2020-da diqqət etməlisiniz

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Arıqladan, yağları yandıran bitki çayları – Hər gün için

Day.Az представляет новость на азербайджанском языке

Arıqlamaq üçün bir çox yollardan istifadə edilir. Estetik əməliyyatlar, pəhriz siyahıları, mədə kiçiltmə, arıqlama əməliyyatları, arıqladan məhsullar və həblər kimi bir çox variantlar var. Bunların arasından ən çox seçilən bitki mənşəli çaylardır. lent.az bitki mənşəli çayların çəki azaltmasındakı rolunu araşdırıb.

Bitki çayları bitki mənşəli arıqlatma üsulları arasında təbii olması, qida kimi yeyilməsi, əks təsirləri və zərərlərinin çox aşağı olması səbəbindən məşhurdur və daha çox yayılıb. Bitkilər aləmində şəfa verən və çay olaraq içilməsi mümkün olan bir çox bitkilər var. Lakin adət etmədiyimiz üçün onların dadı bizə yaddır. Amma onları içsək, istədiyimiz çəkiyə çata bilərik. Bununla həm büdcə sarsılmaz, həm də heç bir cərrahiyyə əməliyyatı keçirmədən sağlam formada çəki azaltmaq olar.

Bitki çayları maddələr mübadiləsini sürətləndirir. İstər qarın, istərsə də bədənin başqa hissələrində olan yağları əritmək və artıq çəkidən xilas olmaq üçün bitki mənşəli arıqladan çayların istifadəsi daha çox məsləhət görülür.

İlk növbədə gündəlik qəbul etdiyiniz kaloriyə diqqət etməlisiniz. Çünki gündəlik aktivlikdən daha çox aldığınız kalorilər bədəndə yağ kimi yığılır. Bundan başqa, hormonal nizamsızlıq yaşayan və tiroid vəzilərində problem olan insanlar daha çox artıq çəki alır. Bu mövzularda sağlamlıq probleminizin olub-olmadığını öyrənmək üçün həkimə müraciət etməlisiniz.

Arıqlamağa kömək edən bitkilər arasında razyana daha çox üstünlük təşkil edir. Bundan başqa, bibəriyə yağı, küncüt yağı və limon qabığı yağı da yağ yığılmış bölgələrə masaj şəklində çəkilə bilər. Yaşıl çay da maddələr mübadiləsini sürətləndirən təsiriylə arıqladan bitki mənşəli çaylar arasındadır.

Arıqlamaq üçün qərənfil çayı möcüzəsindən də faydalana bilərsiniz. İsti suyun içərisinə 2 ədəd qərənfil atıb bir az saxlayın. Bir qabda qarışdırdığınız 1 çay qaşığı bal və 1 yemək qaşığı alma sirkəsini həmin suya əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı olaraq stəkanda ilıq olanadək saxlayın. Bu qarışığı səhər yeməyindən 1 saat əvvəl için və 1 aydan çox olmaması şərtilə hər gün təkrar edə bilərsiniz.

Arıqlamağınıza kömək olacaq bir başqa bitki çayı isə darçın və zəncəfil çayıdır. Bu çayı hazırlamaq üçün ehtiyacınız olan vəsaitlər 1 darçın qabığı, 1 kök zəncəfil, 1 çay qaşığı qara bibər, 1 litr su, 6 ədəd hil, 2 ədəd qərənfil və 1 çay qaşığı baldır. Qara bibər və baldan başqa qalan bütün vəsaitləri bir qabda qarışdırıb 3 dəqiqə qaynadın. Qaynamış qarışımın içinə balı və qara bibəri əlavə edin. Əldə etdiyiniz çayı günorta və axşam gündə 3-4 stəkan içə bilərsiniz.

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Zəncəfil çayı, cökə və ada çayı da təklikdə sürətli və sağlam arıqlamağa kömək edən bitki çaylarıdır. Bu bitki çayları sayəsində bədəninizdə yığılan toksindən azad ola bilərsiniz. Tətbiq etdiyiniz pəhriz proqramlarına bitki mənşəli arıqladan çayları da əlavə etsəniz, daha sürətli və qalıcı arıqlamağa nail ola bilərsiniz.

Limon otu çayını da arıqlamaq üçün istifadə edə bilərsiniz. Tərkibində olan A vitamini sayəsində həm dərini gözəlləşdirən, həm də yağ yandırmanı asanlaşdıran limon otu çayı asan tapılan bitkidir. Bir qaba 2 çay qaşığı limon otu atın, qaynadıqdan sonra çay kimi için. Üzərinə 1 çay qaşığı nanə də əlavə edə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Boyunuz qısadırsa, geyiminizdə nələrə diqqət etməlisiniz?

Boyunuz qısadır və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdursa, deməli, işiniz uzun görünmənizi təmin edən hiylələrə qalır.

Day.Az Gencaile.az-a istinadla bildirir ki, beləliklə, bu baxımdan sizə köməkçi olacaq üsulları təqdim edirik.

– Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən “uzun və zəif” qəbul edilmənizi təmin edər.

– Şalvar və ətəklərinizin beli incə olsun.

– Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.

– Yaxşı tikilmiş, düz paltarları seçin.

– Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

– Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.

– Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.

– Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.

Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür, təəssüf ki.

Bunlardan uzaq durun!

– Üfüqi xəttli paltarlar geyməyin.

– Geniş paltar sizi daha iri göstərər.

– Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.

Məşhurların gizli sirləri:

Natalie Portman – qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.

Penelope Kruz – gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, ayaqlarınıı olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.

Salma Hayek – balıq ətli amma mütənasib bir bədənə sahib olan bir qadındır, əksər hallarda dizin üstündə bitən paltarlar geyinir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür.

Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.

Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.

Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Təkər alarkən bunlara diqqət etməlisiniz – Yoxsa cərimələnəcəksiz! – VİDEO – FOTO

Day.Az представляет новость на азербайджанском языке

Təkər alarkən bir çox nüansa diqqət etmək lazımdır

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, istənilən sürücünün başına təkərlərlə bağlı problemlər gələ bilər. Sürücülər bəzən keyfiyyətlərinə inanıb aldıqları təkərlərin onları yarı yolda qoyduqlarını bildirirlər.

Akif Muradov (usta) : “Təkərlər keyfiyyətsiz çıxıb parçalanır. Hətta yolların qıraqlarında belə görmək olur. Onların çoxu böyük maşınların olur”.

Sürücü: “Bəli, yolda qalmışam. Çox olub. Sovet dövründə isə belə olmurdu, bu cür təkərlər buraxılmırdı. Hal-hazırda olan təkərlərin demək olar ki, hamısı zay şəkildədir”.

Sürücü: “Bir neçə ay qabağ təkərlər aldım. 40 min km qarantiya verdilər, amma 15 min km gedən kimi təkərlər şişdi”.

Sürücülər avtomobilin bəzi mexanizmləri kimi təkərləri də diqqətdə saxlamalıdırlar.

Şəmmət Eyvazov (usta) : “Sürücü hər 10 min km-dən bir təkərlərin yerini dəyişməlidir. Ayda bir dəfə isə onların balansını yoxlamalıdır. 5 ildən artıq olan təkərlərin satışı qadağandır”.

Təkərlərin keyfiyyətli olub-olmamasını isə mütəxəssislə məsləhətləşmək lazımdır. Maşınların təkərləri köhnə olduğu zaman onu qəfil saxlayan zaman təhlükə yaranır. Bu cür təhlükələrə görə müəyyən cərimələr yaranır.

Tural Niftalıyev (Şəki DYPB-nın inspektoru): “Hər bir sürücü bilməlidir ki, vaxtında dəyişilməlidir. Mövsümə uyğun dəyişilməli və nasazlıqlar aradan qaldırılmalıdır. Əks halda 50 manat cərimələnəcəklər”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

İkili seçim brokerlərinin reytinqi:
  • Binomo
    Binomo

    Ən yaxşı ikili seçim brokeridir!
    Pulsuz təlim və demo hesabı!

Bir cavab yazın

;-) :| :x :twisted: :smile: :shock: :sad: :roll: :razz: :oops: :o :mrgreen: :lol: :idea: :grin: :evil: :cry: :cool: :arrow: :???: :?: :!: