməsi də məqsədəuyğun sayılmır. Ölkəmizdə aqrar sektorda mülkiyyət münasibətləri və onun strukturu MDB üzvü olan digər ölkələrdən əsaslı şəkildə fərqlənir. Bu ölkələrin bir çoxunda kəndlinin torpaq üzərində xüsusi mülkiyyət hüququ təsbit edilməyib və hazırda torpaq-mülkiyyət münasibətlərinə yenidən baxılması onların aqrar siyasətinin ən aktual məsələsi kimi gündəmdədir. Təcrübə göstərir ki, kosmetik dəyişikliklərə məruz qalan kolxoz və sovxozlarda gerçək kooperasiya prinsiplərinin reallaşması praktiki olaraq mümkün deyildir.

4.8. Son illərdə ölkə ərazisində iri təsərrüfatların yaradılması aqrar istehsalın səmərəli təşkil edilməsi baxımından mühümdür. Lakin iri təsərrüfatların fəaliyyəti də birgə təsərrüfatçılıq formasına əsaslanmadığına görə onlar kooperativlərlə eyniləşdirilməməlidir. Bununla belə, yaxın perspektivdə iri təsərrüfatların kooperasiya prinsipləri əsasında formalaşması məqsədəuyğun hesab edilir.

4.9. Kooperasiyanın əsas xüsusiyyəti iştirakçıların öz müstəqilliyini saxlamasında, demokratik idarəetmə formasında, mənfəətin birgə bölüşdürülməsindədir. Kooperativlər birgə fəaliyyət forması kimi əsasən yüksək mənfəət qazanmağa yox, öz üzvlərini dəstəkləməklə onlara müəyyən xidmətlər göstərməyə üstünlük verirlər.

5. Kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri

5.1. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.

5.2. Təsərrüfatçılığın kooperasiya formasında iştirakçılar iqtisadi münasibətlərin keyfiyyətcə yeni subyektinə çevrilir. Kooperativlər kənd təsərrüfatı istehsalçıları arasında üfüqi inteqrasiyanın effektiv forması kimi maliyyə resurslarına çıxışı da xeyli asanlaşdırır.

5.3. Kooperasiya məhsulun istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sistemidir. Məlum olduğu kimi, aqrar sənaye kompleksində mənfəət və ya əlavə dəyərin əsas hissəsi kənd təsərrüfatı xammalının emalı və məhsulun satışı həlqəsində yaranır. Kooperativlər isə gəlirlərin “istehsal-emal-satış” həlqələri üzrə ədalətli bölgüsünə imkan verir.

5.4. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verir. Belə təsərrüfatlar, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan verir.

5.5. Kənd təsərrüfatında kooperasiya sisteminin əsas məqsədi həm də kooperativ üzvlərinin təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Məhsul istehsalı ilə məşğul olan fermer istehsal etdiyi məhsulu satmaqda və məhsul istehsalı üçün lazım olan toxum, gübrə, texnika və digər vasitələri almaqda çətinlik çəkdiyinə görə bu vəzifələri fermerlərin özlərinin yaratdıqları kooperativlərə həvalə edir.

5.6. Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini və rəqabətədavamlılığını, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynaya bilər.

5.7. Kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi, eyni zamanda, kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək. Buna görə də xırda təsərrüfatların birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin və ittifaqların yaradılması əsas məsələlərdən biridir. Dünya təcrübəsi göstərir ki, kooperasiyanın, fermer ittifaqlarının (assosiasiyalarının) yaranması yalnız könüllülük prinsipinə əsaslanan uzunmüddətli prosesdir. Bu işdə maarifləndirmə, təbliğat və s. formalardan istifadənin böyük əhəmiyyəti vardır.

5.8. Müasir təsərrüfatçılıq istehsalçılar arasında inteqrasiyanın və kooperasiyanın inkişaf etdirilməsini tələb edir. Kooperativlər kənd təsərrüfatı istehsalında texnoloji yeniləşmənin aparıcı qüvvəsinə çevrilə bilər. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçıdan istehlakçıya çatdırılmasında, başqa sözlə, fermerlərin bazarla əlaqəsinin təmin edilməsində kooperativlərin rolu əhəmiyyətli dərəcədə artacaqdır.

5.9. Kooperasiya aqrar sahə üzrə risklərin azaldılmasına, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsinə, istehsal, emal və xidmət arasında çevik əlaqə qurulmasına, aqrar sektorda investisiya fəallığının artmasına, daxili bazarda yerli istehsalçıların mövqeyinin güclənməsinə, aqrotexniki qaydaların effektiv həyata keçirilməsinə, növbəli əkin sisteminin tətbiqinə, kənd təsərrüfatında uçot, hesabat və nəzarət işinin qurulmasına, rəqabətədavamlı məhsul istehsalına, torpaqdan səmərəli istifadəyə, əmək məhsuldarlığının yüksəlməsinə, aqrar sahəyə dövlət dəstəyinin daha rasional təşkilinə, fermerlərin gəlirlərinin artmasına əlverişli şərait yaradacaqdır.

6. Kənd təsərrüfatında kooperasiyanın ­inkişafının şərtləri

6.1. Kənd təsərrüfatı kooperativlərinin daha sağlam əsaslar üzərində formalaşması aqrar sektorda struktur dəyişikliklərinin həyata keçirilməsindən, kənd təsərrüfatında özəl sektorun formalaşmasından, fermerlər təbəqəsinin yaranmasından asılı idi. Kooperasiya, bir qayda olaraq, torpaq üzərində xüsusi mülkiyyətə əsaslanan təsərrüfatları əhatə etdiyi halda müsbət nəticələr əldə edilir. Bu baxımdan 90-cı illərin ortalarında həyata keçirilmiş aqrar islahatlar effektiv kooperasiya üçün daha real əsaslar yaratmışdır. Yeni mərhələdə isə kənd təsərrüfatı kooperasiyasının dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi bir sıra şərtlərdən asılıdır.

6.2. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında kooperasiya torpaq üzərində xüsusi mülkiyyətə əsaslanmaqla, dövlətin praktiki dəstəyi ilə və aqrobiznes üçün əlverişli şərait yaratmaqla inkişaf etdirilə bilər.

6.3. Kooperativlərin təşkilində könüllülük prinsipinə riayət edilməsi, təsərrüfatlararası, sahələrarası və rayonlararası kooperasiyanın bir-birini tamamlaması, kooperativlərin inkişafının aqrar siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi, uğurlu fəaliyyət göstərmiş kooperativlərin müsbət təcrübəsinin geniş yayılması, müvafiq stimullaşdırıcı mexanizmlərin tətbiqi kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün vacib şərtlərdir.

6.4. Bir çox ölkələrdə kooperativlərin yaradılmasını stimullaşdırmaq məqsədi ilə dövlət tərəfindən kooperasiya iştirakçıları üçün müəyyən imtiyazlar, dəstəkləyici tədbirlər nəzərdə tutulur.

6.5. Kooperativlərin özləri də kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşə və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak edə bilər. Kooperativlər mütərəqqi təsərrüfatçılıq forması olsa da, təşkilati və struktur baxımından daim təkmilləşməli, öz fəaliyyətlərində innovativ yanaşma nümayiş etdirməlidirlər.

6.6. Kooperasiyanın mahiyyət, prinsip, məqsəd və vəzifələrinin konseptual baxımdan düzgün izah edilməsinin zəruriliyini nəzərə alaraq, onun ictimaiyyət tərəfindən geniş müzakirə edilməsi, xüsusi teledebatların təşkili, bu prosesə alim və mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların yaxından cəlb edilməsi istiqamətində tədbirlər görülməlidir. Belə bir yanaşma problemin müzakirəsinin elmi-konseptual səviyyəsini də artırmış olar.

6.7. Kooperasiya sahəsində konkret nəticələr əldə edilməsi üçün beynəlxalq təşkilatların iştirakı ilə texniki dəstək proqramlarının, pilot layihələrin həyata keçirilməsinə və qazanılmış müsbət təcrübənin ümumiləşdirilməsinə ehtiyac vardır.

6.8. Aqrar siyasəti həyata keçirən dövlət orqanlarının maarifləndirmə və məlumatlandırma işini düzgün qurması, təsərrüfatlarla əməkdaşlığı dərinləşdirməsi kooperasiyanın geniş vüsət almasına şərait yarada bilər. Azərbaycanda fermerlərin kooperativlər şəklində fəaliyyəti təsərrüfat vərdişlərinin tədricən dəyişməsini, onlarda yeni düşüncə tərzinin formalaşmasını, birgə təsərrüfatların təşkili sahəsində zəruri biliklərin mənimsənilməsini tələb edir. Bu baxımdan kooperativlərin təşəkkülü uzunmüddətli proses kimi qəbul edilməlidir.

7. Dövlət Proqramının məqsədi və vəzifələri

7.1. Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

7.2. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

7.2.1. kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsi;

7.2.2. kooperativlərin dövlət tərəfindən dəstəklənməsi;

7.2.3. aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi;

7.2.4. torpaqdan səmərəli istifadə edilməsi;

7.2.5. kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi;

7.2.6. kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsi;

7.2.7. kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılması;

7.2.8. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, habelə maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturunun formalaşdırılmasına dəstək verilməsi;

7.2.9. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, onlara göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi;

7.2.10. kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi;

7.2.11. kənd təsərrüfatı kooperasiyası ilə bağlı informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi;

7.2.12. kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanması, müvafiq kursların təşkili, bu sahədə elmi tədqiqat işlərinin genişləndirilməsi;

7.2.13. kənd təsərrüfatı kooperativlərinin inkişaf və fəaliyyət göstəriciləri üzrə statistik məlumat bazasının yaradılması;

7.2.14. kənd yerlərində məşğulluğun və həyat səviyyəsinin yüksəldilməsi, kəndin dayanıqlı inkişafının təmin edilməsi.

8. Kənd təsərrüfatı kooperasiyasının ­inkişafının əsas istiqamətləri

8.0. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

8.0.1. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi;

8.0.2. kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması;

8.0.3. kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi;

8.0.4. kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması;

8.0.5. kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi;

8.0.6. kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;

8.0.7. kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması;

8.0.8. dövlət ehtiyacları üçün kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünə dair sifarişlərin hər il müəyyənləşdirilməsi və satınalma əməliyyatlarının həyata keçirilməsi;

8.0.9. qeydiyyatdan keçən və fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin təhlili;

8.0.10. vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması;

8.0.11. kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi;

8.0.12. müxtəlif istiqamətlər üzrə pilot kooperativlərin yaradılması;

8.0.13. kooperasiyanın mütərəqqi birgə təsərrüfatçılıq forması kimi təbliğ edilməsi;

8.0.14. kooperativlərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədi ilə müvafiq uçot sisteminin yaradılması.

9. Dövlət Proqramının maliyyələşmə mənbələri

9.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

9.0.1. Azərbaycan Respublikasının dövlət büdcəsi;

9.0.2. büdcədənkənar dövlət fondları;

9.0.3. yerli və xarici investisiyalar;

9.0.4. beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri;

9.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

10. Gözlənilən nəticələr

10.1. Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan yaradacaqdır.

10.2. Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaqdır.

10.3. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən əsas nəticələr aşağıdakılardır:

10.3.1. kooperativlərdə birləşən təsərrüfatların sayının artması;

10.3.2. kənd təsərrüfatı kooperativlərinin sayının artması və aqrar-sənaye kompleksində onların rolunun yüksəlməsi;

10.3.3. kənd təsərrüfatı kooperativləri üzrə istehsal və satış həcminin artması;

10.3.4. kənd təsərrüfatı kooperativlərinin yaranması nəticəsində konsolidə olunmuş torpaq sahələrinin genişlənməsi;

10.3.5. xırda təsərrüfatların birləşməsi və müvafiq infrastrukturun yaradılması nəticəsində torpaq sahələrindən səmərəli istifadə edilməsi;

10.3.6. kənd təsərrüfatı kooperativlərinin əhatə etdiyi iri torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulması;

10.3.7. kənd təsərrüfatı məhsullarının emalı və ixracının artırılması;

10.3.8. kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarına ­ayrılan kreditlərin həcminin artması;

10.3.9. kənd təsərrüfatı kooperativlərində əlavə iş yerlərinin ­yaradılması;

10.3.10. kənd yerlərinin dayanıqlı inkişafı üçün əlverişli şərait ­yaradılması.

11. Dövlət Proqramının həyata keçirilməsi üzrə

Alert və dil seçimi ilə standart MACD-yə əsaslanan fikir ayrılığı. İkili Seçimlər Göstəricisi – Binary Options göstəriciləri

Azərbaycan Respublikasınında sцz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hьquqlarının və azadlıqlarının təmin edilməsi dцvlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və mьvafiq hьquqi mexanizmlər yaratmaq ьзьn dцvlətin siyasi-hьquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər gцrьlьr.

Цlkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət ьзьn hər cьr şərait yaradılmışdır. İlk dəfə зoxpartiyalılıq əsasında, demokratik parlament seзkiləri keзirilmiş, ьmumxalq səsverməsi ilə siyasi plьralizm, sцz, mətbuat, vicdan azadlıqları, insan hьquqlarının mьdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir.

Ьmumbəşəri dəyərlərin ьstьnlьyьnь, demokratik, hьquqi və dьnyəvi dцvlət quruculuğunu цzьnьn inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hьquqları, sцz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mцvcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Kьtləvi informasiya vasitələri demokratiya və aşkarlığın mьhьm vasitəsi hesab olunur. Azərbaycan dцvləti onların mьstəqil qurulması, azad fəaliyyəti və inkişafı ьзьn zəruri tədbirlər gцrьr. Bu gьn Azərbaycan Respublikasında yьzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, зoxsaylı informasiya agentlikləri fəaliyyət gцstərir. Onların bцyьk əksəriyyəti цzəl qurumlara, ayrı-ayrı şəxslərə və mьxtəlif mцvqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kьtləvi informasiya vasitələrində istənilən fikri demək, dцvlət sirri təşkil etməyən istənilən faktı aзıqlamaq ьзьn qeyri-məhdud imkanlar vardır.

Azərbaycanda sцz, mətbuat azadlığının təmin edilməsi, bu hьquqdan vətəndaşların və dцvlətin mənafeyi naminə dьzgьn, səmərəli istifadə edilməsi sahəsində mьəyyən problemlər də mцvcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Problemlərdən bir Nazirlər Kabineti yanında mətbuatda və digər kьtləvi informasiya vasitələrində dцvlət sirlərini mьhafizə edən baş idarənin fəaliyyəti ilə bağlıdır. Bu idarə sovet hцkuməti vaxtında — 27 oktyabr 1966-cı ildə yaranmış və Azərbaycanın bьtьn informasiya vasitələri ьzərində senzura fəaliyyəti həyata keзirmişdir. 1990-cı ilə dekabr ayının 5-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun yeni əsasnaməsi təsdiq edilsə də, əslində bu idarənin fəaliyyətində heз bir ciddi dəyişiklik baş verməmişdir.

Azərbaycan mьstəqillik əldə etdikdən sonra 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat ьzərində nəzarəti daha da gьcləndirilmişdir. Bundan sonra 15 aprel 1993-cь ildə Azərbaycan Respublikası prezidenti Ə. Elзibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bьtьn məlumatlara aid edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmış və idarənin fəaliyyəti daha da sərtləşdirilmişdir.

Sonrakı illərdə «Dцvlət sirri haqqında» Azərbaycan Respublikası qanunu qəbul edilmədiyindən bu idarənin fəaliyyətində əsaslı dəyişiklik baş verməmişdir. 15 noyabr 1996-cı ildə «Dцvlət sirri haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra idarənin iş metodlarında ciddi dəyişikliklər aparılmışdır. Buna baxmayaraq bu idarə цz fəaliyyətini yeni şəraitə uyğun qura bilməmişdir.

Lakin Azərbaycanda mətbuatın problemi təkcə bu deyil. Bizim dцvlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mьtərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və mьasir beynalxalq təcrьbə ilə zənginləşdirilməsi, kьtləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hьquqi dцvlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keзirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.

Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kьtləvi informasiya vasitələrinə obyektiv mьnasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dцvlət, həm də mətbuat orqanlarının цzləri зox işlər gцrməlidirlər. Bununla bağlı kьtləvi informasiya vasitələrində зalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yьksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xьsusi əhəmiyyət kəsb edir. Kьtləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hьquqi və etik normaların gцzlənməsi hər bir jurnalist ьзьn ən vacib vəzifə olmalıdır.

Azərbaycan Respublikasında mətbuata dцvlət qayğısını, mьstəqil kьtləvi informasiya vasitələrinin inkişafını, vətəndaşların fikir, sцz və məlumat azadlığın təmin edilməsini ьmumdцvlət vəzifəsi hesab edərək, BMT-nin insan hьquqlarına dair 1948-ci il 10 dekabr tarixli ьmumi bəyannaməsində, mьlki və siyasi hьquqlar haqqında 1966-cı il 16 dekabr paktında, insan hьquqlarının və əsas azadlıqlarının mьdafiəsi haqqında 1950-ci il 4 noyabr tarixli Avropa konvensiyasında və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, 50-ci və 71-ci maddələrində elan edilmiş prinsiplərin inkişaf etdirilməsi, kьtləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması sahəsində gцrьlən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ili qarara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, kьtləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dцvlət qayğısının artırılmasını nəzərdə tutan, sцz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plьralizm prinsiplərinin dцnmədən həyata keзirilməsini təmin edən tədbirlər proqramının layihəsini hazırlayıb bir ay mьddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin:

Mьvafiq qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşların fikir, sцz və məlumat azadlığı mьddəaları əsas prinsiplər kimi rəhbər tutulsun.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, əlaqədar dцvlət orqanları ilə birlikdə:

Bir ay mьddətində sцz, fikir və məlumat azadlığının qorunması, kьtləvi informasiya vasitələrində dцvlət sirlərinin mьhafizəsi, hьquqi və etik normaların gцzlənməsi ilə bağlı beynəlxalq standartlara və Azərbaycan Respublikası qanunlarına uyğun mexanizmin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinə mьvafiq təkliflər təqdim etsinlər;

Bir ay mьddətində kьtləvi informasiya vasitələrinin əlavə dəyər vergisindən azad edilməsi ili bağlı Azərbaycan Respublikasının prezidentinə mьvafiq təkliflər təqdim etsinlər;

Sцz, fikir və məlumat azadlığının təmin edilməsini tənzimləyən;

Normativ hьquqi aktların mьvafiq beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsini;

Azərbaycan Respublikasının tərəfdar зıxdığı beynəlxalq sazişlərin tam və səmərəli həyata keзirilməsini;

Bu sahədə fəaliyyət gцstərən mьvafiq beynəlxalq qurumlarla və qeyri-hцkumət ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsini;

Beynəlxalq mərkəzlərdə mьvafiq tədqiqat və təhsil proqramları ilə tanışlıq ьзьn mьtəxəssislərin iştirakının təmin edilməsini;

Beynəlxalq konfrans, seminar, simpozium və digər tədbirlərdə mьvafiq dцvlət orqanlarının və qeyri-hцkumət ictimai təşkilatların, kьtləvi informasiya vasitələri nьmayəndələrinin iştirakına şərait yaradılmasını təmin edən mьvafiq tədbirlər haqqında təkliflərini iki ay mьddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər.

4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, əlaqədar dцvlət orqanları ilə birlikdə:

Azərbaycan Respublikasının sцz, fikir və məlumat azadlığının qorunması sahəsində mьvafiq beynəlxalq sazişlərə qoşulmasının mьmkьnlьyь məsələsini цyrənsin və iki ay mьddətində Azərbaycan Respublikasının prezidentinə təkliflər versin;

Respublikanın mərkəzi kitabxanalarını sцz, fikir, məlumat azadlığının qorunması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə və bu sahədə mцvcud olan nəşrlərlə təmin etsin.

5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, Təhsil Nazirliyi ilə birlikdə mьvafiq qeyri-hцkumət ictimai təşkilatların imkanlarından istifadə etməklə:

Jurnalist kadrların peşə hazırlığının və təhsilinin səviyyəsini qaldırmaq, onlarda yьksək vətəndaşlıq məsuliyyəti və mənəvi dəyərlər aşılamaq ьзьn əməli tədbirlər həyata keзirsin;

Sцz, fikir və məlumat azadlıqlarının qorunması sahəsində цlkəmizdə həyata keзirilən tədbirlərin informasiya şəbəkələri və agentliklər vasitəsilə izahını və yayılmasını təmin etsin.

6. Dцvlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, sцz, fikir və məlumat azadlığının qorunması məsələlərinə həsr olunmuş verilişlər təşkil etsin.

7. Nazirlər Kabineti yanında mətbuatda və digər kьtləvi informasiya vasitələrində dцvlət sirlərini mьhafizə edən baş idarə ləğv edilsin.

8. Azərbaycan Respublikası prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli 685 saylı fərmanı və bьtьn informasiya yayımı ьzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cь il tarixli 372 saylı sərəncamı qьvvədən dьşmьş hesab edilsin.

9. İzah edilsin ki, mətbuatda və digər kьtləvi informasiya vasitələrində dцvlət sirlərinin mьhafizəsi «Dцvlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa mьvafiq surətdə həyata keзirilir.

10. Bu fərman imzalandığı gьndən qьvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Alert və dil seçimi ilə standart MACD-yə əsaslanan fikir ayrılığı. İkili Seçimlər Göstəricisi – Binary Options göstəriciləri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında aşağıdakı dövlət xidmətləri yaradılsın:

1.1. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələrinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;

1.2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin bazasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti;

1.3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.

2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 112 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 60 ştat vahidi, ərazi idarələrinin işçilərinin say həddi 98 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin say həddi 22 ştat vahidi müəyyən edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri bir ay müddətində həll etsin;

7.2. üç ay müddətində:

7.2.1. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi:

9.1. strukturuna daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələrinin ləğvi ilə əlaqədar sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsini təmin etsin;

9.2. Komitənin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlər görsün.

10. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 631; 2020, № 12, maddə 1064; 2020, № 2, maddə 85) 2-ci və 3-cü hissələri ləğv edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar);

2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti;

4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti (bundan sonra — Xidmət) texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirir;

2.1.2. dövlət metroloji nəzarətini həyata keçirir;

2.1.3. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Xidmətin vəzifələri

3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;

3.1.2. texniki tənzimləmə və standartlaşdırma sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər verir;

3.1.3. dövlət metroloji nəzarəti həyata keçirir;

3.1.4. istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirməsini təmin edir;

3.1.5. məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;

3.1.6. çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətin həyata keçirilməsini təmin edir;

3.1.7. texniki normativ hüquqi aktların və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;

3.1.8. istehlak bazarının texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun qaydada sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir;

3.1.9. istehlak məhsullarının (xidmətlərinin, işlərinin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, müvafiq təşkilatlara, hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilməsi üçün müvafiq tədbirlər görür;

3.1.10. məhsulların istehsalı layihəsinin hazırlanması, məhsulların istehsalı, tədarükü, saxlanması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;

3.1.11. məhsulların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək üçün qüvvədə olan normativ sənədlərə müvafiq olaraq sınaq nümunələrini əvəzsiz qaydada seçib götürür, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir;

3.1.12. malların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti həyata keçirilərkən müvafiq qaydada seçilib götürülmüş məhsul nümunələrinin sınaqları üzrə xərclərin təsərrüfat subyektləri tərəfindən sınaqları aparan laboratoriya və ya mərkəzin hesabına köçürülməsini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

3.1.13. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, 30 günədək müddət müəyyən etməklə həmin qüsurların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər verir;

3.1.14. məhsullarda (işlərdə, xidmətlərdə) aradan qaldırılması mümkün olmayan qüsurlar aşkar edildikdə, həmin məhsulun (işin, xidmətin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı tələbnamə verir;

3.1.15. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, saxlama və yararlılıq müddəti bitmiş məhsulların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

3.1.16. texniki normativ hüquqi aktların tələblərini, metroloji qayda və normaları pozan və ya dövlət nəzarətini həyata keçirən dövlət müfəttişinin qərarını və yazılı göstərişlərini yerinə yetirməyən şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir;

3.1.17. aşkar edilən pozuntular təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak məhsullarını istehsal və ya realizə edən təsərrüfat subyektinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) və digər təsdiqedici sənədlərin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına təqdimat verilməsi üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırır;

3.1.18. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsi ilə bağlı tədbirlər görür;

3.1.19. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması üçün 30 günədək müddət müəyyən etməklə iradnamə verir;

3.1.20. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi ilə bağlı tədbirlər görür;

3.1.21. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağa qoyulması haqqında tələbnamələr verir;

3.1.22. təsərrüfat subyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq məlumat əldə edir, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparır;

3.1.23. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin idxalının qadağan edilməsi ilə bağlı təkliflər verir;

3.1.24. məhsul növü üzrə akkreditə olunmuş sınaq laboratoriyası olmadıqda sınaqların nəticələrinin obyektivliyini təmin edən sınaqlar aparılmasının mümkünlüyünü, yerini və şərtini müəyyən edir;

3.1.25. aidiyyəti dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə əməkdaşlığın həyata keçirilməsində iştirak edir;

3.1.26. dövlət nəzarəti aparılacaq təsərrüfat subyektlərini müəyyən edir, illik yoxlama planını tərtib edir və sahibkarlıq sahəsində aparılan yoxlamaların nəticələrinin vahid məlumat reyestrinə daxil olunması üçün aidiyyəti üzrə təqdim edir;

3.1.27. qanunvericiliklə müəyyən edilmiş müddət ərzində dövlət nəzarətinin aparılmasını və nəticələrinin rəsmiləşdirilməsini təmin edir;

3.1.28. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;

3.1.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Xidmətin hüquqları

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsinə aid olan Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;

4.1.2. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət olunması üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, ekspertizalar keçirmək, monitorinqlər, təhlillər və ümumiləşdirmələr aparmaq, layihələr, analitik materiallar hazırlamaq, təkliflərlə çıxış etmək;

4.1.5. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;

4.1.6. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün tədbirlər görmək;

4.1.7. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən həmin təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

4.1.8. məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dair təsərrüfat subyektləri ilə dövlət nəzarətini həyata keçirən orqan arasında yaranan fikir ayrılığının aradan qaldırılması məqsədi ilə arbitraj laboratoriyasının yaradılmasına dair təkliflər vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətin aparatı və ərazi idarələri Xidmətin vahid sistemini təşkil edir.

5.2. Xidmətə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

5.5. Xidmətin aparatının və ərazi idarələrinin inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.6. Xidmətin rəisi:

5.6.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.6.3. Xidmət rəisinin müavini, struktur bölmələrinin və ərazi idarələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər İşçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.6.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.6.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.6.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.6.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.6.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;

5.6.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.6.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.6.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

5.6.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;

5.6.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;

5.6.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti haqqında

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti (bundan sonra — Xidmət) dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;

2.1.2. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir;

2.1.3. metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Xidmətin vəzifələri

3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir;

3.1.2. Dövlət etalonları bazasını formalaşdırır və inkişaf etdirir;

3.1.3. sahələr üzrə dövlət kəmiyyət vahidləri etalonlarının laboratoriyaları yaratmaq;

3.1.4. dövlət kəmiyyət vahidləri etalonlarının texniki tələblərə əsasən qorunub saxlanmasını və beynəlxalq tutuşdurmalarda iştirakını təmin edir;

3.1.5. kalibrləmə üçün təqdim olunmuş ölçmə vasitələrinin texniki normativ sənədlərin tələblərinə əsasən kalibrlənməsini təmin edir, kalibrlənməni ölçmə vasitələrinin üzərinə kalibrlənmə nişanının vurulması ilə və ya kalibrlənmə haqqında sertifikatla təsdiq edir;

3.1.6. ölkə ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində vəziyyəti təhlil edir və təhlilin nəticələri ilə bağlı təkliflər hazırlayır;

3.1.7. elmi-texniki tərəqqinin inkişafı nəticəsində beynəlxalq aləmdə ölçmələrin dəqiqliyinin artırılması sahəsində baş verən yenilikləri öyrənərək təhlil edir və təhlilin nəticələrinə əsasən dövlət etalonlarının təkmilləşdirilməsinə dair təkliflər verir;

3.1.8. metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində dövlət proqramlarının hazırlanmasında iştirak edir;

3.1.9. dövlət kəmiyyət vahidləri etalonları sahəsində standartlar, qaydalar, tövsiyələr və təlimatlar fondunu yaradır;

3.1.10. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;

3.1.11. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Xidmətin hüquqları

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;

4.1.2. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.4. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində elmi tədqiqat işlərinin həyata keçirilməsini təşkil etmək;

4.1.5. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

4.1.6. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;

4.1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

5.4. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.5.3. Xidmətin rəisinin müavini və struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.5.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.5.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.5.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.5.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.5.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;

5.5.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.5.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

5.5.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;

5.5.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;

5.5.14 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (bundan sonra – Xidmət) akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyətinin istiqamətləri

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsi, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;

2.1.2. sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir;

2.1.3. akkreditasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;

2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Xidmətin vəzifələri

3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. akkreditasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;

3.1.2. akkreditasiya sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər verir;

3.1.3. Milli Akkreditasiya Sisteminin yaradılması ilə əlaqədar qaydaların hazırlanmasında və digər tədbirlərin həyata keçirilməsində iştirak edir;

3.1.4. sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir, o cümlədən akkreditasiya attestatının verilməsinə, qüvvədəolma müddətinin artırılmasına, qüvvəsinin dayandırılmasına, ləğv edilməsinə və akkreditasiya sahəsinə dəyişikliklər edilməsinə dair qərar qəbul edir;

3.1.5. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinə dair qaydaların hazırlanmasında iştirak edir;

3.1.6. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini təmin edir;

3.1.7. xarici və ya beynəlxalq qurumların verdiyi akkreditasiya attestatlarının tanınması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir;

3.1.8. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyaları və uyğunluğun qiymətləndirilməsi orqanlarının reyestrini aparır;

3.1.9. xarici dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla akkreditasiya sahəsində əməkdaşlıq və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə işlərin nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanmasında iştirak edir;

3.1.10. akkreditasiya edilmiş orqanlar tərəfindən təsərrüfat subyektlərində idarəetmə sistemlərinin sertifikatlaşdırılması ilə bağlı işlər aparılarkən qanunvericiliyə və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir;

3.1.11. akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətini əlaqələndirir və həmin orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına nəzarət edir;

3.1.12. akkreditasiya işlərinin həyata keçirilməsinə cəlb olunan ekspertlərin və qiymətləndiricilərin seçilməsini təmin edir və onların məlumat bazasını formalaşdırır;

3.1.13. akkreditasiya keçirilən zaman tərəflərin bərabər iştirakını təmin edir;

3.1.14. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;

3.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Xidmətin hüquqları

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi təklifləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;

4.1.2. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya sahəsində beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək, fəaliyyətinin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılması istiqamətində tədbirlər görmək;

4.1.4. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.5. xarici və yerli ekspertləri, məsləhətçiləri, məsləhətçi şirkətləri, elmi təşkilatları əməkdaşlığa cəlb etmək;

4.1.6. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası məsələlərinə dair konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək;

4.1.7. akkreditasiya üzrə texniki komitələrin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;

4.1.8. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

5.4. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.5.3. Xidmətin rəisinin müavini və struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.5.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.5.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.5.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.5.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.5.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;

5.5.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

5.5.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

5.5.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;

5.5.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;

5.5.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: